Hüseyn Qafarov
Qafarov Hüseyn Rəcəb oğlu — müəllim, tarzən, Azərbaycan Respublikasının Əməkdar Artisti.
Hüseyn Qafarov | |
---|---|
Hüseyn Rəcəb oğlu Qafarov | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan |
Atası | Rəcəb |
Anası | Şamama |
Həyatı
Hüseyn Qafarov 6 avqust 1957-ci ildə Naxçıvan şəhərində anadan olub. 1993-1999-cu illər arasında Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının solisti olub. Hazırda Naxçıvan Muxtar Respublikası Babək rayon Zeynəddin kənd musiqi məktəbində müəllim vəzifəsində çalışır.
Təltifləri
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 sentyabr 2007-ci il tarixli sərəncamı ilə Qafarov Hüseyn Rəcəb oğluna Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilmişdir[1].
İstinadlar
- "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2012-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-16.
Mənbə
- "Azərbaycan" qəzeti. 2007, 18 sentyabr, səh.2.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.