Hüseynqulu Səlimov
Hüseynqulu Yusif oğlu Səlimov (9.10.1889, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri.
Hüseynqulu Səlimov | |
---|---|
Hüseynqulu Yusif oğlu Səlimov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Rusiya imperiyası |
Həyatı
Bakı real məktəbini bitirmiş (1909), Xarkov Texnologiya İnstitutunun kimya Şöbəsində 3-cü kursadək oxumuşdur. Lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, Hüseynqulu Səlimovun təhsilini kimya sahəsində davam etdirməsi üçün Rusiyaya göndəriləcək tələbələrin siyahısına salınmışdı. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək baş tutmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.