Həmişə səninlə olan bayram
Ernest Heminqueyin 1950-ci illərdə qələmə almış olduğu "Həmişə səninlə olan bayram" avtobioqrafik əsəri onun Paris həyatından, dövrünün görkəmli adamları ilə görüşlərindən, Parisin füsünkar gözəlliyindən bəhs edir.
Həmişə səninlə olan bayram | |
---|---|
ing. Moveable Feast | |
Janr | Avtobioqrafiya |
Müəllif | Ernest Heminqueyin |
Orijinal dili | İngilis dili |
Yazılma ili | 1950-ci illərdə |
Nəşr ili | dekabr 1964-ci il |
Nəşriyyat | Charles Scribner's Sons |
Ernest Heminquey "Totonto star" qəzetinin xarici müxbiri kimi 1921-ci ildə Parisə gələrək 1926-cı ilədək orada yaşayır. Burada o, Gertrud Stein, Ezra Paundla tanış olur və onların təsirindən ilhamlanaraq yazıçı olmaq qərarına gəlir.
1956-cı ildə Heminquey Parisin Riç hotelinin zirzəmisindən uzun illər qoyub getmiş olduğu çamadanını tapır. Onun içindən əldə etdiyi Paris həyatından bəhs edən gündəliyi üzərində işləyir. Lakin kitab onun ölümündən sonra dördüncü arvadı Mri Velş Heminqueyin səyi nəticəsində 1964-cü ildə işıq üzü görür.
Paris, həyat üçün bayramdır. Əgər gəncliyində Parisdə olmaq xoşbəxtliyinə nail olmusansa, onda onu ömür boyu qəlbində gəzdirirsən, harasa getmək istəsən belə, Paris həyatının hakimidir[1][2]
— Həmişə səninlə olan bayram. Ernest Heminquey
Paris əbədidir və hər kəs, kim orada yaşayıbsa onu özünəməxsus şəkildə xatırlayır. Biz hər zaman ora qayıdırıq, kimliyimizdən və onun nə qədər dəyişməsindən, ona yetişməyin nə qədər çətin və asan olmasından asılı olmayaraq. Paris buna layiqdir və sən ona nə vermisənsə, artıqlaması ilə geri alırsan. O keçmiş kasıb və xoşbəxt olduğumuz günlərdə də Paris belə idi.[1][2][3]
— Həmişə səninlə olan bayram. Paris əbədidir. Ernest Heminquey
Kitabın əksər səhifələri Frensis Skott Fitsceralda həsr olunmuşdur. Burada o, Frensis Skott Fitsceraldın davranışının, həyat tərzinin təsvirinə geniş yer vermişdir.
Günaşırı və ya iki gün sonra Skott öz kitabını mənə gətirdi. Kitabın üzlüyü alabəzək idi, yadımdadır, mənə onun belə aldadıcı, zövqsüz, sürüşkən olması narahat edici gəlirdi. O, ən pis elmi-fantastik romanın üzlüyünə oxşayırdı. Skott məndən bunlara fikir verməməyimi xahiş etdi: bu əsərin süjetində mühüm rol oynayan Lonq-Aylend şossesindəki reklam lövhəsinin təhrikidir. O, dedi ki, əvvəlcə bu üzlük onun xoşuna gəlirdi, amma indi yox. Oxumaqdan qabaq mən bu üzlüyü çıxartdım. Kitabı oxuduqdan sonra, anladım ki, Skott özünü necə aparmasından və nə etməsindən asılı olmayaraq, mən anlamalıyam ki, bu bir xəstəlikdir, ona kömək etməli və ona yaxşı bir dost olmağa çalışmalıyam. Onun çox, lap çox, tanıdığımdan da çox yaxşı dostları vardı. Və gərəkli olub olmamağımdan asılı olmayaraq mən özümü də onların sırasına aid etdim. Əgər o,"Böyük Qetsbi" kimi belə bir möhtəşəm kitab yaza bilibsə, mən heç şübhə etmirəm o, bundan da yaxşısını yaza bilər. O vaxt mən Zelda ilə hələ tanış deyildim və buna görə də hər şeyin dəhşətli dərəcədə onun əleyhinə olmasını bilmirdim. Zelda Skottu onun işinə belə qısqanırdı... Skott qəti qərara gəlmişdir ki, daha içki məclislərinə getməsin, hər gün gimnastika ilə məşqul olsun və mütəmadi olaraq işləsin. O işləməyə başlamışdır, təzəcə düzəlirdi ki, Zelda şikayətlənirdi ki, ona darıxdırıcıdır və onu növbəti içki məclisinə dartıb aparırdı.'[1][4]
— Həmişə səninlə olan bayram. Kərkəslər qənimətlərini bölüşmürlər. Ernest Heminquey
İstinadlar
- Paris, ein Fest fürs Leben, Ernest Hemingway, 5. Aufgabe April 2012, ISBN 9783498030087 (alm.)
- "Arxivlənmiş surət". 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-13.
- Həmişə səninlə olan bayram. Paris əbədidir. Ernest Heminquey Arxivləşdirilib 2022-06-20 at the Wayback Machine (rus.)
- Həmişə səninlə olan bayram. Kərkəslər qənimətlərini bölüşmürlər. Ernest Heminquey Arxivləşdirilib 2022-06-20 at the Wayback Machine (rus.)