Hüseyniyyə məscidi
Hüseyniyyə məscidi və ya Tatlar məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən məscid.
Hüseyniyyə məscidi | |
---|---|
40°40′51″ şm. e. 46°21′26″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Hüseyn Cavid küçəsi |
Tikilmə tarixi | 1825 |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | stabil |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Məscidin 1303-cü (1886) ildə tikildiyi mehrabındakı kitabədə göstərilmişdir. Abidənin mehrabında hələlik yaxşı oxunan üç kitabə var. Qara yazıların yerliyi qızılı rəngdədir. cənub, qərb və Şərq istiqamətində olan divar kitabələrinin yazı tərzinin bir nəfərə məxsus olduğunu xəttin eyni qurluşa malikliyiylə müəyyənləşdirmək mümkündür. Minbərin qərb tərəfindəki kitabənin, birinci iki xətti ərəb və sonradan gələn sətirlər Azərbaycan dilindədir. Birinci və ikinci xətlərdə deyilir ki, abidənin mehrabını təbrizli müəllim, elmə qiymət verən Axund Molla Əsədulla oğlu 1321-ci (1906) ildə yazılarla bəzəmişdir. Azərbaycan dilində olan bu yazı bir bənd bu şerdən ibarətdir:
Memar çox olmaqdan bənnaları ləc düşdü, Hər kəs çəkib öz nəqşin, ta qibləsi gəc düşdü. Barmaq qədəri meyil et, sol səmtinə mehrabın, Kim, qiblə gəc olmaqdan tarixi ğəşəc düşdü.
Binanın içərisində mehraba yaxın divarın qərb hissəsində, indi suvağın altında qalan nəbati ornamentlər olmuşdur. Ornamentlərin olması, pəncərələrin böyüklüyü abidənin məscid deyil, mədrəsə, mehmanxana məqsədilə tikildiyini söyləməyə əsas verir. Çünki Şərqdə dini abidələri nəbati ornamentlərlə bəzəmək qadağan idi, lakin bu binadan uzun müddət məscid kimi istifadə edilmişdir. Mehrabın zehlərindəki yazılar da bunu sübut edir. Abidənin mehrabı naqis çıxmışdır. Bu nöqsanın kim tərəfindən düzəldilməsini divarın qərb istiqamətində olan kitabə aydınlaşdırır. Orada deyilir: "Bu mübarək, müqəddəs məkan Gəncədə bina olubdur ki, allah evi kimi qəriblərə xitmət etsin, lakin sonradan binadan məscid kimi istifadə etmək üçün ona mehrab qondarmışlarsa da, mehrabın qibləsi düzgün alınmamışdır. Buna görə də Fani təxəllüslü Mirzə Sadıq cənubdan qərbə tərəf bir barmaq mayili olan mehrabın əyrisini aradan qaldırmağa cəhd göstərmişdir".
Abidənin tikilməsi, adı və yazıları haqda kiçik bir tarixçəni müasir dövrə gətirib çıxaran kitabələrdən üçüncüsü daha maraqlı məlumat verir. Xəttat yazır: "Bu məscidin yerini, öz mülkindən, torpağından şahzadə Bəhmən Mirzə Qovanlı-Qacarın qızı Səbiyyə xanım Qovanlı-Qacar vəqf edib. Burada yaşayan… başqa səxavət sahibləri də binanın tikilməsinə xərc çəkiblər…".
Şəkilləri
- Hüseyniyyə məscidi (XIX əsrin 2-ci yarısı)
- Hüseyniyyə məscidi
Mənbə
- Sadıq Şükürov. Gəncənin tarixi abidələrindən.