Həmid Nitqi

Həmid Nitqi (2 sentyabr 1920, Təbriz16 iyul 1999, Birləşmiş Krallıq) — azərbaycanlı professor, hüquqşünas, pedaqoq, şair, dilçiədəbiyyatşünas alim. İranda müasir ictimaiyyətlə əlaqələr elminin banisi[1]

Həmid Nitqi
Doğum tarixi 2 sentyabr 1920(1920-09-02)
Doğum yeri
Vəfat tarixi 16 iyul 1999(1999-07-16) (78 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili

Həyatı

Həmid Nitqi 1920-ci ildə Güney Azərbaycanda Təbrizin məşhur Surxab məhəlləsində anadan olub.[2] İlk təhsilini mədrəsəsi səviyyəsində bilik verən məhəllə məktəbində almışdır. Daha sonra ibtidai təhsilini İranda ilk dünyəvi təhsil sistemini yaratmış məşhur maarifçi Mirzə Həsən Rüşdiyyənin Təbrizdə açdığı məktəbdə almışdı. Həmin məktəbdə müəllim olan şair Həbib Sahirin Həmid Nitqinin gələcək həyatında böyük rolu olmuşdur. 15 yaşlı Həmidin ilk şeirinin "Şahin"qəzetində çap olunmasına kömək etmişdir. Liseyi bitirən Həmid Nitqi Tehranda hüquq təhsili alıb. 1943-cü ildə İran hökuməti 100-ə yaxın gənci Türkiyəyə oxumağa göndərir. Onların sırasında Tehran Universitetinin hüquq fakültəsinin məzunu Həmid Nitqidə vardı. O, universiteti bitirib doktorantlığı müdafiə etdikdən sonra İrana qayıdır. 1979-cu il İran İslam İnqilabından sonra Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli, Kərim Məşrutəçi (Sönməz) ilə birlikdə Tehranda nəşr olunan Varlıq (jurnal)ının təsisçisi Cavad Heyətlə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.

İrana qayıdandan sonra Abadandakı neft şirkətində yeni açılan ictimaiyyətlə əlaqələrjurnalistika idarəsində çalışmağa başlayır. "Xəbərhaye-ruz" qəzetinin müdiri və baş yazarı təyin olunur. Tədqiqat aparmaq üçün İngiltərəAmerikaya göndərilir. 1962-ci ildə Həmid Nitqi yenidən Tehrana qayıdıb və Neft konsorsiumunda ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini tutur. Tehran Universitetində yeni açılan "İctimaiyyətlə Əlaqələr" fakültəsində dərs demək üçün dəvət olunur və həmin universitetdə 2 il dekan vəzifəsində işləmişdir. 1994-cü ildə çalışdığı Əllamə Təbatəbai Universiteti tərəfindən 25 illik xidmətlərinə görə ona "yeni ictimaiyyətlə əlaqələr elminin atası" rəsmi titulu verilmişdir. Həmid Nitqi Tehranda nəşr olunan "Varlıq"ın baş yazarı olmuş, dərgidə Türkologiya, Ədəbiyyatşünaslıq, publisistika sahəsində yazılar və şeirlər ilə çıxış etmişdir. Azərbaycan dili yaşaması və dövlət səviyyəsində işlənməsi uğrunda mübarizə aparan ziyallılardan biri də Həmid Nitqi olur. O,"Zəngin yoxsullar" adlı məqaləsində azərbaycan dilinin işlənməsi və onun tarixinin, lüğət tərkibini və qrammatik qanunlarının dərindən öyrənilməsi irəli sürülür. Daha sonra doktor Həmid Nitqi "İmla qaydaları" adlı məqaləsini "Varlıq"ın əlavəsi kimi nəşr etdirir. O, Quzeydə artıq sınaqdan çıxmış imla prinsiplərinə istinad etməklə ərəb əlifbasına özünəməxsusluğu əsasında Azərbaycan dilini fonetik quruluşuna uyğunlaşdırılmış vahid bir sistem yaratmağa nail olmuşdur. Jurnalistika ilə yanaşı Türklogiya, Ədəbiyyat və Tarixlə də yaxından maraqlanan Həmid Nitqi "Yönətiçilik və xalqla ilişkilər", "Dünyanın ən güclü 25 qəzet", "Sosial ilişkilər üzərinə", "İnandırma, təbliğat və reklamçılıq" və başqa dərs vəsaitlərini, elmi əsərləri ərsəyə gətirmişdir. "Kitabi-Dədə Qorqud"dan gələn sərbəst vəzn və simvolik üslüb onun şerini səciyyəvi xüsusiyyətlərindən olub. Həmid Nitqinin doğum günü Azərbaycan milli istiqlal mübarizəsinin liderlərdən biri — Şeyx Məhəmməd Xiyabaninin ölüm gününə təsəddüf etmişdir. İlk dəfə Bakıya səfər edən şair, "keçmişin gələcək çağlarla xəlvəti qovşağında"kı bu görüş təəssüratlarını aşağdakı sətirlərdə bölüşür:

Zamanın amansız seyrinə

Əsrlik əsirlik dövrünə

"Yetər artıq dayan" deyilən meydanından

yol aldıq.

