Hüzeyfə ibn əl-Yəman

Hüzeyfə ibn əl-Yəman (ərəb. حذيفة بن اليمان) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri.

Hüzeyfə ibn əl-Yəman
Doğum tarixi VI əsr
Doğum yeri
Vəfat tarixi 656
Vəfat yeri
Fəaliyyəti hərbi lider[d]

Bioqrafiyası

Hüzeyfə ibn əl-Yəman Mədinədə anadan olmuşdur. O, əslən Məkkəli, atası isə Məkkənin Bəni Abs qəbiləsindən idi. Ata bir nəfəri öldürdüyü üçün Məkkədən Mədinəyə qaçmalı olur. Məhəmmədin peyğəmbərliyi başlayandan bir müddət sonra İslamı qəbul etmək üçün Məkkəyə gəlir.

Hüzeyfə Mədinədə böyümüş və Məhəmməd peyğəmbəri görmək üçün xüsusi olaraq Məkkəyə getmişdi, üstəlik onunla görüşmüşdü. Müsəlmanlar Mədinəyə köçdükdən sonra Hüzeyfə Peyğəmbərdən ayrılmır və daim onunla birlikdə olmağa çalışır. Hüzeyfə müsəlman dövlətinin möhkəmləndirilməsində fəal iştirak etmiş, Bədr döyüşündən başqa bütün döyüşlərdə iştirak etmişdir. Uhud döyüşündə Hüzeyfənin atası təsadüfən onu düşmən zənn edən müsəlmanların qılıncları ilə öldürüldü. Məhəmməd peyğəmbər Hüzeyfənin atasının vəfatından xəbər tutaraq ona fidyə verməyi əmr etmək istədi, lakin Hüzeyfə ondan imtina etdi.

Xəlifə Əbu Bəkr əs-Siddiqin dövründə Hüzeyfə mürtədlərlə döyüşlərdə iştirak edir. O, Omana göndərilən dəstəyə komandanlıq etmişdir. Xəlifə Ömərin hakimiyyəti dövründə İraq, Həmədan və Reydə fars qüvvələrinə qarşı vuruşur. Xəlifə Osmanın dövründə ErmənistanAzərbaycanın fəthində iştirak etmişdir.

Ermənistan və Azərbaycanın fəthində iştirak edən Hüzeyfə ibn əl-Yəman Quranın oxunması ilə bağlı münaqişənin şahidi olur. Qureyş ləhcəsində Quran nüsxələrini çoxaltmaq və xilafətin hər yerinə göndərmək üçün xəlifə Osmana müraciət edir. Hüzeyfə hədis məcmuəsində qeyd olunan yüzdən çox hədis nəql etmişdir.

Hüzeyfə həm də Peyğəmbərə və səhabələrə yaxın olan bəzi şəxslərin daxil olduğu “münafiklər siyahısı” adlanan siyahısının qoruyucusu idi[1].

Mənbə

  • Muradulla Dadayev. "Hüzeyfə ibn əl-Yəman". islamdag.ru. 2013-05-01. 2013-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-30.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.