Həsən əl-Bəsri
Həsən əl-Bəsri(ərəb. حسن البصري; 642[1][2][…], Mədinə[3] – 15 oktyabr 728[4][1][…], Bəsrə[3][5]) — İslam alimi, ilahiyyatçı.
Həsən əl-Bəsri | |
---|---|
Doğum tarixi | 642[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 15 oktyabr 728[4][1][…] |
Vəfat yeri | |
Fəaliyyəti | mühəddis, qazı, qari |
Həyatı
Həsən əl-Bəsri 642-ci ildə Mədinə şəhərində anadan olub, 657-ci ildən Bəsrədə yaşayıb və orada da vəfat edib. O, 663–665-ci illərdə indiki Əfqanıstan ərazisində hərbi yürüşdə iştirak etmişdir. Onun ətrafında qruplaşan dini dərnək bütün Ömeyyad dövlətinin və Bəsrənin intellektual həyatının mərkəzi idi, əl-Həsən əl-Bəsrinin nüfuzu isə elə yüksək idi ki, onu rasionalistlər, ənənəçilər və hətta sufilər də öz müəllimi kimi qəbul edirdilər.
Əl-Həsən əl-Bəsrinin qorunub saxlanmış fikirləri, onun təkcə möminliyindən deyil, həm də bəzi hədislərin şərhinə rasional yanaşmasından və müsəlman adətinin ayrı-ayrı xüsusiyyətlərindən və həmçinin də fakirlərə tənqidi yanaşmasından xəbər verir.
İstinadlar
- al-Hasan al-Basri // Nationalencyklopedin (швед.). 1999.
- BAṢRĪ ḤASAN AL- // Encyclopædia Universalis (fr.). Encyclopædia Britannica.
- http://www.gutenberg.org/files/24314/24314-h/24314-h.htm.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- http://www.encyclopedia.com/article-1G2-3424502155/mutazilah.html.