Hüseynəli Müntəziri
Hüseynəli Müntəziri (22 sentyabr 1922[1], Nəcəfabad, İsfahan ostanı – 20 dekabr 2009[1], Qum) — din xadimi, müctəhid.
Hüseynəli Müntəziri | |
---|---|
fars. حسینعلی منتظری نجف آبادی | |
Doğum tarixi | 22 sentyabr 1922[1] |
Doğum yeri | |
Vəfat tarixi | 20 dekabr 2009[1] (87 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ürək-damar xəstəliyi[d] |
Dəfn yeri | |
Tanınmış yetirmələri | Sadeq Xalxali, Seyid Musa Sədr, Məhəmməd Fazil Lənkərani, Mehdi Kərrubi, Seyyid Əli Xameneyi, اسدالله بیات زنجانی[d], Əkbər Haşemi Rəfsəncani |
amontazeri.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Ayətullah Hüseynəli Müntəziri 1922-ci ildə İsfahan şəhərində dünyaya gəlib. O, 1979-cu ildə İranda baş verən islam inqilabının ideoloqlarından biri olub.
Ayətullah Hüseynəli Müntəziri 19 dekabr 2009-cu ildə vəfat edib.
Müqəddəs Şiə şəhəri olan Qumda təhsilini bitirən Müntəziri, Ayətullah Ruhullah Xomeyninin kurs halqasından keçərək Fəvziyyə Mədrəsəsində müəllimlik etməyə başlamışdır. 1963-cü ildə Ayətullah Xomeyninin çağırışı ilə Şah Rza Pəhləvinin Ağ inqilabına qarşı çıxdı və sonradan İran İslam İnqilabının aparıcı simalarından biri oldu.
Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi tərəfindən həbs olunan Müntəziri, 1974–1978-ci illər arasında 4 il həbs cəzası çəkmişdir. İnqilabdan əvvəl Ayətullah Taleqani ilə birlikdə etdiyi xütbələr kitab versiyasına çevrildi. İran İnqilabından sonra Dirasat fi Vilayah əl-Faqih (Vilayəti-Fəqih Dərsləri) adlı dərs vəsaiti yazmışdır.
Ayətullah Xomeyni, Müntəziri üçün, "Özüm onda gizlənmişəm" ("Yəni məndən sonra varis odur") demişdi[2]. Ancaq 1988-ci ildə Xalq Mücahidləri təşkilatına və digər müxalifət partiyalarına qarşı yeridilmiş siyasəti və insan hüquqları, qadın haqları, zəncirvari həbslər, təzyiq kimi qabaqlayıcı vasitələrdən istifadə edilməsi kimi mövzularda tənqidi fikirlər səsləndirdi, buna görə də Ayətullah Xomeyninin yerinə keçirilməsi fikrinin üstündən keçildi, gözdən düşdü və adı tarix kitablarından çıxarıldı. 1997-ci ildə İranda keçirilmiş olan prezident seçkilərindən sonra bir məsciddə etdiyi çıxışında, dini lider Ayətullah Əli Xameneinin dini və siyasi nüfuzunu tənqid etdiyinə görə ev dustaqlığına məhkum edilmişdir. Qum şəhərindəki evindən çıxmaq və çox müstəsna hallar istisna olmaqla qonaqlar qəbul etməsinə 6 il müddətinə icazə verilmədi. 6 ildən sonra ev dustaqlığı başa çatdı.
2009-cu il prezident seçkilərində elan edilən seçki nəticələrini qəbul etmədi və dedi: O, "heç bir ağılın onu qəbul edə bilməyəcəyini və etibarlı dəlillərə görə xalqın səslərində çox böyük bir dəyişiklik olduğu" fikrini irəli sürmüşdür. Seçkilərin nəticələrinə etirazlar edilməsindən sonra "İctimaiyyətin və dünyanın gözü qarşısında … bu xalqın və millətin uşaqlarına tam bir təcavüzkarlıqla hücum etdilər, müdafiəsiz qadınlara və kişilərə, əziz tələbələrə hücum etdilər və onları döyərək həbs etdilər" dedi.
Dini liderlik məqamı və İranın idarəedilməsi haqqındakı fikirləri
İrandakı inqilabdan sonra hökuməti insan haqları ilə əlaqədar tənqid edərək demişdir: "Gücə, zülmə, xalqın verilmiş səslərini gizli şəkildə dəyişdirməyə, öldürməyə, qapalı yerdə saxlamağa, həbs etməyə, Stalinist və Orta əsrlərdəki işgəncə metodlarını istifadə etməyə, cəmiyyətin maariflənmiş və elit təbəqələrini saxta səbəblərə görə həbsxanalara atan və orada onları saxta etiraflar etməyə əsaslanan bir rejim lənətlənmiş və qanunsuzdur"[3]
Qum şəhərindəki evində The Guardian müxbirinə dini rəhbərlik məqamı ilə bağlı bunları demişdir: "Mən həqiqəti söyləməyi dini vəzifəm hesab edirəm … Qurandan idarəetmə hüququnun insanlara aid olduğu qənaəti çıxır. Dini lider qanun qarşısında başqaları kimidir; qanundan üstün ola bilməz. Sahəsindən kənarda olan işlərdə, məsələn, iqtisadiyyatda və xarici siyasətdə iştirak edə bilməz. Çox təəssüf edirəm ki, İslam cəmiyyətində bugünkü şərtlərdə idarəçilərdən başqa heç kimin bir söz haqqı yoxdur və inqilabın övladlarının həbsxanalara atılmasına təəssüflənirəm."[4]
Bəhailərin həbsinə gəlincə, "Bəhailərdə iranlılardır, buna görə də vətəndaşlıq hüquqlarından istifadə etməlidirlər" demişdir. "Bəhailərin müqəddəs bir kitabı olmadığı üçün 1979-cu il Konstitusiyasında xristianlar, yəhudilər və zərdüştlər kimi dini azlıq olmadığını" bildirən Müntəziri, "Ancaq Bəhailər bu ölkədən olduqları üçün bu ölkədə doğuşdan gələn haqlara və vətəndaşlıqdan irəli gələn hüquqlara malikdirlər və dolayısı ilə İslamın Quranda və hədislərdə vurğuladığı ləyaqətlə yaşamaq hüququndan istifadə etməli olduqlarını" bildirmişdir.[5]
İstinadlar
- Deutsche Nationalbibliothek Record #118909762 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- "Arxivlənmiş surət". 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
- "Arxivlənmiş surət". 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
- "Arxivlənmiş surət". 2017-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
- "Arxivlənmiş surət". 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.