Hüseyn xan Lələ

Hüseyn xan Lələ (?-1918) — İran Mücəzat Komitəsinin üzvü.

Hüseyn xan Lələ
Şəxsi məlumatlar
Doğum tarixi 1892
Vəfat tarixi 1918

Həyatı

Hüseyn Lələ suçu şagirdi kimi Ağabala xan Sərdari-Əfxəmin sarayına işə düzəlmişdi. Məşrutətələblərə qoşulub Gilandan Təbrizə qədər fəaliyyət göstərmişdi.

1916-cı ildə İbrahim xan Münşizadənin təşəbbüsü ilə xainlərindən intiqam almaq üçün "Cəza komitəsi" təşkil olundu. Onun müavini Əsədulla xan Əbülfətzadə idi. Dəstəyə ilk qoşulanlar arasında Kərim Dəvatgər, Rəşidəssultan Xalxali, Seyid Murtuza, Əbdülhüseyn Saatsaz vardı.

Sonralar bu komitəyə Məmmədnəzər xan Mişkətülməmalik, Hüseyn Lələ, Ehsanulla xan Dustdar, yazıçı Mirzə Ələkbər Ərdaği, xəttat İmadülküttabHacı Zaman xan Kürdüstani Bahadurüssəltənə də daxil oldular.

Komitə üzvləri əvvəlcə məmləkətə xəyanət edənləri və anqlofilləri aradan götürməyə başladılar. Komitəyə təsadüfi, mənfəətgüdən tamahkarlar daxil olduqda komitənin bütün sirləri açıldı.

Hacı Zaman xan Kürdüstani komitənin bütün sirlərini açdı, onun hiyləsilə komitə uzvləri Kürdustana, Bani şəhərinə sürgün olundular, 9 ay zindanda qaldıqdan sonra azad edildilər.

Komitə üzvlərinin vasitəsilə əhalini soyub-talayan bir neçə nəfər öldürüldü. 17 fevral 1917-ci ildə Tehranda dövlət buğda anbarının rəisi Mirzə İsmayıl xan Şirazi qətlə yetirildi. Onun ingilis səfirliyi, şəxsən Vüsuqəddövlə ilə yaxınlığı vardı.

Bu vaxt Kərim Dəvatgər komitənin sirlərini açmaq fikrinə düşdü. 3 aprel 1917-ci ildə Rəşidəssultan Seyid Murtuza ilə birlikdə satqın Kərim Davətgəri cəzalandırmışdı.

1918-ci ildə Həsən Vüsuq (Vüsuquddövlə) Baş nazir təyin olundu və dərhal "Cəza komitəsi"nin butun üzvvlərini həbs etdi. Hüseyn Lələni və Rəşidüssultanı dar ağacından asdılar.

Mənbə

  • Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.