Həbibə Allahverdiyeva

Həbibə Rəşad qızı Allahverdiyeva (9 iyun 1981, Külüs, Şahbuz rayonu) — Azərbaycan rəssamı, millət vəkili

Həbibə Allahverdiyeva
Şəxsi məlumatlar
Doğum tarixi 9 iyun 1981(1981-06-09) (42 yaş)
Doğum yeri
Təhsili Naxçıvan Dövlət Universiteti
Fəaliyyəti rəssam

Təltifləri "Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı" fəxri adı  — 2014

Həyatı

Allahverdiyeva Həbibə Rəşad qızı 1981-ci il 9 iyunda Naxçıvan MR Şahbuz rayonun Külüs kəndində anadan olub.[1] 1998–2002-ci illərdə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Təsviri incəsənət ixtisasında, 2002–2004-cü illərdə magistr pilləsində təhsil almışdır.[1] 2001–2005-ci illərdə M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında kukla rəssamı vəzifəsində çalışmışdır. 2005-ci ildə Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının müəllimi olmuşdur.[1] 2012-ci ildən baş müəlim vəzifəsində çalışır.[1] 2019-cu ildə Təsviri incəsənət kafedrasının müdiri vəzifəsində çalışır.

Fəaliyyəti

2010-cu ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.[1]

2012-ci ildə Vaqif Məmmədovun "Dənizə qar yağırdı" adlı şeirlər kitabına bədii tərtibat vermişdir.[2]

2013-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademyasının dissertantıdır.[1]

25 elmi məqalənin müəllifidir.

2014-cü ildə Naxçıvan Muxtar Respublikası Əməkdar Rəssamı fəxri adına layiq görülmüşdür.[1]

2015-ci il V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisin Deputatıdır.[3]

2018-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Sənətşunaslıq üzrə fəlsəfə doktorluğu üzrə dissertasiyasının müdafiə etmişdir.

2019-cu ildə Təsviri incəsənət ixtisasında, Sənətşünaslıq üzrə fəlsəfə doktoru adını almışdır.[4]

2020-ci il VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisin Deputatıdır.[5]

Fərdi sərgiləri

2002-ci ildə may ayında Naxçıvan Dövlət Universitetində sərgi salonunda.[1]

2008-ci il 6 mart Naxçıvan Dövlət Universitetində sərgi salonunda Beynəlxalq Qadınlar gününə həsr olunmuş fərdi sərgi.[1]

2011-ci il 18 noyabrda Naxçıvan MR B. Kəngərli adına sərgi salonu "Payız düşüncələri" adlı fərdi sərgi.[1]

2017-ci il 8 may Naxçıvan Rəssamlar Birliyinin B. Kəngərli adına sərgi salonunda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Rənglərdə zamanın təcəssümü" adlı fərdi sərgi.[6]

2017-ci il 20 iyun Bakıda Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda keçirilən "Nuh yurdunun rəngləri" adlı fərdi sərgi.[7]

Qarışıq sərgiləri

2002-ci ildən indiyədək Muxtar Respublikada keçirilən qarışıq sərgilərdə iştirak edir.[1]

2000-ci il oktyabrında ABŞ, Ford Xatirə Kitabxanası.[1]

2000-ci il oktyabrında ABŞ, Calumet.[1]

2001-ci ildə ABŞ, Avrasiya Konfransı.[1]

2001-ci il apreldə ABŞ, Şimal-Qərqi İndiana Dünya Ticarət Birliyi, "Perdue" Universiteti.[1]

2001-ci il mayda ABŞ Təşəbbüskarlar Ticarət sərgisi.[1]

2009-cu il Türkmənistan Respublikası.[1]

2011-ci ildə Bakıda V. Səmədova adına sərgi salonunda keçirilən Naxçıvan rəssamlarının sərgisi.[1]

2012-ci il iyunda Türkiyə Respublikası Qars-Qafqaz Universiteti.[1] Naxçıvan MR-da 2012, 2014, 2016, 2018-ci illərdə keçirilən "Naxçıvan-Bəşəriyyətin beşiyi" adlı Beynəlxalq rəsm festivalı.[1]

2018-ci il Türkiyənin Muğla — Fetihe şəhərində keçirilən "Dənizlərimiz, rənglərimiz" adlı sualtı rəsm festivalında sualtında rəsm çəkən ilk azərbaycanlı qadın rəssam olmuşdur.[8]

2019-cu il. Türkiyə. Muğla -Fetihede "Dənizlərimiz-Rənglərimiz" adlı II sualtı rəsm festivalında iştirak etmişdir.

2019-cu ildə Türkiyə Ərzurum şəhərində keçirilən qarışıq sərgidə iştirak etmişdir.

2019-cu ildə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə Türkiyənin Trabzon şəhərində keçerilən sərginin iştirakçısı olmuşdur.

Yaradıcılığında qrafika və rəngkarlığın mənzərə, portret, tematik şəkil, natürmort janrı yer almışdır.[1]

2000-ci ildə Elbəyi Maqsudovun "Ürək bir dünyadır" ,2017-ci ildə "Poetik-praktik Azərbaycan dili" adlı şeirlər kitabına bədii tərtibat vermişdir.[9]

2002-ci ildə M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Bayram İsgəndərlinin "Xeyirxah kirpi" tamaşasının rəssamı olmuşdur.

İstinadlar

  1. Vaqif Məmmədov “Dənizə qar yağırdı”. Bakı: Şirvannəşr. 2012. 2.
  2. "Arxivlənmiş surət". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-15.
  3. "Arxivlənmiş surət". 2020-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-15.
  4. "Arxivlənmiş surət". 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-15.
  5. "Arxivlənmiş surət". 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-15.
  6. "Arxivlənmiş surət". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-15.
  7. "Arxivlənmiş surət". 2018-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-15.
  8. Elbəyi Maqsudov “Poetik-praktik Azərbaycan dili”. Bakı: Elm və təhsil. 2017. 283.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.