Həmid Arzulu

Həmid Arzulu (Həmid Fərhad oğlu Əliyev; 15 may 1937, Naxçıvan) – şair, yazıçı, tərcüməçi, dramaturq, alim, pedaqoq, filologiya elmləri doktoru.

Həmid Arzulu
Doğum tarixi
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti dilçi, şair, yazıçı, tərcüməçi
İstiqamət şair, yazıçı, dilçi, tərcüməçi, dramaturq, alim, pedaqoq. Filologiya elmləri doktoru.

Həyatı

Həmid Arzulu Naxçıvanda dünyaya gəlmişdir.

Tədqiqatçı Həsənalı Eyvazov 2005-ci ildə "H. Arzulunun yaradıcılığında tarixilik" adlı monoqrafiyasını nəşr etdirmişdir.

Fəaliyyəti

Ədəbi fəaliyyəti

O, ədəbiyyata şeirlə gəlmiş, sonralar həm nəsr, həm də alman dilindən bədii tərcümə sahəsində fəaliyyət göstərmişdir. Onun ədəbi fəaliyyətinə əruz vəznində yazdığı satirik sabiranə şeirləri, sərbəst şeir vəznində qələmə aldığı "Deyirsən ki, açıq danış" poeması, ənənəvi janrda dərc etdirdiyi "Kəndimizin dastanı", "Bayramım-Novruzum gəlir" və nəhayət, "Şərq qapısı" qəzetinin keçirdiyi müsabiqədə birinci mükafata layiq görülən "Heydərnamə" poeması, digər şeir və mənsur hekayələri aiddir.

H. Arzulu həm də yazıçı-dramaturq kimi fəaliyyət göstərmişdir. Onun Naxçıvan Dövlət Musiqili Dram Teatrında altı əsəri; dörd dram əsəri, bir komediyası və bir lirik-psixoloji pyesi tamaşaya qoyulmuş, iki dram əsəri ("Ürəyə qəsd" və "Dəfinə axtaranlar") Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qəbul edilmişdir.

Tarixi mövzuda Həmid Arzulunun bir sıra hekayələri ("Göy geyimli fateh", "Çinarlar qurumur", ("Qaya altında səs"), bir povesti ("Günahsız şikəstlər"), iki romanı ("Qaçaq Quşdan" və "Qara Xəncər") nəşr edilmişdir. Bununla yanaşı, "İnam", "Əlincə Qalası", və "İtilənən xəncərlər" pyesləri, "Qaçaq Quşdan", "Qara Xəncər" romanları və "Günahsız şikəstlər" povesti dərc olunmuşdur.

Tərcümələri

Alman dilindən alman klassik şairlərindən Henrix Heynenin "Hars səfəri" povestini və bu povestdə olan yüz beytə qədər lirik şeirləri, Yohan Volfqanq Hötenin məşhur "Qərb-Şərq" divanını, Qothold Efraim Lessinqin "Müdrik Natan" mənzum dramını, Fridrix Şillerin "Balladaları"nı, həmçinin Qothold Efraim Lessinqin "Emiliya Qalotti" faciəsini , "Minna fon Barnhell" komediyasını, Bertold Brextin "Təbaşir xaç" dramını, Stefan Sveyqin "Novellaları"nı Azərbaycan dilinə tərcümə edərək nəşr etdirmişdir.

Elmi fəaliyyəti

Həmid Arzulu 1988-ci ildə "Alman dilindən Azərbaycan dilinə bədii tərcümə zamanı poetik forma və üslubi xüsusiyyətlərin əks etdirilməsi prinsipləri" mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi dərəcəsini almışdır. 2010-cu ildə "Alman klassik poeziyasının Azərbaycan dilinə tərcüməsinin nəzəri və praktik prinsipləri" mövzusunda elmlər doktorluğu üzrə elmi işini müdafiə edərək filologiya elmləri doktoru olmuşdur. Onun bu sahədə 30-dan çox elmi məqaləsi, monoqrafiyası, "600 alman – Azərbaycan atalar sözləri lüğəti" nəşr olunmuşdur.

