Həmənli

HəmənliAzərbaycan Respublikasının Goranboy rayonunun Qaramusalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Xınalı kənd Sovetindən Həmənli kəndi Qaramusalı kənd Sovetinin tərkibinə verilmişdir.[1]

Həmənli
40°42′55″ şm. e. 46°47′56″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 199 nəf. (2009)
Həmənli xəritədə
Həmənli
Həmənli

Toponimikası

Yerli əhalinin məlumatına görə, kəndin adı mənşəcə Qazax mahalından olan həmənli nəslinin burada məskunlaşmasından yaranmışdır. Həmənlilər keçmiş Gəncə xanlarının nəslindən olub, Qaramusalı kəndində yaşayan Məmməd xana məxsus Xanlıq adlanan bu ərazidən ilxı saxlamaq üçün qışlaq kimi istifadə edirdilər. Sonralar həmənlilər bu ərazini xandan satın alaraq XIX əsrdə burada daimi məskunlaşmışlar.[2]

Coğrafiyası və iqlimi

Kənd Kürəkçayın sahilində, Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 199 nəfər əhali yaşayır.[3]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.