Hüseynəli bəy Bayat
Hüseynəli bəy Bayat (?-?) — Səfəvilər dövlətinin elçisi.
Hüseynəli bəy Bayat | |
---|---|
Doğum yeri | Qarabağ, Səfəvilər |
Vəfat tarixi | XVII əsr |
Vəfat yeri | İsfahan, Səfəvilər |
Fəaliyyəti | diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
I Şah Abbasın hakimiyyətə gəlməsindən sonra Səfəvilər dövlətinin güclənməsi Avropa dövlətlərini onunla yaxınlaşmağa sövq edirdi. Papalıq, Venesiya, İspaniya və Almaniya imperiyaları Səfəvilər dövlətinə xüsusi maraq göstərirdilər. Bu xristian qərbinin güclü Osmanlı imperiyasını zəiflətmək istəyi ilə bağlı idi. Lakin qeyd etmək lazımdır ki, qərb ölkələri Səfəvilərin Türkiyə üzərində tam qələbəsində maraqlı deyildilər. Onlar belə hesab edirdilər ki, "nə qədər ki, bu dövlətlər bir-biri ilə vuruşur, xristian dünyası rahatlıq və təhlükəsizlikdə olar"[1].
Səfəvilər dövlətinə gəldikdə isə onların Avropa ilə diplomatik fəaliyyəti yalnız bir məqsədə – antitürk ittifaqının bağlanması və Osmanlı dövlətinə qarşı kömək əldə etməyə yönəlmişdi.
Şah Abbas müttəfiqlərini sərhədlərdən çox uzaqda axtarırdı. E. Şerliyə hədiyyələr bəxş etməklə Səfəvi nümayəndə heyətini Avropa ölkələrinə, xüsusilə, Almaniya, Roma, İspaniya, Venesiya, Fransa, İngiltərə və Şotlandiyaya səyahətlərdə müşayiət etmək üçün onun razılığını aldı. Şerlinin gedişi və hərbi ittifaqın bağlanması ilə əlaqədar Səfəvilər sarayında həmfikirlilik yox idi. Şerlinin, yoxsa Hüseynəli bəyin diplomatik missiyanın başçısı təyin olunması ilə bağlı razılıq da əldə olunmamışdı. Belə halda şah səfirlər üçün bütün hazırlıqlara başlanmasına dair əmr verdi. E. Şerli Səfəvi səfiri Hüseynəli bəyi müşayiət etmək üçün balaca qardaşı Robertin digər ingilislərlə birgə İsfahanda qalmasına razılıq verdi.
Avropaya göndərilən səfirliyə Hüseynəli bəy Bayat başçı, Oruc bəy Bayat isə birinci katib təyin edilir. İngilis diplomatı Entoni Şerli səfirliyin bələdçisi olur. 1599-cu il iyulun 9-da onlar İsfahandan yola düşürlər. Səfirlik Almaniya, İtaliya (Roma və Venesiya), İspaniya, Fransa, Polşa, İngiltərə və Şotlandiyada olmalı idi. Əvvəlcə səfirlik Xəzər dənizi ilə Həştərxana yollanır.
İstinadlar
- Young H. The East India Company arsenals and manufacturies. Oxford, 1937, p.5