Hüseyn Fərdust
Hüseyn Fərdust (fars. حسین فردوست 1917[1], Tehran – 18 may 1987, Tehran) — İran ordusunun generalı (Arteshbod). Məhəmməd Rza şah Pəhləvinin gizli xidmətində çalışan tanınmış hərbi xadim. O, həm də Pəhləvi dövrəsində Xüsusi Kəşfiyyat idarə başçısı idi (SAVAK müavini kimi də on il xidmət edib).[2]
Hüseyn Fərdust | |
---|---|
fars. حسین فردوست | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1917[1] |
Doğum yeri | |
Vəfat tarixi | 18 may 1987 |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Hüseyn Fərdust, uşaqlıq dövründə, Məhəmməd Rza Pəhləvi ilə birlikdə Nizam mədrəsəsinin xüsusi sinifdə dərs alıb ki Rza xan Şahzadə üçün təşkil etmişdir. Rza xan ki istirdi oğlunun bir səyli dostu və oyun yoldaşı ola, Fərdustda xüsusi diqqət qeyd etdi və o Məhəmməd Rza Pəhləvi ilə birlikdə İsveçrədə kollecə göndərildi. O Məhəmməd Rza Pəhləvi, və senat majlisinə inqilabçılar barəsində düzgün informasiya vermirdi və dövlətin sirri qərarların ingilabçılara yetirirdi. O 1979-cu İran inqilabından sonra, az müddət İran İslam dövlətinin kəşfiyyat təşkilatının (SAVAMA) başçısı idi ki, sonra adı İnformasiya Nazirliyinə dəyişdirildi.[3][4][5][6]
Atası Seyfulla Fərdust jandarmeriya zabiti idi ki, sonra kapitan rütbəsinə irəli çəkilmişdi.[7]
Əsərləri
"Pəhləvilər səltənətinin zühuru və süqutu" kitabının müəllifi X. Mötəzed, Məhəmməd Rza şahın keçmiş generalı və köməkçisi Hüseyn Fərdust nəslinin vətənə, xalqa xəyanətlə dolu xidmətlərinin mahiyyətini açıb göstərir.
Ermənilərin İranda özlərinə sığınacaq tapması Səfəvilər və Qacarlar hakimiyyəti illərindən başlasa da, onların türklər əleyhinə fitnəkar fəaliyyəti əsasən Pəhləvi xanədanlığı dövründə (1925–1979) əl-qol aça bilmişdi. Zatən türkün qəddar düşməni olan Rza şah və onun oğlu Məhəmmədrza İranda yaşayan ermənilərin simasında Azərbaycan türklərinin kökünü kəsmək üçün İran məkanında özünə çox üzüyola həmkar tapa bilmişdi. Sarayda şərab hazırlamaqdan tutmuş, dərzi, dəllək, aşpaz, tərcüməçi və müəllimliyədək bütün peşələrdə özünə yer almış ermənilər ali dövlət vəzifələrini tutmağa qədər yüksələ bilmişlər. Hansı peşədə və hansı vəzifədə işləməsindən asılı olmayaraq onlar öz fəaliyyətlərini türklərə qarşı açıq və gizli mübarizəyə yönəltmişlər.
Məhəmməd Rza şahın uşaqlıq və gənclik dostu olmuş və onun dövründə yüksək hərbi rütbəyə və vəzifəyə yüksəlmiş Hüseyn Fərdustun Tehranda çap olunmuş iki cildlik xatirələrində (Pəhləvi sülaləsinin zühuru və süqutu) ermənilərin İrandakı fitnəkar fəaliyyətinə aid saysız-hesabsız faktlardan söhbət açılır. Fərdustun yazısından bəlli olur ki, SAVAK ilə "Daşnaksütun" partiyasının İran üzrə şöbəsi, "Erməni Gizli Ordusu", "Erməni Tələbə və Gənclər ittifaqı", "Erməni Cəmiyyəti", "İrandakı Ermənilərin Keşiş Şurası" və s. bu cür antitürk və terrorçu təşkilatlar arasında sıx əlaqə və əməkdaşlıq olmuşdur.
Ailəsi
Həyat yoldaşı Pəriçehrdən bir Şahrox adlı uşağı varidi ki sonra Əhmədəli Şeybani ilə evləndi.[8]
İstinadlar
- Hosejn Fardust // NUKAT. 2002.
- "Character as Destiny: The Portrait of the Shah as a young man,Abbas Milani" (PDF). 2014-04-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-12-16.
- "Arxivlənmiş surət". 2014-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-16.
- Abrahamian, Ervand, Tortured Confessions, (University of California Press, 1999), p.159
- If the Ayatollah Khomeini was an enemy of the United States ruling elite, why did he adopt the CIA's security service? Arxivləşdirilib 2012-05-10 at the Wayback Machine Historical and Investigative Research – 23 Feb 2006
- "Khomeini Is Reported to Have a SAVAK of His Own"; The Washington Post, June 7, 1980, ; A1, By Michael Getler
- فردوست، حسين؛ ظهور و سقوط سلطنت پهلوي(خاطرات ارتشبد سابق حسين فردوست)، تهران، اطلاعات، 1373ش، چاپ ششم، ج1، ص23
- فردوست، حسين؛ ظهور و سقوط سلطنت پهلوي(خاطرات ارتشبد سابق حسين فردوست)، تهران، اطلاعات، 1373ش، چاپ ششم، ج1، ص678.
Qaynaqlar
- Hüseyn Fərdust
- ظهور و سقوط سلطنت پهلوی، جلد اول: خاطرات ارتشبد سابق حسین فردوست
- İngiliscə vikipediya
- Farsca vikipediya
- Tuğgeneral Fərdust