Həmzəli (Şərur)
Həmzəli — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd.
Həmzəli | |
---|---|
39°34′07″ şm. e. 45°06′05″ ş. u. | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Şərur rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 789 (2009) nəfər |
Rəsmi dili | |
|
Tarixi
Yaşlıların dediklərinə görə bu kənddə yaşayış yaxın vaxtlardan, yəni 200–250 il bundan əvvəl başlanmış, kənd salınmışdır. Həmzəli kəndini yuxarı Yayçı kəndinin adamları salmışlar. Həmzəli ilə Yuxarı Yaycı kəndi arasında məsafə çox olduğundan adamlar burada məskən salıb yaşamağa qərar versələr də, Yuxarı Yayçının bəyləri bunu qəbul etməmiş, dəfələrlə onları zorla geri, kəndə, yəni Yuxarı Yayçıya dönməyə məcbur etmişdilər. Axırda adamların ötkəmliyi qarşısında bəylər güzəştə getməyə məcbur olmuşdular.
Adamların burada kənd salması da təsadüfi olmamışdır. Çünki burada geniş örüşlər, biзənəklər, əkin yerləri vardı. Əlbəttə, bu qeyd edilənlər olsa-olsa Həmzəli kəndinin yaxın tarixini özündə əks etdirir. Bəa onda kəndin neçə illik tarixi var? Bu suala cavab vermək ьзьnkənd ətrafındakı Albantəpəyə, qəbiristanlıqlara diqqət yetirmək lazımdır. Onu da xatırlatmaq lazımdır ki, hələ 60-cı illərdə təzə məhəllədə evlər tikiləndə, eləcə də 80-ci illərdə əkin yerləri genişləndiriləndə çoxsaylı küp qəbirlər aşkar olmuşdur. Təbii ki, burada küp qəbirlərə rast gəlinməsi təsadüfi hadisə deyil.bildiyimiz kimi, küp qəbirlər Kür-Araz mədəniyyəti olub зox qədim dövrləri əhatə edir.
Azərbaycan Respublikasının Prezidentinin 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanununa əsasən Həmzəli kəndi Axura kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Həmzəli kənd inzibati ərazi dairəsi yaradılmışdır[1].
Toponimikası
Şərur r-nunun Axura i.ə.v.-də kənd. Arazboyu düzənlikdədir. Kəndi həmzəli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Etnotoponimdir.[2]
Əhalisi
Əhalisi 789 nəfərdir.(2009-cu il)[3]
İstinadlar
- Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629