Hüseyn Əliyev (rəssam)
Hüseyn Əlirza oğlu Əliyev (22 aprel 1911, Comardlı, Zəngəzur qəzası – 21 may 1991, Bakı) — fırça ustası, Azərbaycan xalq rəssamı (1982). Bakı Rəssamlıq Texnikumunu bitirmiş (1932), Leninqrad Rəssamlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda oxumuşdur (1932–1935). Yaradıcılığında portret və mənzərələr mühüm yer tutur. 1922–1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur.
Hüseyn Əliyev | |
---|---|
Hüseyn Əlirza oğlu Əliyev | |
Doğum tarixi | 22 aprel 1911 |
Doğum yeri | |
Vəfat tarixi | 21 may 1991 (80 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Uşağı | Nazim Əliyev[1] |
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Janrlar | peyzaj, qrafika, portret, natürmort |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əliyev Hüseyn Əlirza oğlu 1911-ci il aprelin 22-də Comərdli kəndində Kərbəlayı Cəfər oğlu Əlirzanın və Narıngül[2] xanımın ailəsində dünyaya göz açmışdır. Rəssam kimi ilk təbiət mənzərəsini çəkəndə onun 12 yaşı olub[3]. Bakıda Rəssamlıq Texnikumunda oxumuşdur (1927–1932).
1922–1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur[4].
Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1932–1935) təqaüdə çıxanadək "Xalq qəzeti"nin ("Kommunist") bədii tərtibat şöbəsində əvvəlcə baş rəssam, sonra da bədii tərtibat şöbəsinin müdiri vəzifəsində işləyib (1935-ci il oktyabr ayının 4-dən).
Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur. O, "Qafqazın müdafiəsinə görə", "1941–1945-ci illərdə arxa cəbhədəki şərəfli əməyinə görə", "Böyük Vətən müharibəsinin 30 illiyi" medalları və "Xalqlar dostluğu" ordeni ilə təltif olunub[5].
Hüseyn Əliyev bacarıqlı rəssam kimi üç dəfə Azərbaycan, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. 1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyev 1977-ci ildə Əməkdar rəssam, 1982-ci ildə Xalq rəssamı fəxri adına layiq görülüb[3].
Azərbaycan xalq rəssamı Hüseyn Əliyevin müxtəlif sərgilərdə nümayiş etdirilən rəsm əsərləri arasında, onun Comərdli kəndində çəkdiyi "Yəhər Təpə" və "Mahmud bulağı" tabloları özünəməxsus yer tutur.
Hüseyn Əliyevin "Göygöl mənzərələri" adlı çap edilən albomunda rəssamın 17 mənzərəsi verilmişdi.
Hüseyn Əlirza oğlu Əliyev 25 may 1991-ci ildə vəfat edib[6].
Mükafatları
Şəcərəsi
- Mirzə Əbdül
- Mirzə Əli
- Alagöz Məhəmməd
- Məşədi Əli
- Kərbəlayı Cəfər
- Əlirza
- Kərbəlayı Cəfər
- Məşədi Əli
- Alagöz Məhəmməd
- Mirzə Əli
Hüseyn Əliyev
Həsən Əliyev, Heydər Əliyev, Aqil Əliyev , Cəlal Əliyev, Rəfiqə Əliyeva, Şəfiqə Əliyevanın qardaşıdır.
İstinadlar
- "İlham Əliyevə ağır itki üz verib". 2013-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-26.
- "Comərdli kəndi". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.
- "Onun fırçası möcüzələr yaradırdı". 2020-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.
- "Əliyev Hüseyn Əlirza oğlu". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.
- "Hüseyn Əliyev — 100". Mədəniyyət. — 2011. — 29 aprel. — S.13.
- "Xalq rəssamı Hüseyn Əliyevin xatirəsi dərin hörmət və ehtiramla anıldı". 2020-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. səh.440. ISBN 5-8020-0852-0
- Respublikanın təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 5 dekabr 1977-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- Respublika təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
Xarici keçidlər
- Səda — Xalq rəssamı Hüseyn Əliyevin doğum günüdür (22.04.2016)
- Səda — Xalq rəssamı Hüseyn Əliyev -"Mənzərələr" (02.06.2016)