Həsən Əli Yücəl

Həsən Əli Yücəl[1] (türk. Hasan Âli Yücel; 17 dekabr 1897, Konstantinopol26 fevral 1961, İstanbul) — Türkiyə fəlsəfə müəllimi, yazıçı və ədəbi tərcüməçi. Yücəl 1938-1946-cı illərdə Türkiyə Milli Təhsil Naziri vəzifəsini tutmuşdur. Dünyada və Türkiyədə daha çox Türkiyə təhsil sistemində etdiyi islahatlarla tanınır, xüsusilə Kənd İnstitutlarının qurucusu kimi yadda qalmışdır. Türkiyə şairi Can Yücəlin atasıdır. 1997-ci ildə UNESCO Həsən Əli Yücəlin anadan olmasının yüz illiyini qeyd etmişdir.[2][3]

Həsən Əli Yücəl
türk. Hasan Âli Yücel
bayraq
Türkiyə Təhsil Naziri
28 dekabr 1938 5 avqust 1946
ƏvvəlkiSaffet Arıkan
SonrakıRəşad Şəmsəddin Sirər
bayraq
Türkiyə Böyük Millət Məclisinin üzvü
1935 1946
Şəxsi məlumatlar
Doğum tarixi 17 dekabr 1897(1897-12-17)
Doğum yeri
Vəfat tarixi 26 fevral 1961(1961-02-26) (63 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti türk
Vətəndaşlığı  Türkiyə
Partiya
Təhsili Vəfa liseyi
İxtisası Dövlət qulluqçusu, fəlsəfə müəllimi
Fəaliyyəti şair, tərcüməçi, siyasətçi, yazıçı
Uşağı
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Həsən Əli Yücəl 17 dekabr 1897-ci ildə İstanbulda anadan olub. O, ata tərəfdən poçt naziri Göreleli Həsən Əli Əfəndinin, ana tərəfdən isə dəniz polkovniki Yaponiya sularında batan "Ertuğrul Freqatının" kapitanı Əli bəyin nəvəsidir. Atası Əli Rıza bəy, anası Neyyire Hanımdır. Həsən Əlinin ailəsi sonradan çətin maddi vəziyyətə düşdü və bütün dəyərli əmlaklarını satmaq məcburiyyətində qaldı. Dörd yaşında Həsən Əli Lalədə məktəbə getməyə başladı və iki il sonra ailəsi İstanbulun Gümüşsuyu bölgəsinə köçdü. 1906-cı ildə 1911-ci ildə "yaxşı qiymətlərlə" bitirdiyi Mekteb-ya Osmani məktəbinə daxil oldu. Sonra təqribən müasir gimnaziya tələblərinə cavab verən Vefa İdadisinə (Litseyinə) girdi.

1913-cü ildə Yücəl təhsilini yarımşıq qoymaq məcburiyyətində qaldı və Birinci Dünya müharibəsi başlaması səbəbindən Osmanlı ordusuna çağırıldı. Ardıcıl olaraq Osmanlı ordusunun kiçik leytenant və leytenant rütbələrini daşıyırdı. Həsən Əli Yücəl 1918-ci ilin sonunda ordudan tərxis olundu, bundan sonra paytaxtın "Elmlər Evi"ndə hüquq təhsili almağa başladı (Darülfünun; təxminən bir Avropa universitetinə uyğundur). Lakin daha sonra ədəbi tənqid ixtisasına keçdi. Türkiyə İstiqlaliyyət Müharibəsi illərində, oxuduğu müddətlə birlikdə "Akşam" qəzetində jurnalist olaraq çalışdı.

Təhsilini bitirdikdən sonra Refik xanımla evləndi və 1922-ci ilin sonlarından etibarən İzmirdəki pedaqoji məktəbdə türk dili və ədəbiyyatı müəllimliyinə başladı. Bir müddət sonra gənc ailə İstanbula qayıtdı.

