Hüseyn Kürdoğlu

Hüseyn Kürdoğlu, Alışanov Hüseyn Həsən oğlu[1] (15 iyun 1934, Əhmədli, Laçın rayonu12 iyul 2003, Bakı) — şair, ədəbiyyatşünas, 1973-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur.

Hüseyn Kürdoğlu
Hüseyn Həsən oğlu Alışanov
Doğum adı Гусейн Гасан оглы Алышанов
Doğum tarixi
Doğum yeri Əhmədli kəndi, Laçın rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti şair

Həyatı

Hüseyn Kürdoğlu 1934-cü il iyunun 15-də Azərbaycanın Laçın rayonunun Əhmədli (Mollaməhmədi) kəndində anadan olmuşdur. Bəzi mənbələrdə onun mənşəcə kürd,idi[2][3].[4] Orta təhsilini Əhmədli kənd yeddiillik, Ağdam şəhər 1 saylı orta, Laçın şəhər orta və Qubadlı rayonu Xanlıq kənd məktəblərində alıb ADU-nun filologiya fakültəsinə daxil olmuşdur (1953–1958). Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində ədəbi dram şöbəsinin redaktoru kimi başlamışdır. Sonra Azərbaycan EA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir (1960). "Müasir kürd şairi A. Qoranın poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1966). Şərqşünaslıq İnstitutunun "İran ədəbiyyatı" şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır (1968–1993). Ömrünün sonunadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda işləmişdir (1993-cü ildən). Ədəbi yaradıcılığa erkən başlamış, ilk şeirlərini hələ orta məktəbin beşinci sinfində ikən Laçın rayonunda çıxan "Sovet Kürdüstanı" qəzetində çap etdirmişdir. Onun "Gözəldir" rədifli ilk qoşması 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunandan sonra dövri mətbuatda müntəzəm çıxış etməyə başlamışdır. Bədii tərcümə ilə də məşğul olmuşdur.

Azərbaycandə rəsmi fəaliyyət göstərən "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin (1990) və Mərkəzin mətbu orqanı olan "Denge Kurd" ("Kürdün Səsi", 1992) qəzetinin təsisçilərindən biri olmuşdur. "Ronahi"-nin mədəni fəaliyyətində iştirak etmiş, "Denge Kurd" qəzetinin fəal əməkdaşı olmuşdur.

2003-cü il iyulun 12-də Bakıda vəfat etmiş, Xırdalan qəbristanlığında dəfn edilmişdir.[5]

Əsərləri

  • 1. Səhər nəğmələri. Bakı: Azərnəşr, 1963, 37 səh.
  • 2. Yurdumu gəzə-gəzə. Bakı: Gənclik, 1968, 48 səh.
  • 3. Qaya çiçəkləri. Bakı: Gənclik, 1970, 66 səh.
  • 4. Doğma diyarım. Bakı: Gənclik, 1973, 78 səh.
  • 5. Çiçək təbəssümü. Bakı: Gənclik, 1975, 110 səh.
  • 6. Ata yurdum. Bakı: Yazıçı, 1978, 111 səh.
  • 7. Dördtelli durnam. Bakı: Gənclik, 1979, 91 səh.
  • 8. Toy karvanı. Bakı: Yazıçı, 1981, 95 səh.
  • 9. Durna səsi. Bakı: Yazıçı, 1985, 141 səh.
  • 10. Quzular dağa çıxdı. Bakı: Gənclik, 1985, 124 səh.
  • 11. Müasir kürd şairi Abdulla Qoranın poeziyası. Bakı: Elm, 1969, 160 səh.
  • 12. Bu dünya bir karvan yolu. Bakı: Yazıçı, 1989, 84 səh.
  • 13. Min bir bayatı. Bakı: Gənclik, 80 səh.
  • 14. Yaralı torpağım, yaralı sevgim. Bakı, 1997.
  • 15. İmana-dinə gəldim. Bakı, 1999.
  • 16. Ziyalımız — ziyamız. Bakı, 1999.
  • 17. Yurduma qurbandır sözüm. Bakı, 2005.
  • 18. Aytənin nəğmələri. Bakı, 2009.
  • Seçilmiş əsərləri. Bakı, 2011.

Tərcümələri

(kürdcədən)

  • 1. Rəhim Qazi. Peşmərçə (povest). Bakı: Azərnəşr, 1969, 106 səh.

Ədəbiyyat

  • Razim Məmmədov. "Aşıq Şəmşir Hüseyn Kürdoğlu haqqında". "Laçın yurdu". №3(14) ("Bəxtiyar-4" nəşriyyatı). 25.09.2014: səh.44–49. (#accessdate_missing_url)

İstinadlar

  1. Dağ qürurlu, şəlalə hökmlü şair Hüseyn Kürdoğlu
  2. ""HƏR BİR XALQIN MİLLİ MƏNSUBİYYƏTİ ONUN QÜRUR MƏNBƏYİDİR"". Diplomat (az.). 127 (16). 1–8 iyul 2011. səh. 3.
  3. Cavanşir, Cəlil. "69 yaşında intihar edən Azərbaycan şairi - ARAŞDIRMA". Kulis.az (az.). 6 noyabr 2013. 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2022.
  4. Umudlu, İsmayıl. "Türk oğlu türk kürdoğlu". Ayna (az.). 12 iyul 2013. 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2022.
  5. "Tanınmış şair məzarı başında anıldı". 2018-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-12.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.