Həştərxan tatarları

Həştərxan tatarları (tatar. Әстерхан татарлары, Әsterhan tatarlari, Әşterhan tatarlari) — müasir Həştərxan vilayəti ərazisində yayılmış tatar xalqına aid qrup. Vilayətin sayına görə üçüncü ən böyük etnik qrupudur. Ümumi əhalinin 7 % təşkil edir. 2010-cu il diyahıya alınmasına görə Həştərxan vilayətində 60 min tatar yaşayır.

Tarixi

XVXVII əsrlərdə həştərxan tatarları Həştərxan xanlığının və Noqay knyazlıqlarının ərzilərdə cəmləşmişdilər. Onlar noqayların güçlü təsirinə məruz qalmışdılar[1]. XVII əsrdən etibarən Volqa-Ural tatarları ilə əlaqə güçlənmişdir[2].

Mədəniyyət

XX əsr

1917-ci ildə Həştərxan tatarların iri mədəni və ictimai mərkəzlərinfən biri olmuşdur. 1892-ci ildə burada "Nizamiyə" mədrəsəsi fəaliyyət göstərirdi. Burada "Azad xalq" (1917–1919), "İrek" (1917), "İslah" (1907), "Tartış" (1917–1919), "İdel]]" (1907–1914; yenidən 1991) qəzetləri buracılırdı. Üstəlik vilayət ərazisində "Azad xanım" (1917–1918), "Maarif" (1909), "Tup" (1907) və s. jurnallar fəaliyyət gödtərmişdir. 1907-ci ildən Tatar Xalq teatrı fəaliyyət göstərir. 1919-cu ildə idə Həştərxan Tatar teatr studiyası təşkil edilmişdir.

Hazırkı dövr

Hazırda Həştərxanda tatar milli cəmiyyəti olan "Dostluq" və tatar gənclər mərkəzi olan "Ümid" fəaliyyət göstərir. Paralel olaraq "Tatar mədəniyyətinin qorunması və inkişafı cəmiyyəti" fəaliyyət göstərir (Tatar iş mərkəzi).

Hazırkı siyahıya alınma

Tatarlar Həştərxan vilayətinin ümumi əhalisinin 7% təşkil edir. Həştərxan xanlığı işğal edildikdən sonra tatarların bir qismi Yuxarı Volqa istiqamətinə yayılmışdır.

  • 2002 il siyahıya alınması: 70 590 (7,0 %).
  • 2010 il siyahıya alınması: 60 523 (6,6 %).

Yerləşməsi

Həştərxan vilayətinin etnik xəritəsinə görə[3] tatarlar vilayətin 20 kəndində yaşayırlar: (ən əsası PrivoljskiNərimanov rayonları) iri kəndlər — Starokuçerqanovka, Solyanka, Osıpnoy Buqor, Qaraqalı, Tri Protoka, Tatar Başmağı, Kilinçi, Biştyobinka.

Ədəbiyyat

  • Исхаков Д. М. Астраханские татары, этническое расселение и динамика численности в XVIII — начале XX в. // Астраханские татары. — Казань, 1992. — С. 5–33.
  • Татары. Народы России. Энциклопедия. — M., 1994. — С. 320–321.

Mənbə

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.