Hüseyn Musayev

Hüseyn Məmməd oğlu Musayev (1889, Şamaxı1956) — dövlət xadimi, Azərbaycan Dövlət Aqrar Universitetinin direktoru (1932–1934).

Hüseyn Musayev
1937 1937
ƏvvəlkiMirzə Davud Rəsulzadə
SonrakıAqil Salayev
1932 1934
Əvvəlkiİslam Datıyev
SonrakıƏzim Dadaşov
bayraq
Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri[2]
bayraq2
ƏvvəlkiHəmid Sultanov
bayraq
Naxçıvan MSSR Xalq Maarif Komissarı[2]
bayraq2
Şəxsi məlumatlar
Doğum tarixi 1889
Doğum yeri
Vəfat tarixi 1956

Həyatı

Azərbaycan Dövlət Aqrar Universiteti 1932–1934-cü illərdə instituta 3-cü direktor kimi rəhbərlik etmişdir.

1889-cu ildə Şamaxıda anadan olmuş, pedaqoji məktəbi bitirmiş, müxtəlif təhsil ocaqlarında müəllim, maarif şöbəsinin müdiri, Xalq Maarif Komissarı, Naxçıvanda Xalq Komissarlar Sovetinin sədri işləmişdir.

AKTİ-də direktor işlədiyi dövrdə onun təşəbbüsü ilə bir neçə yeni fakültə və kafedra yaradılmışdır. 1933-cü ildə Gəncədə fəaliyyət göstərən 4 kənd təsərrüfatı təmayüllü ali məktəbin Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tərkibində birləşdirilməsinin təşəbbüskarı olmuş, burada 6 fakültə: tarlaçılıq, meyvə-tərəvəzçılik, zootexniklik, baytarlıq, kənd təsərrüfatının mexanikləşdirilməsi və hidromeliorasiya fakültələri yaradılmışdır.

1937-ci ilin əvvəlində Azərbaycan Pedaqoji İnstitutunun direktoru təyin olunmuş, həmin ilin sonlarında repressiya olunmuş, 1943-cü ildə Bakıya qayıtmış, 1954-cü ilədək uşaq evlərinə rəhbərlik etmiş, 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə bəraət qazanmışdır.

1956-cı ildə vəfat etmişdir.[3]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2015-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-26.
  2. "Жизнь, продолжающаяся в воспоминаниях". 2023-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-16.
  3. "Arxivlənmiş surət". 2020-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-20.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.