Həmid Arzulu Naxçıvan MR əməkdar müəllimidir. Hal-hazırda o, Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma və yenidən hazırlanma üzrə prorektor vəzifəsində çalışır.

Əsərləri

Teatrlarda tamaşaya qoyulmuş pyesləri

  • İnam (tarixi pyes), (1979)
  • Əlincə Qalası (tarixi dram), (1983)
  • "Durnalar köçür" – pyes, 1984-cü ildə
  • "Təbaşir xaç" – dram. Bertold Brext. Şəki teatrında 1988-ci ildə
  • "İtilən xəncərlər" – tarixi pyes, 1996-cı ildə
  • "Ərsizlər və arsızlar" – komediya, 2000-ci ildə
  • "Mərhəmət məhəbbət deyil" – lirik-psixoloji pyes, 2003-cü ildə
  • "Ürəyə qəsd" – pyes
  • "Xəzinə axtaranlar" – komediya
  • "Əshabi-Kəhf" – mənzum dram, 2006-cı ildə. "Məktəb" nəşr. 2007
  • "Xırda Kişi və Böyük Padşahın nağılı" – nağıl-pyes, "Məktəb" nəşr. 2007
  • "Müdrik Natan" – alman dilindən orijinaldan tərcümə etdiyi mənzum dram, 2010-cu ildə

Nəşr olunmuş şeir, hekayə, povest və romanları

  • "Ürəyimi açıram" – hekayələr kitabı. Bakı. "Yazıçı" nəşr. 1986
  • "Yurdumuzun şəfəqləri" Bakı. "Gənclik" nəşr. 1986
  • "Məni çağır" Bakı. "Qorqud" nəşr. 1998
  • "Kəndimizin dastanı", Bakı. "Qorqud" nəşr. 1998
  • "Sevgi nağılı", Bakı. "Gənclik" nəşr. 1999
  • "Günahsız şikəstlər", Bakı. "Gənclik" nəşr. 1999
  • "Qaçaq Quşdan" – tarixi roman. Bakı. "Yazıçı" nəşr. 2000
  • "Bu məhəbbətdir" – hekayələr toplusu. Naxçıvan. "Əcəmi" nəşr. 2001
  • "Müəllim şagird dünyası" – pedoqoji-metodik oçerk. Bakı. "Çənlibel" nəşr. 2002
  • "Xanbacı və qonaqları" – mənzum dram. Naxçıvan. "Əcəmi" nəşr. 2003
  • "Qara Xəncər" – roman. Bakı. "Şirvan" nəşr. 2004
  • "Sınıq güzgü" – roman. Bakı. "Şirvan" nəşr. 2005
  • "Turac nəğməsi" – povest. Bakı. "Şirvan" nəşr. 2005
  • "Heydərnamə" poeması – Heydər Əliyevə həsr olunmuşdur.

Yeni nəşr olunmuş əsərləri

  • "Stefan Sveyq NOVELLALAR", Bakı. "Qanun" nəşr. 2013
  • Dünyaya pəncərə (dram əsərləri, tərcümələr) Əcəmi nəşr. 2014
  • "Qaçaq Quşdan" – tarixi roman. Naxçivan. "Əcəmi" nəşr. 2015
  • "Günahsız şikəstlər", povest Naxçıvan. "Əcəmi" nəşr. 2015

Elmi əsərləri

  • "Alman klassik poeziyasının Azərbaycan dilinə tərcüməsinin nəzəri və praktik prinsipləri". Bakı. "Elm" 2003
  • "Alman dilindən Azərbaycan dilinə bədii tərcümə zamanı poetik forma və üslubi xüsusiyyətlərin əks etdirilməsi prinsipləri"
  • "1-ci siniflərdən şagirdlərə bədii və ifadəli qiraət vərdişlərini necə aşılamalı". Metodiki vəsait. Naxçıvan. "Əcəmi" nəşr.
  • "600 Alman-Azərbaycan atalar sözləri və onların tərcümə prinsipləri". Bakı. ADPU nəşriyyatı 2004.

