Hüseyn Haqverdiyev
Hüseyn Həsən oğlu Haqverdiyev (3 mart 1956, Ucar) — Azərbaycan rəssamı, fotoqraf və heykəltaraş, Azərbaycan Respublikasının xalq rəssamı (2021).
Hüseyn Haqverdiyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Ucar, Azərbaycan SSR, SSRİ |
Atası | Həsən Haqverdiyev |
Fəaliyyəti | heykəltaraş |
Mükafatları |
Həyatı
Rəssam Həsən Haqverdiyevin və Vera Kalininanın oğlu olaraq 1956-cı ildə Ucarda anadan olmuşdur. 1958-ci ildə ailəsi Bakıya köçmüşdür. 1971-ci ildə Əzim Əzimzadə adına İncəsənət kollecinə daxil olmuş, 1975-ci ildə oradan məzun olmuşdur. Həmin il Vera Muxina adına Leninqrad ali incəsənət akademiyasına daxil olmuş, heykəltaraşlıq fakültəsini 1980-ci ildə bitirmişdir. Azərbaycan Həvari Prefektinin baş kafedral kilsəsi olan Müqəddəs Bakirə Məryəm kilsəsindəki "Bakirə Məryəm" heykəlinin müəllifidir. Səngəçal terminalının girişindəki "Xəzər dənizi əfsanəsi" əsərinin müəllifidir.[1] İlk simpoziumu 1980-ci ildə nümayiş olunmuşdur. Hindistan, ABŞ, Almaniya, Gürcüstan, BƏƏ kimi ölkələrdə sərgi və simpoziumları baş tutmuşdur. 2014-cü ildə Özbəkistanda solo sərgisi baş tutmuşdur. Bakıda yaşayır.
Ailəsi
Əli Haqverdiyev, Ucal Haqverdiyev, Səidə Haqverdiyeva, Aidə Haqverdiyeva və Zemfira Qafarovanın qardaşıdır.
Təltif və mükafatları
- "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 16 oktyabr 2021[2]
- "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 30 may 2002[3]
Filmoqrafiya
- "Fransız" (film, 1995) — quruluşçu rəssam kimi.
İstinadlar
- "Hüseyn Haqverdiyev bioqrafiyası". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-31.
- "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 16 oktyabr 2021. 19 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2021.
- "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında". e-qanun.az. 30 may 2002. 12 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2021.