Hüseyn əl-Husi

Hüseyn əl-Husi (ərəb. حسين بدر الدين الحوثي; 1956—2004) — Yəmən zeydilərinin lideri.

Hüseyn əl-Husi
ərəb. حسين بدر الدين الحوثي
Doğum tarixi 13 fevral 1960(1960-02-13)
Vəfat tarixi 10 sentyabr 2004(2004-09-10) (44 yaşında)
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti dini rəhbər[d], siyasətçi, hərbi lider[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ənsarullah adlı hərəkatın ilk lideri olan bu şəxs Bədrəddin Husinin böyük oğludur. O 1956–2004-cü illərdə yaşayıb. Tez-tez İranLivana səfərlər edib. Sudan respublikasında şəriət elmi üzrə ali təhsil alan Hüseyn Əl-Husi ölkədəki zeydilərlə birlikdə 1990-cı ildə Hizbul Haqq partiyasını yaradır. 1993-cü ildə ölkənin parlament seçkilərində yüksək səs toplayaraq, məclis üzvü olur. Lakin 1997-ci ildə siyasi səbəblərdən deputat mandatından imtina edərək, Husilər hərəkatını yaradır.

2004-cü ildə ABŞİsrail əleyhinə apardığı təbliğatlar nəticəsində hakimiyyətin təzyiqi ilə qarşılanır. Həmin il Yəmən ordusu və Husilər arasında qarşıdurma yaşanır. Hüseyn Bədrəddin Husi bir neçə tərəfdaşı ilə birlikdə öldürülür. Yəmən rəsmiləri Hüseyn Husini tərəfdarlarını Livan Hizbullahı tərəfindən silahlandırlmaqda gunahlandırdı.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.