Ağaran təzə bir səhərin

 Sehrinə tutulduq qaldıq…..

Bir quşun uçuşu oyandırdı bizi,

Fəcr ilə doldurdu qədəhlərimizi.

Könlümüzdə cücərən umuda

Tapşırdıq qədərlərimizi.

Və qara gecənin ən son dəmlərində

Röyalarda dolu bir dərin baxışda,

Əritdik kədərlərimizi.

Həmid Nitqi 1989-cu ildən Böyük Britaniyanın Edinburq Universitetinin "İslam və Orta Şərq Araşdırmaları" bölümündə çalışmışdır. Doktor Həmid Nitqi Böyük Britaniyada çap etdirdiyi və Azərbaycan Türkcəsinin inkişaf məsələlərinə həsr edilmiş məqaləsində əsrin əvvəllərindən bu günə qədər İranda Azərbaycan Türklərinə, onların dil və mədəniyyətlərinə olan təzyiqlərdən bəhs edir.

Ölümü

İstanbuldakı məzarı

Həmid Nitqi 1999-cu ildə uzun sürən xəstəlikdən sonra Böyük Britaniyada vəfat etmiş, İstanbulun Zəncirliquyu qəbiristanlığında dəfn edilmişdir.

Dr. Həmid Nitqi mükafatı

İranın Beynəlxalq İctimaiyyətlə Əlaqələr Konfransının, təsis etdiyi Dr. Nitqi elmi mükafatı, inkişaf və inkişafda təsirli olan insanların, elmi, tədqiqat və yenilikçi səylərini qiymətləndirmək məqsədilə iki səviyyədə, yəni milli və beynəlxalq səviyyədə verilir. Milli səviyyədə Nitqi mükafatını alanlar arasında Abdullah Jasbi, Məhəmməd Bağır Qalibaf və İran İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri və İranın İctimaiyyətlə Əlaqələr Birliyinin İdarə Heyətinin üzvü Mirzə Baba Mütəhərinejadı göstərmək olar. Həmçinin beynəlxaq səviyyədə bu mükafata layiq görülən alimlərdən, İranda müasir əlaqələndirmə elminin banisi Kazım Mötəmednejad, İranda İnformasiya Texnologiyaları banisi Əli Əkbər Cəlali və Merilend Universitetinin imtiyazlı professoru Ceyms Qruniqin adını göstərmək olar[3].

Nəşrləri

İranda çıxan "Şahin","Azərbaycan Daməvənd","İqdam","Qanun","Mərdanekar","Keyhan" kimi müxtəlif qəzetlərdə sosial-tarixi, ədəbi-fəlsəfi mövzulu yazı və şeirlərlə çıxış etmişdir. Onun "Hər rəngdən","Dünəndən bu günə","Gənclik günahları","Min ilin sonu" və başqa kitabları Tehranda, Bakıda, Ankaradaİslamabadda çap olunmuşdur. Həmid Nitqi,"Günəş" şeirində yüzillər boyunca ağır işkəncələr görmüş yurdunun "güvəndiği dağlara qar yağdığını", başının üstündən həmişə qara yellər əsdiyini vurğulayırdı."Dastan Ölməz" əsəri H. Nitqinin Afrika xalqlarının azadlıq uğrunda mübarizəsini göstərmişdi. Əsərdə Cənubi Amerikada, qaradərililərin ilk azadlıq üsyanının vətəni olan Haitidə çevrilişin qələbəsindən bəhs edilir. Bir vaxtlar Azərbaycanın paytaxtı olan Təbrizə həsr olunmuş "Təbriz" şeiri əhəmiyyətli yer tutur. "Təbriz" şeirində Azərbaycanın keçmiş mədəniyyət mərkəzi olan Təbrizin xronolojik olaraq zəngin keçmişi ve şanlı qəhramanlıqları ədəbî dillə təsvir olunub.

İstinadlar

  1. "زندگینامه: حمید نطقی (۱۲۸۹- ۱۳۷۸)". 2018-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-28.
  2. Pərvanə Məmmədli. Cәnubi Azәrbaycan: әdәbi şәxsiyyәtlәr, portretlәr (PDF). Bakı: Sabah. 2015. səh. 76. 2023-04-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-06.
  3. "شیوه نامه اعطای جایزه دكتر حمید نطقی بنیانگذار روابط عمومی در ایران". 2013-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-28.

Mənbə

  • Pərvanə Məmmədli, "Tanınmış türkoloq Həmid Nitqi", "Ədəbiyyat qəzeti" 12 iyul, 1996
  • Pərvanə Məmmədli. "Şeirləri sirr dolu örtüyə bürünmüş şair" "21 Azər" dərgisi, (Dortmund) 2000, 18-ci sayı
  • Pərvanə Məmmədli. "Cənubi Azərbaycan: ədəbi şəxsiyyətlər, portretlər". Bakı, "Sabah", 2015. 76–86.s
  • EYNULLA, M. (2010). Poetry of Azerbaijan. A drop in the Ocean, Leaf publication
  • FARZANEH, D. (2000), Hamid Nutki’nin Hayatı ve Şiirleri Üzerinde Bir İnceleme. Ege Universitesi Sosyal Bilimler Enstitüsü, İzmir.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.