Hüseyn Həmadani

Hüseyn Həmadani (fars. حسین همدانی) - İran İnqilab keşikçiləri Ordusunun hərbçisi. 1979-cu ildə baş vermiş İranda kürdlərin üsyanı, İran-İraq müharibəsiSuriya vətəndaş müharibəsində iştirak etmişdir. Briqadir rütbəsində olan Həmadani 2015-ci ilin 7 oktyabr tarixində Hələb yaxınlığında İraq Şam İslam Dövləti terrorçuları ilə döyüşdə öldürülüb. Ölümündən sonra İran İnqilab keşikçiləri Ordusunun General-mayoru rütbəsi verilmişdir.[1][2][3][4]

Hüseyn Həmadani
fars. حسین همدانی
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Abadan, İran
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Hələb, Suriya
Vəfat səbəbi döyüşdə ölüm
Vətəndaşlığı İran İran
Hərbi fəaliyyəti
Mənsubiyyəti İran
Qoşun növü İran İnqilab keşikçiləri Ordusu
Xidmət illəri 19792015
Rütbəsi General-mayor
Döyüşlər İranda kürdlərin üsyanı
İran-İraq müharibəsi
Suriyada vətəndaş müharibəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Hüseyn Həmadani 1950-ci ilin 15 dekabr tarixində İranın Xuzistan ostanına daxil olan Abadan şəhərində anadan olub. Hərbçi kimi tanınmasında 1979-cu ildə İranda kürd üsyanının yatırılmasındakı iştirakı göstərilməkdir. Ardınca 1980-1988-ci illəri əhatə edən İran-İraq müharibəsində iştirak edib. Həmadani eyni zamanda Kürdüstan ostanında fəaliyyət göstərən kommunist silahlı dəstələrin zərərsizləşdirilməsinə rəhbərlik edən şəxslərdən biri olmuşdur.

Həmadani 2005-ci ildə İran İnqilab keşikçiləri Ordusu komandirlərindən olan Məhəmməd Əli Cəfəri tərəfindən yüksək vəzifəyə çəkilmişdir. 2009-cu ildə ölkədə baş vermiş etirazların yatırılmasında da iştirak etmişdir.[5] 2009-2014-cü illərdə Tehrandakı hərbi birləşmələrdə çalışmışdır.[6] 2011-ci ilin 14 aprel tarixində İran dövlət rəsmilərinin məruz qaldığı beynəlxalq sanksiyalar siyahısında Hüseyn Həmadaninin də adı var.[7][8]

Həmadani tərəfindən avtobioqrafiyamüharibə mövzulu üç kitab yazılıb;

2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlamasından sonra İran zamanla müharibəyə müdaxilə etməyə başlamışdır. Hüseyn Həmədani müharibədə Qüds Korpusunun tərkibindəki hərbçilərə rəhbərlik etmişdir.[10]

İstinadlar

  1. "Berater im Kampf gegen IS: Iranischer General in Syrien getötet". Der Spiegel. 9 October 2015. 5 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2015.
  2. Lizzie Dearden. "Iranian commander Brigadier General Hossein Hamedani killed by Isis while advising Syrian regime". The Independent. 9 October 2015. 5 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2015.
  3. "PressTV-Iranian commander killed in Syria". 9 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2015.
  4. "Iranian Revolutionary Guards general killed in Syria -IRGC". Mail Online. 19 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2015.
  5. "What Is Iran Doing in Syria?". Foreign Policy. 2012-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-23.
  6. "Hossein Hamedani". Ukforiranians.fco.gov.uk. 2012-03-26. 2012-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-24.
  7. "Consolidated List of Financial Sanctions Targets in the UK" (PDF). Hm-treasury.gov.uk. 2019-06-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-09-24.
  8. "Arxivlənmiş surət". 2012-12-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
  9. "Arxivlənmiş surət". 2016-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
  10. "Top Iranian Official Acknowledges Syria Role". Wall Street Journal. 16 September 2012. 7 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 September 2012.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.