Hüseyn Kamil

Hüseyin Kamil (d. 21 noyabr 1853 - ö. 9 oktyabr 1917) — Misir sultanı.

Hüseyn Kamil
ərəb. حسين كامل
20 dekabr 1914 9 oktyabr 1917
ƏvvəlkiII Abbas Hilmi Paşa
SonrakıI Fuad
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qahirə, Misir əyaləti, Osmanlı imperiyası
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri Qahirə, Misir sultanlığı
Dəfn yeri Əl-Rifai məscidi, Qahirə
Fəaliyyəti siyasətçi
Atası Kavalalı İsmayıl Paşa
Anası Nurfələk Qadınəfəndi
Ailəsi Kavalalı ailəsi
Dini Sünni, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

İlk illəri

21 noyabr 1853-cü ildə Qahirədə dünyaya gəldi. Atası Misir xədivi Kavalalı İsmayıl Paşa, anası isə onun xanımlarından Nurfələk Qadınəfəndidir. İlk təhsilini saray mənsubları üçün Menyel sarayında açılan məktəbdə alan Hüseyn Kamil 1867-ci ildə atasıyla birlikdə İstanbula gedərək Sultan Əbdüləzizi ziyarət etdi. Ardından Parisə getdi və 1869-cu ildə Süveyş kanalının açılış mərasiminə qədər orada qaldı. Kanalın açılışı münasibətilə Qahirəyə döndükdən qısa müddət sonra Florensiyaya İtaliya kralı II Viktor Emanuelin nəznində diplomatik elçi olaraq göndərildi. Vəzifəsini tamamlamasının ardından 1870-ci ildə Qahirəyə döndü və müxtəlif nazirlikliklərin tərkibində fəaliyyət göstərdi. Bu illərdə Qahirə-Hulvan dəmiryolu xəttinin çəkilməsinə nail oldu. Atasının vəzifədən alınması və sürgünə göndərilməsinin ardından (1879) o da atasıyla birlikdə Neapola köçdü. Urabi Paşa üsyanının ardından yaranan siyasi vəziyyət səbəbilə 1882-ci ildə Misirə döndü.

Hüseyn Kamilin tutduğu ən önəmli vəzifə isə sözsüz ki, həm qardaşı Tofiq Paşa, həm də onun oğlu II Abbas Hilmi Paşa səltənətində tutduğu Şura məclisi rəisliyi oldu. 1909-cu ildə yaranan Süveyş kanalı imtiyazı skandalı səbəbilə bu vəzifəsindən ayrıldı. Rəsmi vəzifələrdən uzaq qaldığı illərdə ticarət və kənd təsərrüfatı ilə məşğul oldu. İsgəndəriyyəQahirədə əcnəbilərin də iştirakıyla kənd təsərrüfatı sərgiləri təşkil etdi. İstanbulda açılan Ticarət Məktəbini nümunə alaraq, məsrəfləri şəxsi gəlirlərlə ödənən Özəl Ticarət Məktəbi açdırdı.

Misir sultanlığı

Osmanlı dövləti 1914-cü ilin payızında Birinci Dünya müharibəsinə girdiyi əsnada İngiltərə, Süveyş kanalı üzərində nəzarəti ələ keçirmək və Osmanlı dövlətinin cihad elanına qarşı Misiri müharibədən uzaq tutmaq üçün 1882-ci ildən bəri işğal altında tutduğu Misiri ilhaq etdi (18 dekabr 1914). Ertəsi gün bu vəziyyət və o əsnada İstanbulda olan xədiv Abbas Hilminin vəzifədən alındığı ailənin yaşca ən böyüyü olan Hüseyn kamilə bildirildi. Bundan başqa Misirin keçmişdə olduğu kimi Kavalalı ailəsindən biri tərəfindən idarə ediləcəyi elan edildi və Hüseyn Kamilə "sultan" ünvanı verildi. Bu əsnada ingilislər təklifləri qəbul edilmədiyi təqdirdə başqa birini Misir taxtına oturdacaqlarını bildirdilər. Öncə tərəddüd edən Hüseyn Kamil daha sonra ingilislərin təklifini qəbul etdi və 20 dekabr 1914-cü ildə rəsmi mərasimlə taxta çıxdı. İlk sərt reaksiya İstanbuldan təyinatla Misirdə fəaliyyət göstərən Misir qazısı tərəfindən göstərildi. Bunun xalq üzərində olan mənfi təsirindən çəkinən Hüseyn Kamil 21 dekabrda Misir qazılığını ləğv etdi. Bunun ardından İstanbuldan daha sərt nota göndərildi. Fətva alınaraq Hüseyn Kamil vətən xaini elan edildi və bütün müsəlmanlara ona qarşı cəbhə alınması elan olundu.

Hüseyn Kamilin Əl-Rifai məscidindəki məzarı

Sultan elan edildikdən sonra ölkəni dolaşaraq xalqa yaxın görünmək istəyən Hüseyn Kamil yerli əhali tərəfindən "sultan" olaraq qəbul edilmədi. Üstəlik bir neçə dəfə sui-qəsd cəhdi oldu. Bütün bunlarla yanaşı səhhəti də pisləşən Hüseyn Kamil 1916-cı ildə xəstələndi və 9 oktyabr 1917-ci ildə vəfat etdi. Yerinə qardaşı Əhməd Fuad Paşa Misir sultanı oldu.

Mənbə

  • BA, Dahiliye-Kalem-i Mahsûs, nr. 35/55.
  • BA, Dahiliye-Şifre, nr. 48/133, 48/178, 48/202.
  • Mısır Meselesi (nşr. Bâbıâli Hariciye Nezâreti), İstanbul 1334, s. 166.
  • S. A. Moseley, With Kitchener in Cairo, London 1917, s. 82.
  • Bayur, Türk İnkılâbı Tarihi, III, 406-409.
  • Evrâḳu Muḥammed Ferîd (nşr. Merkezü’l-vesâik ve târîhi Mısri’l-muâsır), Kahire 1978, I, 194, 197, 199, 208, 210, 215, 217-218, 241, 243-244.
  • P. M. Holt, Egypt and the Fertile Crescent 1516-1922, London 1980, s. 229-230.
  • P. Mansfield, The Arabe, London 1980, s. 188, 233.
  • Latîfe M. Sâlim, Mıṣr fi’l-ḥarbi’l-ʿâlemiyyeti’l-ûlâ, Kahire 1984, s. 35-49.
  • M. Ali Allûbe, Ẕikreyât ictimâʿiyye ve siyâsiyye, Kahire 1988, s. 69-70.
  • "Hüseyin Kâmil", TA, XXI, 179.
  • P. J. Vatikiotis, "Ḥusayn Kāmil", EI2 (İng.), III, 624-625.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.