Həcər dağları

Həcər dağları (ərəb. جبال الحجر, Cəbəl-əl-Həcər, Daşlı dağlar), həmcinin Oman dağları[1]Oman sultanlığı ərazisində yerləşən dağlar

Həcər dağları
Ümumi məlumatlar
Mütləq hündürlüyü 3040 m
Uzunluğu 450 km
Hündür nöqtəsi Əş-Şam
Əsas silsiləsi Əş-Şam‎
Yerləşməsi
23°12′53″ şm. e. 57°16′30″ ş. u.
Ölkə  Oman
Həcər dağları xəritədə
Həcər dağları
Həcər dağları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Vadi-qul
Vadi-şaab

Coğrafiya

Həcər dağları Ərəbistan yarımadasının şərqində, aypara formasında 450 km məsafədə uzanır. Şimal-qərbdən cənub-şərqə doğru istiqamətlənir. Omanın Birləşmiş Ərəb Əmirlikləri ilə sərhəddən başlayaraq onun Hind okeanı sahillərinə (Oman körfəzi)qədər uzanır. Həcər dağları Omanın quru daxili bölgələrini nəmli sahil iqlimi müşahidə edilən münbit Əl-Batina düzənliyinindən ayırır.

Həcər dağlar qərbi (Əl Həcər-əl-Qabri) və şərqi (Əl Həcər-əl-Şarki) olmaqla iki yerə bölünür. Bu ikli hissə arasında Samail vadisi yerləşir. Buradan ölkənin sahil hissəsini daxili rayonlarla birləşdirən rahat yollar keçir. Belə ki, dağların digər hissələrində rahat aşırımlar olduqca azdır. Bu baxımdan Samail boyunca, avtomobil yolları, həmçinin neft kəmərləri, elektrik və telefon xətləri keçir. Həcər dağlarının mərkəzi hissəsi Əl-Ahdar adlanır. Burada massivin ən hündür zirvələri olan Əş-Şam (3017 m) və Cəbəl-Kaur buradadır. Dağlartın şərq ətəkləri tədricən azalır. Hind okeanı sahillərinə yaxın ərazidə 500 metrə çatır. Həcər dağlarının yamacları hündürlüyü 1000 metr olan kanyon və sıldırımlar əmələ gətirir. Dəniz sahillərindən massivin daxilinə uzun vadilər uzanır. Onlar arasında Tivi, Şaab (şimal-şərq sahilləri) və Bani-Xalidin (cənub) adını çəkmək olar. Qış dövründə bu vadidən axan çaylar su ilə dolur. Şaab və Bani Xəlid vadilərinin dərələri, əsl şirin su gölləri əmələ gətirirlər. Bunu vadi ilə piyada gəzərkən görmək olar. Digər vadilərdə də yağışlar mövsümündə çaylar müşahidə edilir.

İqlimi

Omanın iqlimi subtropikdir. Əgər sahil zonasında rütubətli və isti iqlim müşahidə edilirsə, daxili rayonlarda iqlim quraqdır. Bu regionda qış qısa və isti olur. İlin qalan dövrü istə qızmar havalar müşahidə edilir. Bu baxımdan Oman dağları bir istisnadır. Burada iqlim dağlıqdır. Soyuq qış və isti yay, bol və müntəzəm yağışlar müşahidə edilir. Gecələr həqiqətən soyuq ola bilir. Lakin don nadir hallarda, adətən 2000 metrdən yüksəkliklərdə müşahidə edilir.

Fauna və flora

Həcər dağları planetin ən gənc dağları hesab edilir. Onlar Alp qırışıqlığı yerləçir. Bu dağlar demək olar ki, bitki örtüyündən məhrumdurlar. bitki örtüyü əsasən vadilərdə bitir ki, bunlar da palma ağacları, kollar və otlardır. Yolların və digər kommunikasiyaların çəkildiyi ərsazilər istisna olaraq digər ərazilər az mənimsənilmişdir. Bu səbəbdən burada Ərəb tarı və Ərəbistan bəbiri kimi canlıları görmək olur

Həcər dağlarının ətəklərində yalnız bir necə yaşayış məntəqəsi vardır — Ər-Rustak, Avabi və Naxl, İbri, Kubara, Baxla, Nazva və İzki.

İstinadlar

  1. "БРЭ". 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-28.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.