Həqiqət Rzayeva

Həqiqət Əli qızı Rzayeva (20 may (2 iyun) 1907, Lənkəran, Lənkəran qəzası2 avqust 1969, Bakı) — müğənni (soprano), pedaqoq. Azərbaycan SSR xalq artisti (1943). Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərindəndir.

Həqiqət Rzayeva
Ümumi məlumatlar
Doğum tarixi 20 may (2 iyun) 1907
Doğum yeri
Vəfat tarixi 2 avqust 1969(1969-08-02) (62 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Uşağı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, opera müğənnisi, aktrisa
Fəaliyyət illəri 1927-ci ildən
Janr opera
Təhsili
Mükafatları "Şərəf nişanı" ordeni
Azərbaycan SSR xalq artisti Azərbaycan SSR əməkdar artisti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Lənkəran qəzasıın Darquba kəndində anadan olmuşdur. Atası Əli kişi o hələ səkkiz aylıqkən dünyasını dəyişir. Həqiqətin anası ikinci dəfə mövhumatçı, dindar bir kişiyə ərə gedir. 1917-ci ildən Həqiqət Lənkəranda məktəbə getməyə başlayır. Azərbaycan sovetləşəndən sonra isə onun ailəsi Bakıya köçür.

Gənc Həqiqətdə operaya və səhnəyə həvəs Bakıda həvəskar teatr dərnəyinə getməsindən sonra yaranır. Bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra onu Azərbaycan Opera Teatrında işə götürür. Bununla da ailəsinin narazılıqlarına baxmayaraq, Həqiqət xanım opera teatrına ömürlük bağlanmış oldu.

1928–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxuyur, Cabbar Qaryağdıoğlu, Seyid ŞuşinskiQurban Pirimovdan dərs alır. 1927–1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi ("Şah İsmayıl" — Müslüm Maqomayev), Leyli, Əsli, Telli ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın Mal Alan" — Üzeyir Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" — Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.[1]

Həqiqət Rzayevanın kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilmişdir. "Ögey Ana" filmində Qəmər xala obrazını oynamışdır. Qəmər xala filmdə mənfi obrazdır. O kürəkəni Arifin İsmayıla yeni ana gətirməyini qəti surətdə rədd edir və filmin sonuna kimi Dilarənin yaxşı bir ana olacağına şübhə ilə yanaşır. Hətta onun filmdə işlətdiyi "Mən ölü, sən diri. Bundan İsmayıla ana olmayacaq. Yad qızından ana olmayıb, olmayacaq." sitatı yaddaşlara həkk olunmuşdur.

Bəstəkar Azər RzayevinHəsən Rzayevin anasıdır.

Mükafatları

Xatirəsi

Bakıda, İçərişəhərdə adına küçə var.

Filmoqrafiya

İstinadlar

  1. Məhərrəmova, T. Səhnəmizin ən gözəl və ən uzunömürlü Leylisi: [Gözəl aktrisamız Həqiqət Rzayevanın həyat və yaradıcılığı haqqında] //Kaspi.- 2010.- 20 may.- S. 15.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.