Hələb Beynəlxalq Stadionu

Hələb Beynəlxalq Stadionu[1][2] (ərəb. ملعب حلب الدولي) — Olimpik bir standartlara uyğun, çoxlu imkanlara malik, tamamilə üstü bağlı olan və Hələb şəhərindəki stadiondur. Suriyanın ən böyük stadionudur və hal-hazırda əksər futbol oyunları üçün istifadə edilir. Əl-ittihad Hələb klubu öz ev oyunlarını bu stadionda keçirir. Eyni zamanda Suriya Milli futbol komandasının bəzən ev sahibliyi etdiyi stadiondur. Stadion 2007-ci ildə açılmışdır və 75000 tamaşaçı tutumuna malikdir. Stadion Hələbin cənub bölgəsində, Əl-Həmədani İdman Şəhərciyinin yaxınlığında yerləşmişdir.

Hələb Beynəlxalq Stadionu
Tam adı ملعب حلب الدولي
Yeri Hələb
Təməli qoyulub 1980
Tikilib 1980
Açılış tarixi 2007 3 aprel
Tikinti xərcləri US$ 30,000,000
Memar Stanislav Kus
Sahibi Suriya Hökuməti
Tamaşaçı tutumu 75000
Ev sahibi komanda "Əl-İttihad"
Meydançanın ölçüləri 105 x 68 m
Ot örtüyü təbii ot
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Gecə vaxtı stadion

Stadiounun inşasına Polşalı inşaatçı-memar Stanislav Kus ilə memar Fevzi Xəlifənin köməyi ilə dizaynlara əsaslanaraq 1980-ci ildə başlanılmışdır. Aralıq Dənizi oyunları üçün 1987-ci ildə inşasının başa çatması planlaşdırılırdı. Suriya hökumətinin səlahiyyətliləri bütün çətinliklərin öhdəsindən gəlmək üçün ciddi bir proqramı tətbiq etdi, ancaq tikinti müddəti 2003-ci ilə qədər dayandı və maliyyə çətinliklər səbəbiylə 2 il gecikdi.

Son olaraq tikinti 27 illik rekord bir müddətdən sonra stadion 2007-ci ildə bütün müəssisələri ilə hazır vəziyyətə gəldi. Rəsmi olaraq 75 min tamaşaçı qarşısında 2-2 bərabərlik ilə sona çatan Əl-İttihad Hələb və Fənərbaxça arasındakı bir açılış dostluq matçında 3 aprel 2007-ci il tarixində açıldı. Stadionda ilk qol Əbdul Fəttah Əl Ağa vasitəsilə açılış oyununun 8-ci dəqiqəsində vurulmuşdur. Suriya prezidenti Bəşşar əl-Əsəd və Türkiyə Baş Naziri Rəcəb Tayyib Ərdoğan açılış oyununda iştirak etmişlər.[3][4]

Digər xüsusiyyətləri

Stadionunun beş səviyyəsi vardır: Birinci səviyyə trafındakı müəssisələr ilə birlikdə futbol meydançasının özüdür. İkinci səviyyə təhsil salonları, fərqli obyektlər və dəstək xidmətlərindən ibarətdir. Qalan üç səviyyə işçi heyətinin oturacaqları üçün nəzərdə tutulmuşdur. Üçüncü qatda VİP salon hazırlanmış və şərq üslubu ilə taxta əl işi ilə bəzədilmişdir.

Stadion bütün idman kompleksi ilə birlikdə 33 hektarlıq ərazidən 3.5 hektarlıq bir ərazini əhatə edir. İki böyük elektron ekran yerləşir. Stadionun şərq tribunasında açıq mavi rəngdəki oturacaqların üzərində ağ rəngli oturacaqlar Ərəb və İngilis dillərində "Hələb" adını meydana gətirir. Stadion öz növündə dünyada ikinci ən böyük stadiondur. Park sahəsi 8000-dən çox avtomobili qəbul edə bilər. Stadiona 26 qapıdan giriş mümkündür.

İstinadlar

  1. Xaraba qoyulmuş Hələbin dinc vaxtları. 2016. Arxivləşdirilib 2021-06-08 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2021-06-08. İstifadə tarixi: 2021-06-08.
  2. Dünyanın ən böyük stadionları. 2020. Arxivləşdirilib 2021-06-08 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2021-06-08. İstifadə tarixi: 2021-06-08.
  3. "Arxivlənmiş surət". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-02.
  4. "Al Arabiya news channel: Works". 2015-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-02.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.