Hərbi hava qüvvələri
Hava qüvvələri, ya da bəzi ölkələrdə xatırlandığı kimi hava ordusu, ən geniş mənada əsas olaraq hava döyüşü icra etmək üzrə qurulmuş və ölkənin havadan müdafiə olunmasını təmin etmək üçün hərbi təyyarə, vertolyot kimi hava vasitələrindən və buraya daxil digər xidmətlərindən yaradılan təşkilatdır. Daha spesifik olaraq, hava qüvvələri bir ordunun; quru qoşunları, dəniz donanması və digər hərbi birləşmələrdən fərqli olaraq hava döyüşündən məsul silahlı xidmət növüdür.
Hərbi hava qüvvələri | |
---|---|
![]() | |
Tərkibi | |
![]() |
![](../I/Usaf.f15.f16.kc135.750pix.jpg.webp)
Hava qüvvələri ümumiyyətlə qırıcı, bombardman təyyarəsi, hərbi nəqliyyat təyyarəsi və təlim təyyarələri kimi digər təyyarələrdən ibarət olan bir flota malikdir.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.