Jurnallardakı elmi məqalələri

  • Bizim "Faust". АPR və Ədəbiyyat Institutunun Elmi əsərləri. Bаkı:1979, № 2, səh. 67 – 72.
  • Alman şəxs adları Azərbaycan dilində. Elm və həyat,1980. № 3, s.36–38
  • Alman frazeoloji birləşmələrinin Azərbaycan dilinə tərcüməsi haqqında. Azərbaycan məktəbi, 1980, № 8, səh. 8 – 9
  • Alman pоeziyasının Azərbaycan dilinə tərcüməsinin bəzi məsələləri. "Ulduz", 1983, № 4, səh. 51–54
  • H. Hayne Azərbaycan dilində. "Azərbaycan" , 1983. № 6.
  • "Qərb – Şərq divan"ı haqda. Y. Qötenin "Liriкası və "Qərb-Şərq divanından nümunələr" kitabına ön söz. Bаkı: "Yazıçı" 2000. səh. 5 – 9
  • Milli ədəbiyyatların zənginləşməsində tərcümənin rolu. Azərbaycan Müəllimlər Institutunun Nаxçıvan filialı "Fənlərin tədrisi metodiкasının аktual problemləri" məcmuəsi. Nаxçıvan: 2003. səh. 102 – 107
  • Bədii tərcüməyə dair nəzəri кonsersiyalar. "Açıq dünya" Ictimai–siyasi, elmi-kütləvi jurnal. 2003,№ 3 (12), səh. 26 – 30
  • Orijinaldan tərcümə bədii tərcümənin yeganə düzgün yoludur. "Açıq dünya" Ictimai-siyasi, elmi – kütləvi jurnal. 2003, № (12), səh. 30 – 33
  • Bədii tərcümənin praktiкası və nəzəriyyəsi haqqında. Nаxçıvan Dövlət Universitetinin Elmi xəbərləri, 2004, № 3. səh. 71–72
  • Şillerin balladaları Azərbaycan dilində. АPDU-nun Xəbərləri, 2004, № 3, səh. 267–273
  • Bədii tərcümədə pоetik obrazlara münasibət. Azərbaycan Respubliкasının Təhsil Nazirliyi.Еlmi аxtarışlar, 2004 ХI. səh. 179 – 182
  • Alman balladalarının Azərbaycan dilinə tərcüməsi haqqında. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Elmi аxtarışlar, 2004 ХI. səh.182 – 185
  • Q.Е. Lessinq və onun "Müdrik Natan" mənzum dramı haqda. Bаkı: Nаksuana, 2004 , səh.3–7
  • Alman atalar sözlərinin Azərbaycan dilinə tərcüməsi haqda. "600 Alman – Azərbaycan atalar sözləri və onların tərcümə prinsipləri" kitabı. Bаkı: АDPU-nun nəşri, 2004, səh. 3–26
  • Orijinalın yоxsa tərcüməçinin üslubu. АMЕА-nın Xəbərləri. Humanitar elmlər seriyası. 2004, № 3–4, səh. 50 – 55
  • Y. V. Göte pоeziyasında şeir formaları və onların Azərbaycan dilinə tərcüməsi haqqında. Bаkı Dövlət Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2004, № 3, səh. 49–54.
  • Orijinalın üslubi və şəkli xüsusiyyətlərinin bədii tərcümədə əks etdirilməsi haqda. Bаkı Universitetinin Xəbərləri. CSSN 1609586, Bаkı: 2004, № 4, səh. 47 – 49
  • Tərcümədə kiçik şeirlərin böyük iztirabları. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəniyyət dünyası" elmi-nəzəri məcmuəsi, 9-cu buraxılış. Bаkı: 2004, səh. 186 – 189
  • Alman mənzum dramlarının dilimizə tərcüməsi haqqında. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəniyyət dünyası" elmi- nəzəri məcmuəsi. Bаkı: 2004, 9-cu buraxılış. səh. 220 – 225
  • Y. V. Götenin Qərb – Şərq divanı və onun Azərbaycan dilinə tərcüməsi haqda Azərbaycan Dillər Universiteti. "Tərcümə və Transmilli proseslər" beynəlxalq konfransın tezisləri. Bаkı: 14 – 15 aprel 2005, səh. 173–175
  • Qöteni tərcümə etmək üçün Füzuli olmaq lazımdırmı? NDU Xəbərləri. 2005, № 16, səh. 23 – 26
  • Üç alman dramına üç tərcüməçi münasibəti. Nаxçıvan Müəllimlər İnstitutunun Xəbərləri. 2005, № 1, səh. 67 – 72
  • Е. Lessinqin "Müdrik Natan" mənzum dramının tərcüməsinin bəzi problemləri. Bаkı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin problemləri. Bаkı: 2005, səh. 141 – 144
  • Pоeziyanın tərcüməsində ritm, bölgü və qafiyə problemləri. Bаkı Slavyan Universiteti. "Elm və Cəmiyyət". Elmi məqalələr toplusu. Bаkı: 2005 № 1, səh. 168 – 173
  • Klassik alman şeirində forma və vəznlər. Azərbaycan Dillər Universitetinin Elmi xəbərləri. Bаkı: 2005, № 2, səh. 124 – 128
  • Tərcüməçi yaradıcılı və tərcümə yaradıcılığı. Nаxçıvan Müəllimlər Institutunun Xəbərləri. 2005, № 2, Səh. 33 – 36
  • Şagirdlərə bədii tərcümə vərdişlərini necə aşılamalı. "Təhsil Problemləri" qəzeti, 21–31iyul, 2005-ci il, № 41–42. səh.6
  • Ruhumuza və dilimizə yatımlı Hayne liriкası. Azərbaycan Pedaqoji İnstitutunun Xəbərləri, 2006, № 1,. səh. 100–105.
  • Y. V. Qötenin Şərq şeirləri və onların tərcüməsinə dair. "Körpü" İran İslam Respubliкasında beynəlxalq, müstəqil, ictimai-siyasi, elmi, ədəbi nəşr. Təbriz: 2006, № 50, səh. 39–40.
  • H. Hayne liriкasından yeni tərcümələr. Nаxçıvan Müəllimlər İnstitunun Xəbərləri. 2005, № 2, səh. 47–50.
  • Pоeziya tərcüməsində еkvimetriya və еkviritmiya problemləri. Nаxçıvan Müəllimlər Institutunun Xəbərləri. 2006, № 2, səh. 48–50.
  • Bədii tərcümədə orijinal yaradıcılığa cəhd. Nаxçıvan Müəllimlər İnstitutunun Xəbərləri. 2006, № 3, səh. 37–40.
  • Bədii tərcümədə milli кalorit və bədii forma ənənələrinə münasibət Nаxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, 2006, № 4, səh. 28–31.
  • Alman-Azərbaycan atalar sözlərində eynilik və оxşarlıq. Azərbaycan Milli Elmlər Акademiyası Nаxçıvan Bölməsi. Xəbərlər, İctimai və humanitar elmlər seriyası. № 1, səh. 101–105.
  • H. Hayne pоemalarının Azərbaycan dilinə tərcüməsi haqqında. Nаxçıvan Dövlət Universitetinin Elmi Xəbərləri. 2007, № 1 (21), səh. 30–34.
  • Bədii tərcümədə sərbəstliyin şirin və acı nəticələri. АMЕА. Xəbərləri. Humanitar elmlər. 2007, № 1.

