Hələb

Hələb (ərəb. حلب‎ ḥalab; q.yun. Βέροια Béroia;[3] yun. Χαλέπι Chalépi; Osmanlı türkcəsi: حلب haleb;[4] türk. Halep; ing. Aleppo) — Suriya Ərəb Respublikasının şimal-qərbində[5] yerləşən şəhər. Hələb vilayətinin mərkəzi sayılan bu şəhər həm də Suriyanın əhali baxımından ən böyük şəhəridir. Ümumi ərazisi 16,000 km² olan Hələbdə 4,393,000 əhali yaşayır. Hələb dünyanın ən qədim insan məskənlərindən biridir. Burada ilk insan məskənləri məhz miladdan on iki min il əvvələ aparıb çıxarır. Təll əl-Qəramil adlanan təpəlikdə məhz arxeoloji axtarışlar bunu sübut edir. Antik mənbələrdə bu şəhər "Xalpe", "Xalibon" kimi tanınır. Fransızların mandatı altında olan zamanlar belə şəhərə "Alep" deyilib. "Aleppo" isə bu səslənmənin italyanlaşmış formasıdır. Ticari baxımdan önəmli olan şəhər Aralıq dəniziFərat çayı hövzəsində keçıd məntəqəsi rolunu oynamışdır. Şəhərdən kiçik Qüveyq (قويق) çayı axır.

Hələb
حلب
36°12′00″ şm. e. 37°09′36″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub e. ə. V minillik
İlk məlumat e.ə. 2500
Sahəsi
  • 190 ± 1 km²
Mərkəzin hündürlüyü 379 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.003.671 nəf. (2021)[2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +963 021
Digər
ealeppo.sy
Hələb xəritədə
Hələb
Hələb
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəzi alimlərin dediyinə görə mənası qədim Amorit dillərində (dəmir) kimi səslənən şəhər həm də Aramı dilində mənası (ağ)kimi də səslənir. Bəzi alimlər isə (südü çölə ver) mənasını qədim adətə də yozurlar belə ki, bir zamanlar bu ətrafda İbrahim peyğəmbər səyahət edən yolçulara süd paylıyarmış və onun inəklərinin rəngi kül rəngi idi məhz ərəbcə səslənən (əş-Şəhəb الشهب) və ya (Hələb əş-Şəhba حلب الشهباء) yeni (onun kül rəngi südü var) kəliməsi şəhərin ikinci adı kimi də tanınır. Miladdan 5000 il əvvəl Yamxed krallığının paytaxtı olan Hələb sonralar Amoriyalılar tərəfində idarə olunmuşdur.e.ə 1600 ildə isə şəhər Xett krallığının əlinə keçir. e.ə 800-ci ildə şəhər Assuriyalıların əlinə keçir. Şəhəri növbəti dəfə əlində saxlamqaq uğrunda İran dövlətinə qalib gələn yunan Selevkilər dövləti e.ə 333 ildən -e.ə 64-cü ilə kimi şəhəri idarə etmişdir. Həmin ildə isə şəhəri və bütün Suriya torpaqlarını Roma imperiyası idarə etməyə başlamışdır. Daha sonralar şərqi-Roma imperiyası olan Bizansın tərkibinə qatılan Hələb b.e 637-ci ilində müsəlman ərəb sərkərdəsi Xalid ibn Vəlid tərəfindən fəth olunur və bununla da şəhərin ərəbləşməyə və ərəb dünyasının ən zəngin və əsrarəngiz şəhərlərindən birinə çevrilən Hələb 994-cü ildə Həmdani şahzadəsi Seyf əd-Dövlənin ixtiyarına verilir məhz bu dövrlər çəhərin çiçəklənmə dövrü sayılır. Ərəb poeziyasının ən gözəl nümayəndələrindən olan şair əl-Mütənəbbi və filosof əl-Fərabi məhz həmin dövrdə yaşamışlar. 974–987 illər arası şəhər Bizansın tərkibinə qatılmış daha sonra Fatimilərin əlinə keçmişdir. Səlcuqi Bizans müharibəsindən istifadə edən Fatimilər daha sonralar da şəhərin əllrində qalması üçün səylə çalışmışlar. 1098 və 1124-cü illərdə şəhər səlibçilər tərəfindən mühasirəyə alınsa da şəhər toxunulmaz qalmışdır. Ancaq 1138-ci il avgustun 9 şəhər tarixinə qara hərflərlə yazılmışdır belə ki şəhərdə baş verən zəlzələdə 230000 adam tələf olmuşdur. Bu göstərici həm də dünyada baş verən zəlzələ hadisələrində rekord insan itkisi sayılır. 1183-cü ildən şəhəri Səlahəddin Əyyubi idarə etməyə başlayır və Əyyubilər şəhəri 24 yanvar 1260-cı ilə qədər idarə etməyə bacarırlar Məhz həmin gündən etibarən şəhərin Monqol xanı Hülaküdən və onun vassal tərəfdarları olan Antioxiya hakimi Bohemond VI və onun xaç atassı Kilikiya erməni hakimi Xatum şəhəri mühasirəyə alırlar. Şəhər hakimi Turanşah cəsurcasına şəhəri müdafiə etsə də 6 gün şəhəri daş yağışına tutan monqollar bütün müsəlmanları öldürür şəhərin xristian əhalisini isə qul kimi saxlayır. Şəhər Xoms hakimi əl-Əşrəfə verilsə də şəhərə monqol qarnizonu yerləşdirilir. Monqollar bunun ardından martın 1-də Dəməşq şəhərini tuturlar. Lakin sentyabrda Misir Məmlüklər onlara xəyanət edən Akkra franklarına qarşı çıxdılar və 1260-cı il 3 sentyabr tarixində Eyn Calut döyüşündə monqollara qalib gəlirlər və Hülakü xanın qoyub getdiyi general nestorian xristian olan Kitbuqanı öldürdülər və 5 gün sonra Dəməşq şəhərini geri aldılar amma müsəlmanların sayına görə Hələb üstün olduğundan mərkəz məhz o şəhər seçildi. Hülakü yenidən şəhərləri almaq üçün həmlələr etsə də bu mümkün daha mümkün olmadı.

