Hüsülü (Ağcabədi)

HüsülüAzərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd, eyniadlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir.

Hüsülü
40°04′17″ şm. e. 47°17′56″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Ağcabədi rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0416[1]
Hüsülü xəritədə

Tarixi

XIX əsrin əvvəllərində husulu Qarabağda maldarlıqla məşğul olan 13 ailədən ibarət kicik elat olmuşdur. Husulu mənşəcə qızılbaşların ustaclı tayfasının tirələrindən biri idi. XVII əsrdə bu tirəyə mənsub ailələr Şəhsevənlərə qarıŞmış və Qarabağda yaşamağa başlamışdılar. Yayı Sarıyer və Qırxqız yaylaqlarında, qışı isə Qarabağ düzündə keçirən hüsülülər əvvəlcə indiki kənddən 1 km. aralıdakı Məşədi Ələkbər Suatı (suat "su götürülən yer" deməkdir) adlı yerdə məskunlaşmışdılar. XIX əsrin ortalarında Hacı Həsən adlı bir nəfər indiki kəndin yerində kəhriz qazmış və əhali də buraya köçüb məskunlaşmışdır[2].

Əhalisi

Əhalisinin sayı 4.199 (01.01.2007-ci il üçün)nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq və pambıqçılıqla məşgul olur. Kəndin dəliəhmədlilər, fətəlilər, pirilər, hacıusublular, eyvazlılar, qarağaclılar, mikayıllılar, qarakənd, sərxanlılar, xəlillilər, hüseynlilər, ərşəli, ağaməmmədlilər, oruclular, həsənlilər və başqa tayfaları vardır. Kəndə orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana uşaq bağçası, poçt-rabitə şöbəsi, dəyirman, məscid, musiqi məktəbi, bərbərxanalar, aptek, bulaq, artezian, müxtəlif ticarət-iaşə obyektləri, park, stadion və s.var.[3]

Abidələri

Kəndin ərazisində Qarabəytəpə, Fısqatəpə, Əhmədli təpəsi adlı mədəniyyət, arxeoloji abidələr var.[4]

Din

Kənddə Hüsülü kənd məscidi dini icması fəaliyyət göstərir[5].

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 331
  3. Nazim Tapdıqoğlu. Ağcabədi Ensiklopediyası. Bakı-2007.
  4. Nazim Tapdıqoğlu. Ağcabədi Ensiklopediyası. Bakı-2007
  5. MÜSƏLMAN DİNİ İCMALAR — 2017-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.