HƏMAS
HƏMAS (Ərəbcə: حماس, Tam adı: حركة المقاومة الاسلامية; Hərəkət əl-Müqavəmə l-İslamiyyə, İslami Müqavimət Hərəkatı) — Fələstinli hərbiləşdirilmiş təşkilat və siyasi partiya.[1]
HƏMAS حركة المقاومة الاسلامية | |
---|---|
Sədri | İsmail Həniyə |
Qurucu | Əhməd Yasin |
Quruluş tarixi | 1987 |
Baş qərargah | Qəzzə, Fələstin |
İdeologiya | Sünni, İslam |
Üzvlüyü |
|
Saytı | hamas.ps |
Vikianbarda əlaqəli mediafayllar |
Quruluşu və inkişafı
1987-ci ildə Şeyx Əhməd Yasin, Əbdüləziz əl Rantisi və Məhəmməd Taha tərəfindən İlk intifadanın başlanğıcında Misirdəki Müsəlman qardaşlar təşkilatının Fələstindəki hissəsi olaraq qurulub.
1988-ci ildəki Həmas öz siyasi proqramında Fələstinin əsla, qeyri-müsəlmanlar tərəfindən qurulmuş bir İslam ölkəsi olmayacağını bildirmişdi və fələstinli Müsəlmanlar üçün Fələstinin idarəsini İsraildən almaq məqsədilə döyüşməyi dini cihad kimi qiymətləndirirdi. Bu, 1988-ci ildə İsraili bir dövlət kimi tanıyan Fələstin Azadlıq Təşkilatı ilə Həmas arasında münaqişəyə gətirib çıxardı.[2]
1992-ci ilin sonunda Qəzzədə 600 məscid vardı. Həmas öz təsir gücünü univerisitetlərə, bazarlara, peşə təşkilatlarına yayırdı. 2004-cü ildə başlayan yerli siyasi müqaviməti genişlətdirməzdən əvvəl zəkat və xəyir işləri ilə ətrafını gücləndirirdi.
Əməliyyat
Həmas təşkilatı tərəfindən həyata keçirilən əməliyyat hadisələri:
- 6 iyul 1989-cu ildə Kiryat Yearim yaxınlığında meydana gələn bir intihar hücum nəticəsində 22 nəfər öldü.
- 6 aprel 1994-cü il tarixində Afulada (İsrail) bir avtobusda meydana gələn intihar-hücum nəticəsində 8 nəfər öldü.[3]
- 13 aprel 1994-cü il tarixində Haderada bir avtobus dayanacağında meydana gələn intihar hücum nəticəsində 5 nəfər öldü.
- 19 oktyabr 1994-cü il tarixində İsrailin paytaxtı Təl Əvivdə meydana gələn bir intihar hücumu nəticəsində 22 nəfər öldü.
- 11 noyabr 1994-cü tarixində Netzarımda meydana gələn bir intihar hücum nəticəsində 3 nəfər öldü.
- 4 sentyabr 1997-cü il tarixində Həmas terrorçuları tərəfindən Qüdsdəki Ben Yahuda prospektində meydana gələn intihar hücum nəticəsində 8 nəfər öldü. Ölənlərdən üçü Həmas terrorçularından idi.
- 1 iyul 2001 tarixində Təl Əvivdə Dolphinarium-un girəcəyində meydana gələn intihar hücumda 14-21 yaşlı 21 nəfər insan öldü və 120-dən çox insan yaralandı.[4]
- 9 avqust 2001 tarixində Qüdsdəki Sbarro adlı restoranda meydana gələn intihar hücumunda 7 nəfər uşaq daxil olmaqla, 15 nəfər öldü və 130 nəfər yaralandı.
- 2 dekabr 2001-ci il tarixində Qüds və Hayfada meydana gələn dörd patlayışda 26 nəfər öldü, 220 nəfər yaralandı.[5]
Məqsədləri
Təşkilatın quruluş məqsədi 1948-ci ildən əvvəl İsrailin işğal etdiyi Qərb sahili və Qəzzə zolağı torpaqlarını azad edib yenidən Fələstin İslam dövlətini qurmaqdır. Səudiyyə Ərəbistan Həmasa maliyyə yardımı göstərir.[6] ABŞ Xarici İşlər Nazirliyinə istinadən təşkilat xaricdə yaşayan fələstinlilər, İran hökuməti və Ərəb ölkələrindən gələn yardımlarla maliyyələşdirilməkdədir.[7]
6 may 2005-ci il seçimində FƏTH (Fələstin Azadlıq Təşkilatı) səslərin 56 faizini, Həmas isə 33 faizini aldı. FƏTH 84 yerdən 45-nin səsini qazandı. Həmas 23 yerin seçimini qazandı. Bunlar arasında üç böyük şəhər də var: Kalkilya, Refah və Beyt Lahiya. Avropalı proqnozçuların 'adil və demokratik' olaraq qiymətləndirdiyi seçkidə 400 min fələstinli səs verdi. Seçkidə iştirak Qəzzədə 80 faiz Qərb sahilində 70 faiz oldu. Xristian qalası olan Beytüllahimdə 15 yerli parlamentin müsəlmanlara ayrılan 7 yerinin 5-ni Həmas qazandı. 16 dekabr 2005-ci ildə Qərb sahilində keçirilən parlament seçkilərində Həmas qələbə qazandı.
İstinadar
- "Hamas sweeps to election victory" Arxivləşdirilib 2017-08-26 at the Wayback Machine BBC News
- "Britannica - Hamas". 2009-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-29.
- Erased in a Moment: Suicide Bombing Attacks Against Israeli Civilians
- "The Palestinian Authority-Hamas Collusion - From Operational Cooperation to Propaganda Hoax Ely Karmon". 2013-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-29.
- "Xronologiya". 2012-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-29.
- (ing.) Vaşinqton İns. Arxivləşdirilib 2009-01-10 at the Wayback Machine
- (ing.) ABŞ Xarici İşlər Nazirliyi
Həmçinin bax
- İzzəddin əl-Qəssam