1400-cü ildə isə şəhəri Teymurləng ələ keçirir və Məmlüklərdən alır. Şəhərin əmin amanlıq dövrü məhz Osmanlı imperiyasının bu regionda bərqərar olmasından sonra baş vermişdir. 1516-cı ildə İmperiya ərazisinə qatılan şəhərdə o zaman 50000 adam yaşayırdı. 1901-ci ildə isə şəhərdə 125000 adam yaşayırdı. Daha sonra Fransa koloniyası olan Hələb bu gün Suriya Ərəb Respublikasının ən böyük şəhəridir. Şəhər 2006-cı ildə Islamic Educational Scientific and Cultural Organization (ISESCO) tərəfindən İslam mədəniyyəti mərkəzi seçilib və YUNESKO-nun üzvüdür.

Tikililəri

İstehkam, şəhərin mərkəzi hissəsidir və buradakı tikililər 13 əsrdən 1822 ilə qədərki vaxtda inşa olunub.

  • Hələb Böyük Məscidi (Jāmi‘ al-Kabīr), əsası 715-ci ildə Əməvi Xəlifəsi Valid I tərəfindən qoyulub və böyük ehtimalla Zəkəriyya peyğəmbərin qəbri məhz oradadır.
  • Altun Buğa Məscidi (1318).
  • əl-Tavaşi məscidi (14-cü əsr, 1537-ci ildə restavrasiya olunub.
  • Xeyr Beyin mavzoleyi (1514).
  • Mədrəsə Zahiriyyə (1217).

Əhali

Şəhər əhalisinin 70%-i sünni müsəlmanlardır. Şəhər əhalisinin çoxunu ərəblər təşkil etsə də, şəhərdə çox sayda Suriya türkmanları və kürdlərdə yaşayır. Başqa millətlərdən adıgeylər, xristian assuriyalılar, çeçenlər, çərkəzlər, kabardinlər yaşayır. Hələbdə böyük xristian icması mövcuddur.

İdman

Şəhərdə Hələb Beynəlxalq Stadionu yerləşir.

İstinadlar

  1. archINFORM (alm.). 1994.
  2. https://worldpopulationreview.com/world-cities/aleppo-population.
  3. A New Classical Dictionary of Greek and Roman Biography, Mythology and Geography. səh. 142. "Arxivlənmiş surət". Archived from the original on 2021-06-19. İstifadə tarixi: 2021-06-09.
  4. halep. Arxivləşdirilib 2021-10-16 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2021-10-16. İstifadə tarixi: 2021-06-09.
  5. UNICEF helps children with disability continue their education. Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2021-10-20. İstifadə tarixi: 2021-06-09.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.