Yücəl Kulidəki ən qədim Türkiyə Hərbi Məktəbində ədəbiyyat müəllimi olaraq çalışmağa başladı. Daha sonra oğlanlar üçün orta məktəbdə fəlsəfədən dərs verdi. 1926-cı ildə onun əkiz övladları oldu. Bu uşaqlardan biri gələcək türk şairi Can Yücel idi. 1936-cı ildə ailədə daha bir uşaq anadan oldu.

1927-ci ildə Həsən Əli Yücel yeni yaradılan Türk Cümhuriyyəti Təhsil Nazirliyində bölgə müfəttişi vəzifəsinə təyin olundu. Nazirlikdə bir neçə dəfə vəzifədə yüksəldi və 1930-cu ildə nazirlik tərəfindən ParisLondona göndərildi.

Daha sonra İzmirdə üç aylıq Türkiyə müfətişliyi ezamiyyətində ilk tanış olduğu Mustafa Kamal Atatürkün tərəfdarı oldu. 1930-cu illərdə Yecəl ayrıca üç kitab nəşr etdirdi. Bunlar Göte (Göte: Bir Dehanın Romanı), Mövlana Cəlaləddin Rumi haqda (Mevlana’nın Rubaileri) və Türkiyə ədəbiyyatı barədə (Türk Edebiyatı'na Toplu Bakış) kitablar müəllifi oldu.

1932-ci ildə Yücel Ankarada "Ankara Qazi Eğitim Enstitüsü" təşkil etdi. 1934-cü ildə siyasətlə maraqlanmağa başladı. O, İzmirdən Türkiyə Böyük Millət Məclisinə üzv seçildi.

Nazir kürsüsündə

Həsən Əli Yücəlin fəaliyyəti diqqətdən kənar qalmadı. Belə ki, 1938-ci ilin sonunda höküməti təşkil edən Cəlal Bayar Həsən Əliyə təhsil naziri portfelini təklif etdi. 17 aprel 1940-cı ildə onun rəhbərliyi altında Kənd İnstitutlarının təşkili haqqında qanun hazırlandı və qəbul edildi.[4] Nazir çalışdığı müddətdə Türkiyədə ilk ensiklopediya nəşr olundu, Dövlət Konservatoriyası açıldı (20 may 1940) və böyük səyləri nəticəsində Türkiyə UNESCO-ya üzv oldu.

1946-cı ilin avqust ayında yeddi il beş aylıq vəzifəsindən sonra Təhsil Naziri vəzifəsindən istefa etdi və jurnalistika işinə qayıtdı. 26 fevral 1961-ci ildə Həsən Əli Yücəl, professor Tevfik Sağlamı ziyarət edərkən infarktdan vəfat etdi. Ankarada Cebeci Əsri Qəbiristanlığında dəfn edildi.

Xatirəsi

Oğlu şair Can Yücəl atası üçün "Atamı həyatda ən çox sevdim" adlı şeir yazmışdır.

1997-ci ildə UNESCO, Həsən Əli Yücəlin anadan olmasının yüz illiyini qeyd etdi.

Ailəsi

Oğlu - Can Yücel (Can Yücel, məşhur ləqəbi Papa Can; 1926-1999), XX əsrdə Türkiyənin ən məşhur şairlərindən biri və eyni zamanda jurnalist və tərcüməçi. Sözlərinin dili sərt, açıq və sadə idi: əsərlərində tez-tez ədəbsiz sözlərdən istifadə edirdi. Can Ankara Universitetinin Dil və Tarix Fakültəsində təhsil almışdır. Universitetdə solçu marksist ideologiyasının təsirinə düşəndə bu fikirləri bölüşməyən atası onu Londona göndərdi və gənc şair Kembric Universitetinə daxil olmuşdu. Kembric Universitetində kiçik Yücəl keçmiş müəllimi məşhur filosof Bertran Rassel ilə tanış olmuşdu.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.