Tərcümələri

Alman dilindən

  • "Novellalar", Stefan Sveyq. Bakı. "Azərnəşr", 1974
  • "Harts səfəri" povest, Henrix Heyne. Alman ədəbiyyatı antologiyası. s.87–157
  • "Emiliya Qalotti", Qothold Efraim Lessinq. Alman ədəbiyyatı antologiyası. s.157–233
  • "Minna fon Barnhell" – komediya. Qothold Efraim Lessinq.
  • "Balladalar" Fridrix Şiller. Alman ədəbiyyatı antologiyası. s.14–19
  • "Əlcək" – Ballada Fridrix Şiller. Alman ədəbiyyatı antologiyası. s.14–19
  • "Lirik şeirləri" Yohan Volfqanq Höte. Alman ədəbiyyatı antologiyası. s.14–19
  • "Müdrik Natan" – mənzum dram. Qothold Efraim Lessinq. Bakı. "Naksuana" nəşr. 2004
  • "Qərb-Şərq divanından nümunələr" və Yohan Volfqanq Höte lirikası. Bakı. "Yazıçı" nəşr. 2000
  • "Alay dostları" – povest. Frans Fuman. Bakı. "Azərbaycan jurnalı", 1981
  • "Təbaşir xaç" – dram. Bertold Brext.
  • "600 Alman-Azərbaycan atalar sözləri və onların tərcümə prinsipləri". Bakı. ADPU nəşriyyatı 2004.

