Hüseyn Məmmədov (siyasətçi, 1875)

Hüseyn (Söyün) Gülməmməd oğlu Məmmədov (gürc. ჰუსეინ გიულმამედ ოღლუ მამედოვი, 1875, Yormuğanlıən tezi 1921) — Azərbaycan əsilli gürcü siyasətçi, Hümmət Partiyasının həmtəsisçisi, Gürcüstan Müəssislər Məclisinin üzvü (1919–1921).

Hüseyn Məmmədov
gürc. კუსეინ ყული-მამედ ოღლი მამედოვი
12 mart 1919 17 mart 1921
Şəxsi məlumatlar
Doğum tarixi 1875
Doğum yeri
Vəfat tarixi ən tezi 1921
Partiya
Fəaliyyəti siyasətçi

Həyatı

Hüseyn Məmmədov Gürcüstan Müəssislər Məclisinin tərkibində (sonuncu sırada sağdan birinci).

1875-ci ildə Muğanlı kəndində anadan olub. Milliyətcə azərbaycanlıdır.[1]

1899-cu ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olmuşdur. 1904-cü ildə Hümmət Sosial-Demokrat Müsəlman Partiyasının təsisçilərindən biri olub.[1][2]

12 mart 1919-cu ildə Gürcüstan Sosial Demokrat Partiyasının siyahısı üzrə Gürcüstan Müəssislər Məclisinə üzv seçilmişdir.[1]

1919-cu ilin martında Georgi Ancaparidze, Samson PirsxalavaPyotr Surquladzeylə birlikdə Ahalsıx üsyanın səbəblərinin araşdırılması üçün yaradılmış xüsusi komissiyaya seçilmişdi.[3]

Məmmədov gürcü dilini sərbəst bilirdi və mənsub olduğu bölgənin müəyyən problemləri ilə bağlı gürcüdilli dövri mətbuatda vaxtaşırı məqalələrlə çıxışlar edirdi.[2]

1921-ci ildə, Qızıl Ordunun Gürcüstanı işğal etməsindən sonra Gürcüstanda qalıb. Sonrakı taleyi haqqında heç bir məlumat yoxdur.[1]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.