Hüseyn Rəsulbəyov
Hüseyn Cümşüd oğlu Rəsulbəyov (26 iyun 1917, Dərbənd, Dağıstan vilayəti – 17 sentyabr 1984, Bakı) — hərbi xadim, artilleriya general-leytenantı, Azərbaycanın rabitə naziri.
Hüseyn Rəsulbəyov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dərbənd, Dağıstan vilayəti, Rusiya imperiyası |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | azərbaycanlı |
Qoşun növü | atilleriya |
Xidmət illəri | 1938–1975 |
Rütbəsi | General-leytenant |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1917-ci ilin 26 iyununda Dərbənddə poçt işçisinin ailəsində anadan olub. 1932-ci ildə Hüseyin Orconikidze şəhərindəki Rabitə və Yollar Politexnikumuna Siqnal, Mərkəzləşdirmə, Bloklama və Rabitə fakültəsinə (ORB) daxil olmuş və oranı siqnalizasiya və rabitə texnologiyası ixtisası mütəxəssisi kimi "əla" qiymətlərlə bitirmişdir. Bir müddət Mineralnıye Vodıdakı Şimali Qafqaz Dəmir yolunda uzaq rabitə mexaniki kimi çalışmış, 1936-cı ilin sentyabrında Leninqrad elektrotexnika siqnalizasiya və rabitə mühəndisləri institutuna oxumağa göndərilmişdir.
Hərbi karyerasının başlanğıcı
1938-ci ilin oktyabrından 1941-ci ilin mayına qədər Moskvada Qırmızı Ordunun Dzerjinski adına Artilleriya Akademiyasında təhsil almışdır. 1941-ci ilin mayında Akademiyanı bitirdikdən sonra Odessadakı Dəniz Qüvvələri Qrupuna göndərilmişdir.
İkinci Dünya Müharibəsi
Böyük Vətən müharibəsi zamanı Odessa, Kerç, Sevastopol və Şimali Qafqazın müdafiəsində iştirak etmişdir. Müharibə başlayanda o, 15-ci Hava Müdafiə Briqadasında rabitə cihazlarının mühəndisi kimi xidmət edirdi. 1943-cü ilin martına qədər bu vəzifədə çalışdı. 1943-cü ilin martından 1945-ci ilin mayına qədər Zaqafqaziya Cəbhəsinin 2-ci Hava Hücumundan Müdafiə Briqadasının artilleriya qrupunun rəhbəri olmuşdur.
Müharibədən sonrakı dövr
1945-ci ilin may ayından oktyabr ayına qədər Zaqafqaziya Cəbhəsinin 99-cu Hava Hücumundan Müdafiə Diviziyasının artilleriya qrupuna rəhbərlik etmişdir. 1945-ci ilin oktyabrından 1949-cu ilin fevralınadək Bakı Hava Hücumundan Müdafiə Ordusunun 1-ci diviziyasının artilleriya qrupunun rəisi olmuşdur. 1949-cu ilin fevralından 1950-ci ilin martınadək Bakı Hava Hücumundan Müdafiə Dəstəsinin rəis müavini vəzifəsində xidmət etmişdir.
1950-ci ilin martından 1960-cı ilin sentyabrına qədər Bakı Hava Müdafiə Dairəsinin Artilleriya Silahları İdarəsinin rəisi idi. 1960-cı ilin sentyabrından 1962-ci ilin fevralınadək Mühəndislik və Texniki Xidmət general-mayoru H. Rəsulbəyov, Bakı Hava Hücumundan Müdafiə Dairəsinin zenit-raket qüvvələrinin baş mühəndisi və komandir müavini vəzifəsini icra etmişdir. 1962-ci ilin fevralından 1966-cı ilin yanvarınadək Bakı Hava Hücumundan Müdafiə Dairəsinin zenit-raket qüvvələri komandirinin müavini olmuşdur.
1966-cı ilin yanvarından 1975-ci ilin avqustuna qədər Bakı Hava Hücumundan Müdafiə Dairəsinin zenit-raket qüvvələrinin komandanı idi[1]. SSRİ Nazirlər Sovetinin 1968-ci il 19 fevral tarixli qərarı ilə H. Rəsulbəyova artilleriya general-leytenantı rütbəsi verilmişdir.