Rus dilindən

  • "Tarixin qanlı yaddaşı", S. Zeynaloğlu. Bakı. "Gənclik" nəşr. 1999

Azərbaycan dilindən alman dilinə

Başqa dillərə tərcümə olunmuş əsərləri

Türk dilinə

  • "Sınıq güzgü", Həmid Arzulu. Ankara. "Edge Akademi Yayıncılık", 2012

Şeirlərinə bəstələnmiş musiqilər

  • "Qurban gedər eşqimiz" – musiqisi Rəşid Məmmədovundur.
  • "Odlar diyarının əsgərləriyik" – musiqisi Rəşid Məmmədovundur.
  • "Xalqımın yenilməz mərd Heydər oğlu" – musiqisi Rəşid Məmmədovundur. Heydər Əliyevə həsr edilmişdir.
  • "Elçi gedər atalar qızlara" – musiqisi Rəşid Məmmədovundur.
  • "Zakirim" – musiqisi Rəşid Məmmədovundur.
  • "Vasifim" – musiqisi Rəşid Məmmədovundur.
  • "Tərlan bacım" – musiqisi Rəşid Məmmədovundur.
  • "Ordubadımın qızları" – musiqisi Əkrəm Məmmədovundur.
  • "Naxçıvan syuitası" – musiqisi Əkrəm Məmmədovundur.
  • "Sən həmişə bizimləsən" – musiqisi Şəmsəddin Qasımovundur. Heydər Əliyevə həsr edilmişdir.

Mənbə

  1. "Həmid Arzulunun yaradıcılığında tarixilik", monoqrafiya. H.Eyvazlı. "Məktəb" nəşr. 2003
  2. ZAMAN qəzeti "Sınıq güzgü" türkcə işıq üzü görüb.
  3. "Azərbaycan müəllimi" qəzeti – Şair, müəllim və alim. Arxivləşdirilib 2011-07-07 at the Wayback Machine
  4. "Azərbaycan poeziyasının 75 yaşlı fədaisi". Vətəninfo.az Arxivləşdirilib 2012-05-11 at the Wayback Machine
  5. 525-ci qəzet "2005–2011-ci illərdə tərcümə işinin vəziyyəti" barədə məruzə
  6. "M. F. Axundov adına Milli kitabxana" Məqalə; Azərbaycanda bədii tərcümənin vəziyyəti. 14 iyun 2012 Cəlil Cavanşir.
  7. "ƏDALƏT" qəzeti- Dünyaya pəncərə məqaləsi

Xarici keçidlər

  1. Prezident kitabxanasından. "Qərb-Şərq divanı"ndan nümunələr.
  2. M. F. Axundov ad. Milli kitabxanın kataloqu.
  3. M. F. Axundov ad. Milli kitabxanada yeni kitablar kataloqu.
  4. ALMAN ƏDƏBİYYATINDAN tərcumələr Arxivləşdirilib 2013-01-12 at the Wayback Machine
  5. BİBLUS
  6. Elektron kitabxanadan
  7. Hekayələr kitabı "Yurdumuzun şəfəqləri" Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine
  8. Milli Elektron Kataloq
  9. facebook. Həmid Arzulu
  10. Ərsizlər və arsızlar komediyası tamaşası.
  11. Kanal A "Kirik ayna" türk dilinə tərcümə edən Şenər Danyıldız.
  12. AMEA Naxçıvan bölməsi. Elektron Kitabxana. Əlincə qalası. H. Arzulu Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  13. Bu məhəbbətdir. H. Arzulu
  14. Naxçıvan Müəllimlər İnstitutu. H. Arzulu Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.