Hüsaməddin Laçın
Laçın əl-Mansuri ya da tam adı Məlik əl-Mənsur Hüsaməddin Laçın el-Mansuri (ərəb. الملك المنصور حسام الدين لاجين المنصورى; v. 16 yanvar 1299, Qahirə)- Misir və Suriyada 1296–1299-cu illərdə hökm sürmüş on birinci Məmluk Sultandır.
Hüsaməddin Laçın | |
---|---|
Əl-Malik Əl-Mənsur | |
7 dekabr 1296 – 16 yanvar 1299 | |
Əvvəlki | Zeynəddin Kitbuğa |
Sonrakı | Nəsrəddin Məhəmməd |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, rəhbər[d] |
Ailəsi | Bahri Məmlüklərinin siyahısı |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Laçın, Sultan Mənsur Əlinin məmlüklü köləsi idi. Sarışın olduğu üçün Avropalılar onun German əsilli olduğunu iddia etsələr də Qafqazlı sarışın bir Çərkəz olması daha mümkündür.
1259-cu ildə bu Sultan Mənsur Əlinin taxtan endirilməsi ilə Kalavun tərəfindən satın alındı və onun yanında yetişib bacarıqlı olduğuna görə Əmir adını aldı.
1280-ci ildə Kalavun tərəfindən Dəməşq qalasının mühafizə komandanlığına gətirildi. Bu da əvvəl komandan olmuş Sunqur al-Askarın Dəməşqdə üsyan etməsinə və özünü sultan elan etməsinə səbəb oldu. Bu üsyanın yatırılması üçün Kahoredən qoşunlar gətirildi və bu qoşuna komandanlığı da Laçın edərək üsyan yatırtdı. Bu uğuru münasibətilə iyun 1280-ci ildə Laçın Suriya əyaləti valisi təyin edildi.
1295-ci ildə Laçın Məmlük Sultanı Kitbuganın naibi olmuşdur. Misir o il bir böyük quraqlıq keçirməkdə idi və əhali aclıq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Xalqa Sultan Kitboğanın dəstək verməməsi ilə sultana qarşı narazı oldular və Misir və Qahirədə asayiş durumu çox ciddiləşdi.
Laçın Çərkəz əsilli Məmlüklü əmirlərin də dəstəyini alaraq sentyabr 1296-cı ildə Sultan Kitbogayı taxtdan saldı və özü Məmlük sultanı olaraq taxta çıxdı. Kitboga Suriyaya qaçdı və Hamada valilik edərkən öldü, lakin quraqlıq, qıtlıq və aclıq problemləri həll edilməmişdir. Beləliklə, Laçın da xalqın dəstəyini qazanmadı. Daha uzun dövrlü bir islahat apararaq Misirdə torpaq sahibliyi probleminə əl atdı və kadastr islahatı aparmağa qərar verdi, amma bu qısa müddətli problemi həll etmədiyi kimi böyük torpaq sahiblərini də narazı etdi. İri torpaq sahiblərinin bu siyasətə qarşı çıxamaları qıtlıq və aclıq problemlərini daha da dərinləşdirdi. Seyfəddin Kirci adlı bir Məmlük əmirinin ətrafına toplaşan Məmlüklü əmrlər bir çözüm olaraq Laçın əleyhinə bir sui-qəsd hazırlayıb tətbiq etdilər. yanvar 1299-cu ildə bu sui-qəsdə nəticəsində Laçın və müavini Mengü Teymuru öldürdülər.
Bundan sonra bir müşavirə edən Məmlüklü əmrlər taxta 1295-ci ildə Sultan Kitboga tərəfindən taxtan endirilib Karak qalasına sürgünə göndərilmiş və o zaman hələ 14 yaşında olan Nasir Məhəmmədi ikinci dəfə Məmlük sultanı olaraq taxta keçirməyə qərar verdilər.