Həmid Herisçi
Həmid Herisçi (29 aprel 1961, Bakı) — Azərbaycan yazıçısı, şairi, publisist, televiziya aparıcısı.
HƏMİD HERİSÇİ | |
---|---|
Həmid Qafar oğlu Herisçi | |
Doğum tarixi | 29 aprel 1961 (62 yaş) |
Doğum yeri |
![]() |
Vətəndaşlığı | |
Həyat yoldaşı | İlhamiyyə Rza |
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist |
Həyatı
Həmid Herisçi 30 aprel 1961-ci ildə Bakı şəhərində anadan olub. Atası Qafar Kəndli Herisçi 1923-cü ildə Təbriz şəhərində anadan olub. Atası tərəfi əslən Təbriz yaxınlığındakı Heris bölgəsindəndir, "Herisçi" soyadını da bu bölgənin adından alıb.[1][2]
Həmid Herisçi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Nekroloq" və "Əli. Nino. Bakı" adlı postmodern üslubda yazılmış iri həcmli romanların və şeirlərin müəllifidir. Bir zamanlar həyat yoldaşı İlhamiyyə Rzayeva ilə birlikdə Space telekanalında "Gecə kanalı" adlı verilişdə aparıcılıq edib. 2002-ci ildə yaradılmış Azad Yazarlar Ocağının qurucularından biridir. 2013-cü ildə ANS telekanalında "Gizli Azərbaycan" verilişinin aparıcısı olub[3].
Ailəsi
- Qafar Kəndlinin oğludur.
- Jurnalist İlhamiyyə Rzayevanın həyat yoldaşıdır.
Kitabları
- Nekrokoq, roman, B., Oka nəş. 2005
- Solaxay, roman, Bakı: Zero, 2014.
- Əli və Nino, roman., Eyni adlı məşhur romanın dekonstruksiyası B., Oka, 2008,
- SSRİ, şerlər, B., Qanun, 2007.
- "Sekond hənd", şerlər, B., Parlaq imzalar nəş., 2022
- Konspiroloq, məqalələr toplusu, B., Qanun, 2010.
- Portretlər, bədii portretlər- B.,"Zero", 2013. və s.
İstinadlar
- "Arxivlənmiş surət". 2021-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-29.
- "Arxivlənmiş surət". 2021-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-29.
- "ANS pirlərlə bağlı verilişini bağladı". 2013-09-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-14.