Hərbi magistr
Hərbi magistr (lat. Magíster mílitum — ordu magistrı, silah magistrı ya hərbi magistr) — Roma İmperiyasının son dövrünə aid yüksək hərbi rütbə ya vəzifə. IV əsrin ortalarında Böyük Konstantin tərəfindən pretoriya prefektlərinin hərbi funksiyası əllərindən alındıqdan sonra bu vəzifə təsis edilmişdir. Əvvəlcə iki vəzifə: piyadalar magistrı (lat. magister peditum) və suvari magistrı (lat. magister equitum, bu vəzifə hələ Roma Respublikası dövründə mövcud olmuşdur) təsis edilir. Piyadalar magistrı daha böyük sayılırdı. Öz növbəsində həm piyadalar həm də suvarilər rəisi hər iki qoşun növünə rəhbərlik etməyə başlayırdı və müvafiq olaraq bu vəzivə piyada və suvarilər rəisi (lat. magister equitum et peditum) və ya hər iki ordunun rəisi (lat. magister utriusquae militiae) adlandırılırdı.
|
![]() Senat və Roma xalqı |
Dövrlər |
Roma çarlığı |
Roma Respublikası |
Roma İmperiyası ( e. ə. 27 — 1453-cü illər) |
Respublika konstitusiyası |
Magistratlar |
Fövqəladə magistratlar |
Titullar |
Sülalələr |
Əhali, inzibati və sosial tərkib |
Qədim Romada hüquq |
![]() |