Hüseyn Xatəmi
Hüseyn Xatəmi (d. 12 dekabr 1938[1], İstanbul, Türkiyə) — Azərbaycan əsilli türk alim, yazıçı və hüquq professoru.[2][3]
Hüseyn Xatəmi | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Türkiyə |
Vətəndaşlığı | Türkiyə Respublikası |
Həyat yoldaşı | Kezban Xatəmi |
Atası | Əli Əsgər Xatəmi |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Hüquqşünas |
Təhsili | İstanbul Universiteti |
Fəaliyyəti |
Hüquqşünaslıq alimlik köşə yazarlığı tərcüməçilik |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1898-də İranın Salmas şəhərindəda doğulan Əli Əsgər Xatəmi ilə 1910-cu ildə İstanbulda doğulan əslən azərbaycanlı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəldi. Əkiz qardaşı Həsən Xosrov Xatəmi daxili xəstəlikləri professorudur.[4] Tam adı Hüseyn Pərviz olduğu halda ikinci adının İslam peyğəmbərinin məktubunu cıran Sasani hökmdarından gəldiyini öyrəndikdən sonra bu adı məhkəmə qərarı ilə sildirmişdir.[2]
Təhsili
Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1960-cı ildə İstanbul Universiteti Hüquq fakültəsindən məzun olmuşdur. 1961-ci ildə İstanbul Universiteti Hüquq fakültəsinin Mədəni hüquq kafedrasına təyin olunmuşdur.[5]
Fəaliyyəti
1973-cü ildə vəkil Kezban Hatəmi evlənmişdir. Müxtəlif şerləri islam jurnalında yayımlanmışdır. Hərəkat, Milli Qəzet, Zaman, Yeni Gündəm, Mavera, Şəhər, Yeni Asiya, Yeni Şəfəq kimi qəzetlərdə yazıçılıq və köçə yazarlığı etmişdir. Hüquq haqqında dərslər keçmiş və müxtəlif kitablar yazmışdır.[1][6]
İstanbul Universitetində 1973-cü ildə dosent, 1981-ci ildə professor olmuşdur. 1985-ci ildə 1402 saylı fövqəladə idarəçilik qərarı ilə universitetdən uzaqlaşdırılmışdır. Bir müddət sərbəst vəkillik etmişdir. 1990-cı ildə təkrar universitetə geri dönmüşdür. 2001-ci ildə İstanbul Universitetinin rektoru Kamal Aləmdaroğlu ilə arasında müxtəlif problemlər yarandı. Bundan sonra Kamal Aləmdaroğlu Hüseyn Hatəmiyə "mənfi qeyd" verdi. Daha sonra bu, Hüseyn Hatəminin məhkəməyə müraciət etməsindən sonra qüvvədən salındı.
Heyvansevər olaraq bilinən Hatəminin evində birinin adı Taliban olmaqla, bir çox pişiyi vardır. 27 oktyabr 2000-ci ildə universitetin baxçasında bəslədiyi 12 pişiyin 6 ayda Aləmdaroğlu tərəfindən zəhərləndirilərək öldürüldüyü iddiası ilə gündəmə gəlmişdir.
2006-cı ildə yaş həddinə görə təqaüdə çıxmışdır. Ərəbcə, farsca, almanca və fransızca bilir.
Xomeyninin İslam fiqhində dövlət, Əli Şəriətinin insanın dörd zindanı, Məhəmməd İqbalın Cavidə xitab, Henri Korbinin İslam fəlsəfəsi tarixi - cild 1 kimi kitabları türkcəyə tərcümə etmişdir.
Təqaüddə olmasına baxmayaraq, hələ də İstanbuldakı müxtəlif universitetlərin hüquq, siyasi elmlər, iqtisadi və idarəçilik elmləri fakültələrində dərs deməkdədir. Yeni Şəfəq qəzetində yazılar yazmaqdadır.
İstanbul Universitetində magistr və doktarantura dərsləri deməkdədir. Hüquq, siyasi elmlər, iqtisadi və idarəçilik elmləri fakültələrindəki bir çox tələbənin elmi rəhbərliyini də etməkdədir. Maltəpə Universiteti Hüquq fakültəsində Mədəni Hüquq Kafedrasının rəhbəri olmuşdur. 2011-ci ildə Okan Universitetində Ailə Hüququ, vəqflər və dərnəklər hüququ dərsləri deməyə başlamışdır. Bundan əlavə 2011-ci ildən İstanbul Ticarət Universitetinin də müəllimidir.
Əsərləri
- Hüquq dövləti arayışları (2008)[7]
- Şəfəq yazıları: Sevgi və kürəsəl namərdlik (2007)[8]
- Qərbliləşmə (1997)
- Çağdaşlaşma problemi və cəmiyyət (1987)
- İslam hüququ dərsləri (
- İnsanlıq və sevgi dini İslam
- İlahi hikmətdə qadın
- Sis yazıları
- Mədinə düşüncələri
- İnsan haqqları (1989)
Tərcümələri:
- Xomeyninin İslam fiqhində dövlət əsəri
- Əli Şəriətinin İnsanın dörd zindanı əsəri
- Məhəmməd İqbalın Cavidə xitab əsəri
- Henri Korbinin İslam fəlsəfəsi tarixi - cild 1 əsəri
Həmçinin bax
İstinadlar
- "Aynı kıza aşık oldular, URL erişim tarihi:9 Temmuz 2008". 2010-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-20.
- "Hüseyn Hatəminin bioqrafiyası". 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.
- "Prof. Hüseyin Hatemi: Gülen hareketini Türk istihbaratı kurdurdu". 2018-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.
- Hasan Hüsrev Hatemi ve Şiiri Üzerine, URL erişim tarihi:9 Temmuz 2008
- "Yaşamı boyunca birçok dergi ve gazetede yazılar yazmış olan Hüseyin Hatemi kimdir?". 2019-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.
- "Hüseyin Hatemi". 2020-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.
- "Prof. Dr. Hüseyin Hatemi". 2018-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.
- "Aile Hukuku". 2018-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.