Həsən Əbluc
Həsən Abbasqulu oğlu Əbluc (22 aprel 1942, Təbriz – 13 mart 1994, Bakı) — Azərbaycan aktyoru və rejissoru, bədii qiraət ustası, pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1979).
Həsən Əbluc | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Təbriz, Cənubi Azərbaycan |
Vəfat tarixi | (51 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Firəngiz xanım |
Uşağı | Elnaz Əbluc |
Atası | Abbasqulu Əbluc |
Fəaliyyəti | aktyor, rejissor |
Təhsili | |
Mükafatları |
Həyatı
Həsən Abbasqulu oğlu Əbluc 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə Politexnik İnstitutuna qəbul olunub. Birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq və rejissorluq fakültəsini bitirib. Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın "Adsız ulduz" tamaşasına quruluş verib. Sonralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib. Kinostudiyada film dublyajlarında iştirak edib. Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib. Bədii qiraət ustası kimi Azərbaycanın klassik və çağdaş şairlərinin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdırıb. Həsən Əbluc rejissorluq kursunu da bitirib. Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub.
Həsən Əbluc 13 mart 1994-cü ildə vəfat edib.
- Kinorejissor Ənvər Əblucun qardaşıdır.
- Rejissor Elnaz Əblucun atasıdır.[1]
Xatirəsi
Ənvər Əbluc onun haqqında "Həsən Əbluc" filmini lentə alıb.
11 may 2018-ci ildə İranın Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində Həsən Əblucun xatirə gecəsi keçirilmişdir.[2]
Filmoqrafiya
- Abbas Mirzə Şərifzadə (film) (qısametrajlı sənədli film) (Aztv) (mətni oxuyan)
- Ağ atlı oğlan (film, 1995)
- Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — kadrarxası mətni oxuyan
- Arxadan vurulan zərbə (film, 1977) - film səsləndirən: Fazil (Akif Əli)
- Babək (film, 1979)
- Bakıda küləklər əsir (film, 1974)
- Bircəciyim (film, 1986)
- Birisigün, gecəyarısı... (film, 1981)
- Bizim küçənin oğlanları (film, 1973)
- Dantenin yubileyi (film, 1978)
- Dəli Kür (film, 1969)
- Dənizə çıxmaq qorxuludur (film, 1973)
- Doğma sahillər (film, 1989)
- Ən vacib müsahibə (film, 1971)
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
- Həsən Əbluc (film, 1999)
- İstintaq (film, 1979)
- İstintaq davam edir (film, 1966)
- İyirmialtılar (film, 1966)
- Qanlı zəmi (film, 1985)
- Qara gölün cəngavərləri (film, 1984)
- Qaraca qız (film, 1966)
- Qatarda (film, 1981)
- Mikayıl Müşfiq (film, 1978)
- Od içində (film, 1978)
- Ölsəm... bağışla (film, 1989)
- Ömrün ilk saatı (film, 1973)
- Özgə ömür (film, 1987)
- Pəncərə (film, 1991)
- Sən niyə susursan? (film, 1966)
- Şeytan göz qabağında (film, 1987)
- Tənha narın nağılı (film, 1984)
- Torpaq dəniz od səma (film, 1967)
- Uşaqlığın son gecəsi (film, 1968)
- Ümid (film, 1992)
- Ürək yaman şeydir… (film, 1992)
- Ürək... Ürək... (film, 1976)
- Yaramaz (film, 1988)
- Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
- Yenilməz batalyon (film, 1965)
İstinadlar
- Əbluc, E. "Atam çox istəyirdi ki, mən rejissor olum": [Mərhum aktyor-rejissor Həsən Əblucun qızı Elnaz Əbluc ilə söhbət] //Mövqe.- 2011.- 20 aprel.- S. 13.
- Kultura Plus. "Həsən Əblucun xatirəsi ehtiramla yad olundu" (az.). Youtube.com. 14.05.2018. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-15.
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 52.
- Həsən Əblucun bioqrafiyası — www.adam.az Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine