Həmid Alimcan

Həmid Alimcan(özb. Hamid Olimjon, 12 dekabr 1909, Cizak, Rusiya Türkistanı general-qubernatorluğu3 iyul 1944, Daşkənd) — Özbək şairi, dramaturqu, tənqidçisi. Müasir özbək ədəbiyyatının yaradıcılarından.

Həmid Alimcan
özb. Hamid Olimjon
Doğum tarixi 12 dekabr 1909(1909-12-12)
Doğum yeri
Vəfat tarixi 3 iyul 1944(1944-07-03) (34 yaşında)
Vəfat yeri
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Vətəndaşlığı
Milliyyəti özbək
Həyat yoldaşı
Fəaliyyəti şair, dramaturq, ədəbiyyat tənqidçisi
Fəaliyyət illəri 1928-ci ildən
Əsərlərinin dili rus dili
Mükafatları "Böyük xidmətlərə görə" ordeni

Həyatı

Həmid Alimcan 1909-cu ildə Cizzax şəhərində anadan olmuşdur. Həmid Alimcan ilk təhsilini başa vurduqdan sonra Səmərqənd şəhərinə yola düşmüşdür. O, Səmərqənd pedaqoji məktəbində təhsilini davam etdirmiş və 1928-ci ildə buranı müvəffəqiyyətlə bitirmişdir. H.Alimcan 1928-1930-cu illərdə Səmərqənd Pedaqoji Akademiyasının ictimai elmlər bölməsində təhsil almışdır. Özbək ədəbiyyatının tanınmış şəxsiyyətlərindən olan Uyğun, Aydın, Mirtemir, Cəlal Əkrəmi burada olduğundan H.Alimcan onlarla tanış olmuş və yaxınlıq etmişdir. Ümumiyyətlə, akademiyada mövcud olan elmi-ədəbi mühit onun bir şəx siyyət və sənətkar kimi formalaşmasında mühüm rol oynamışdır.[1]

H.Alimcan ilk şeirini tələbəlik illərində yazmışdır. Şairin bu dövrdə yazdığı şeirlər kitab halında 1929-cu ildə çapdan çıxmışdır. O, 1930-cu ildə pedaqoji akademiyanı bitirmiş, ilk əvvəllər qəzet və jurnallarda çalışmışdır. Bir qədər sonra isə elmi-tədqiqat institutunda işləmiş, ədəbiyyatın nəzəri məsələlərinə dair tədqiqatlar aparmışdır. Nəvai və Muqumi kimi sənətkarların yaradıcılığını tədqiq edən sanballı əsərlər yazmışdır.

H.Alimcanın bədii yaradıcılığında milli hisslərin эüclü olması, istər-istəməz onun bir sənətkar olaraq müəyyən məhdudiyyətlər ilə üzləşməsinə эətirib çıxarmışdır. Belə ki, 30-cu illərin ortalarından başla ya raq o, millətçi və burjua ideoloэiyasının təbliğatçısı kimi təqib üzvlüyündən kənarlaşdırılmışdır. H.Alimcan qısa müddətdən sonra yenidən birliyə üzv qəbul olunmuş, özünün elmi və bədii yaradıcılığını davam etdirmişdir. O, 1939-cu ildə Özbəkistan Yazıçılar Birliyinə sədr təyin olunmuşdur.[2]

Hələ sağlığında onun əməyinə yüksək qiymət verilmişdir. 1939-cu ildə o, Şöhrət ordeni ilə mükafatlandırılmış, 1943-cü ildə isə Özbəkistan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Həmid Alimcan 1944-cü ildə vəfat etmişdir. O, qısa, lakin şərəfli bir ömür yaşamışdır. Hazırda Özbəkistanın bir çox küçə, meydan, institut, orta məktəb, metro və s. yerləri onun adını daşıyır. 1979-1984-cü ildə ədibin seçilmiş əsərlərinin 10 cildliyi çapdan çıxmışdır.[3]

İstinadlar

  1. "Həyatı". 2012-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12.
  2. Quliyev Elman Hilal oğlu. Türk xalqları ədəbiyyatı: dərslik /E. Quliyev; elmi red. H. Qasımov ; rəyçilər B. Nəbiyev. Bakı : Conatant Empary , 2011, 567 s. səh.226-227.
  3. "Sayt «Özbək ədəbiyyatının səhifələri ilə»". 2009-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.