Həkəri (Qubadlı)

HəkəriAzərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Həkəri
39°28′ şm. e. 46°37′ ş. u.
Ölkə  Azərbaycan
Region Qubadlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Rəsmi dili
Həkəri xəritədə
Həkəri
Həkəri
Həkəri xəritədə
Həkəri
Həkəri

Etimologiyası

Həkəri kürddilli tayfa adıdır. İndiki dövrdə həkərilər əsasən Türkiyəİranda yaşayırlar.[2]

Tarixi

Həkəri adı hələ qədim mənbələrdən məlumdur. Alban (Qafqaz) tarixcisi Movses Kalankatlı Babək hərəkatı ilə əlaqədar 831-ci il hadisələrindən bəhs edərkən Həkəri qalasının adını çəkib. Həmin qala hazırda Qalacıq adı ilə məlumdur.[2]

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.

Əhalisi

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Həkəri kəndində 38 evdə 170 şiə kürd yaşayırdı.[3]

Coğrafiyası

Həkəri kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir.[2]

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Həkəri (Qubadlı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г. Тифлис. 1893.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.