Hərbi Dəniz Məktəbi (Türkiyə)
Ali Hərbi Dəniz Məktəbi , 1773-cü Əlcəzairli Qazi Həsən Paşa tərəfindən , İstanbul, Kasımpaşada "Mühendishane-i Bahr-i Hümayun" adı altında qurulmuş və 1985-ci ildən etirbarən İstanbul Tuzlada yerləşən Türk Dəniz Qüvvələri üçün zabit yetişdirən təhsil ocağıdır. Məzumiyyət törənləri hər il 31 Avqustda keçirilən Ali Hərbi Dəniz Məktəbində Türk Dəniz Qüvvələrinin tərkibində olan birliklərdə xidmət etmək üçün zabit hazırlamaqdadır. Məktəbdə sənaye, elektronika-elektrotexnika, kompüter, maşınqayırma, kommunuikasiya, beynəlxalq münasibətlər və gəmi inşaatı mühəndisliyi ixtisasları vardır. Bundan əlavə Pusula (Kompas) adında bir də tələbə jurnalı mövcuddur.
Hərbi Dəniz Məktəbi | |
---|---|
40°48′17″ şm. e. 29°16′06″ ş. u. | |
Əsası qoyulub | 1773[1] |
Ölkə | |
Sayt | dho.edu.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Məşhur məzunları
- Fəxri Qorutürk (1903-1987) - 6-cı prezident
- Rauf Orbay (1881-1964) - keçmiş baş nazir
- Nazim Hikmət (1901-1963) - şair, yazar
- Nəcib Fazil Qısakürək (1904-1983) - şair, yazar
- Bülənd Ulusu (1923-2015) - keçmiş baş nazir
İstinadlar
- ROR Data. v1.19 2023. doi:10.5281/ZENODO.7644942
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.