Bakı Dairəsinin Hava Hücumundan Müdafiə qüvvələrinin keçmiş komandiri, general-polkovnik Fedor Akimoviç Olifirovun xatirələrindən:
"Bəzən belə olur ki, hətta böyük liderlər də təşəbbüskar insanlar deyillər, baxmayaraq ki, bu onların birbaşa vəzifələrinə daxildir. Ancaq Hüseyn Cümşüdoviç heç vaxt təlimatlar, hər hansı bir əmr gözləmirdi. Özü həmişə birinci təşəbbüs göstərərdi, amma bəzən o qədər qızışırdı ki, ətrafdakılar buna mətəl qalırdılar. Zenit-raket qüvvələrinin komandanı kimi onun ən böyük xidməti odur ki, o sadəcə istedadlı bir mühəndis və ölkənin hava hücumundan müdafiə qüvvələrinin böyük bilicisi olması idi". |
1962-ci ilin iyunundan 1963-cü ilin mayınadək və 1967-ci ilin iyun-avqust ayları aralığında Sovet hökumətinin tapşırığı ilə Bakı Dairəsinin Hava Hücumundan Müdafiə qüvvələrinin zenit-raket qoşunlarının bir qrup mütəxəssisi general H. C. Rəsulbəyovun rəhbərliyi ilə Misir Ərəb Respublikasında işgüzar səfərdə olmuş və bu ölkənin hava hücumundan müdafiə sistemlərinin qurulmasına kömək etmişdir.
General 37 il Sovet Ordusunda xidmət etdikdən sonra 1975-ci ilin 28 iyulunda hərbi xidmətdən ehtiyata buraxılmışdır.
1975-ci ildə Hüseyn Cümşüdoğlu Rəsulbəyov Azərbaycan SSR Rabitə naziri təyin edilmişdir[2]. Bu vəzifədə o, ömrünün sonuna qədər çalışmışdır. Azərbaycan Ali Sovetinin deputatı olmuşdur.[3].
Mükafatları
General Rəsulbəyov "Lenin", "II Dünya Müharibəsi" II dərəcəli, "Qırmızı Ulduz", "Qırmızı Əmək Bayrağı" ordenləri və 14 medal, o cümlədən "Hərbi xidmətə görə", "Odessanın müdafiəsinə görə", "Qafqazın müdafiəsinə görə", I dərəcəli "Qüsursuz xidmətə görə" və s. təltif edilmişdir. Azərbaycan SSR Ali Şurası Rəyasət Heyətinin 1966-cı il 28 iyul tarixli sərəncamı ilə "Azərbaycan SSR-in əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.
Xatirəsinin əbədiləşdirilməsi
Dağıstan Muxtar Sovet Sosialist Respublikası Xalq Deputatları Sovetinin Dərbənd Şəhər Sovetinin İcraiyyə Komitəsinin 1985-ci il 23 aprel tarixli qərarı ilə şəhər prospektlərindən birinə general Hüseyn Rəsulbəyovun adı verilmişdir.
Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 15 may tarixli qərarı ilə general-leytenant H. C. Rəsulbəyovun adı Bakı Elektrotexnika Rabitə Kollecinə verilmişdir.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 26 iyun tarixli əmri ilə şəhərin yeni salınmış küçələrindən birinə general Hüseyn Rəsulbəyovun adı verilib.
2019-cu ildə Dərbənddə Böyük Vətən müharibəsi iştirakçısının dünyaya göz açdığı küçədə Hüseyn Rəsulbəyova abidə qoyulub.
- Bakıda H.Rəsulbəyovun yaşadığı monolit bina
Həmçinin bax
İstinadlar
- AzərTAc. "General leytenant Hüseyn Rəsulbəyovun anadan olmasının 100 illik yubileyi" (az.). Youtube.com. 14.10.2017. İstifadə tarixi: 2017-10-15.
- Qızılgül Abdinova. "Eks-nazir Siruz Abasbəylinin "Karyera"sı: fotoqraf, montyor.., nazir..." (az.). modern.az. 13.01.2012. 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-01.
- "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: (Çoxcildliyin I–IX cildlərinin köməkçi aparatı).- Bakı, 2008.- 339 səh" (PDF). 2021-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-05-23.