Hüseynbala Məmmədov
Hüseynbala Cəfərqulu oğlu Məmmədov (d.22 oktyabr 1899, Dərbənd - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Hüseynbala Məmmədov | |
---|---|
Hüseynbala Cəfərqulu oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Dərbənd, Rusiya imperiyası |
Vəfat tarixi | ? |
Həyatı
1917-ci ildə Dərbənd realnı məktəbini bitirmişdir. Parlamentin 1 sentyabr 1919-cu il tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Bonn Ali Kənd Təsərrüfatı Məktəbinə (Almaniya) göndərilir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.