Həfsə binti Ömər

Həfsə binti Ömər (ərəb. حفصة بنت عمر بن الخطاب; 604, Məkkənoyabr 665, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası.

Həfsə binti Ömər
ərəb. حَفْصَة بِنْتْ عُمَرْ بْنْ اَلْخَطَّابْ اَلْعَدَوِيَّة اَلْقُرَشِيَّة
Doğum tarixi 604
Doğum yeri
Vəfat tarixi noyabr 665
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşları
Atası Ömər ibn Xəttab
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

Həfsə binti Ömər Ömər ibn Xəttabın qızı idi. O, Məhəmmədin peyğəmbərliyinin başlamasından təxminən beş il əvvəl anadan olmuş və atası ilə Məkkədə İslamı qəbul etmişdir. Təqiblərdən qaçan Həfsə əri Hüneys ibn Xuzafə ilə birlikdə əvvəlcə Efiopiyaya, sonra isə Mədinəyə hicrət etmişdir. Hüneys BədrUhud döyüşlərində iştirak etmişdir. Uhud döyüşündə ağır yaralanaraq dünyasını dəyişmişdir.

Həfsə dul qaldıqdan sonra atası onu Osman ibn Əffana, sonra isə Əbu Bəkr əs-Siddiqlə evləndirməyə çalışdı. Onların heç birindən razılıq almayan Ömər Məhəmməd peyğəmbərə üz tutur[1]. Peyğəmbər cavabında, özü Həfsə ilə, qızı Ümmü Gülsüm isə Osmanla evlənəcək deyə bildirir. Məhəmməd peyğəmbərlə Həfsə arasında nikah hicrətin 3-cü ilində bağlanılır. Bu zaman Məhəmməd peyğəmbər artıq AişəSevda ilə evli idi.

Həfsə təqvası ilə seçilir. O, çox vaxt Allaha ibadətlə məşğul olmuş, eyni zamanda iradəli xasiyyəti ilə seçilmişdir. Həfsənin rəvayət etdiyi 60-a yaxın hədis məlumdur. Xəlifə Əbu Bəkrin dövründə toplanmış və sonra xəlifə Osmanın xahişi ilə ona təhvil verilmiş və çoxaldılmış Quranın ilk nüsxəsini də özündə saxlamışdır. Həfsə 60 yaşında Mədinədə vəfat edir.

İstinadlar

  1. "Prof.Dr.Mehmet SOYSALDI, Peygamber Efendimizin Evliliklerinin Sebep ve Hikmetleri" (PDF) (Türk dili). 4 avqust 2013. 21 sentyabr 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 dekabr 2021.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.