Hüquqlar haqqında Bill (ABŞ)

Hüquqlar haqqında Bill[1] (ing. Bill of Rights) — ABŞ Konstitusiyasının ilk on dəyişiklərinin formal adı. Bu dəyişiklər insan hüquqlarının gücləndirilməsi üçün edilmişdir. Dəyişikliklər Ceyms Medison tərəfindən 1789-cu il sentyabrın 25-də ABŞ Konqresi iclasının birinci çağırışında təklif olunmuşdur və 1791-ci il dekabrın 15-də qüvvəyə minmişdir. ABŞ Konstitusiyasına daxil edilmiş 10 düzəliş "Hüquqlar haqqında Bill" adı altinda 1791-ci il dekabrın 5-i qüvvəyə mindi. Sənəd haqqında 8 maraqlı fakt belədir:

Hüqüqlar haqqında Bill

Sənəd Konstitusiyaya 1788-ci il iyun ayinda ratifikasiyasından 3 il sonra daxil edildi. Bunun səbəbi o idi ki, başdan anti-federalist qüvvələr təklif edilmiş layihəyə etiraz edirdilər, irəli sürdükləri səbəb isə o idi ki, sənəd yeni mərkəzləşmiş hökumət üçün önəmli funksiya daşısa da fərdlərin azadlıqlarıni və ştatların hüquqlarının təhlükəsizliyini təmin edə bilmədi, lakin Konqres bu prinsiplərin təmin olunması üçün sənədə düzəliş etdikdən sonra onlar Konstitusiyanın ratifikasiya edilməsinə razılıq verdilər.

Sənədi hazırlayarkən Ceyms Madison Corc Meyson tərəfindən yazılmış "Virciniya Hüquqlar Bəyannamə"sinə istinad etmişdi. 1776-cı il iyun ayında ratifikasiya edilmiş Konstitusiya yalnız ayrı-ayrı fərdlərin hüquqlarının təminatçısı deyil, həm də ABŞ Müstəqillik Bəyannaməsi və Fransa Vətəndaşlarının Hüquqlari Bəyannaməsinin yaranmasına zəmin yaradan konstitusional sənəd idi.

Amerikan ata-baniləri Britaniyadan müstəqillik əldə etmək üçün uzun zaman mübarizə aparmışlar, ona görə də onlarin Hüquqlar haqqında Bill-sənədini hazırlayarkən 1689-cu ildə qəbul edilmiş ingilis sənədi-Hüquqlar haqqında Bill-ə istinad etmələri məsələsi ciddi səslənmir. Ancaq, hər iki sənədə ərizəylə müraciət etmək hüququ və qəddarlıq və qeyri adi cəzalar əleyhinə təhlükəsizliyin təmin edilməsi məsələləri daxil edilmişdi.

Digər maraqlı fakt odur ki, çox güman ki Ceyms Madison sənədin əsl müəllifi deyildi. Çünki o, ilk vaxtlar mübahisə edirdi ki, Konstitusiya federal hakimiyyəti kifayət qədər məhdudlaşdırır və Amerikalılar əzəldən onların zəmanətçisi olan qanunların yoxluğunda təbii qanunları müsbət qəbul edirdilər. Və yalnız onun müşaviri və sonradan ABŞ-nin Fransadakı səfiri olmuş Tomas Cefferson 1789-cu ildə onu sənədin vacibliyinə inandira bilmişdi.

Sənəd bütün Amerikalılara şamil olunmamışdı və bu proses 130 ildən çox davam etdi. Ratifikasiya zamanı düzəlişdə qeyd olunmuş xalq-insanlar deyəndə yalnız ağdərili torpaq sahibi mülkədarlar nəzərdə tutulurdu. Qaradərililər isə yalnız 1868-ci ildə qəbul olunmuş qanuna əsasən bərabərhüquq əldə etdilər, ancaq bu tamamilə kağız üzərində idi. Qadınlar isə 1920-ci ilə qədər səsvermə hüququndan məhrum idilər, üstəlik yerli Amerikalılar yalnız 1924-cü ildən sonra tam vətəndaşlıq statusu qazandılar.

Orijinal sənədə əvvəlcə 12 düzəliş daxil olunsa da onlardan yalnız 10-u 1791-ci ildə qüvvəyə mindi. Ləğv edilmiş sənədlərdən biri seçki dairələrinin sayının müəyyənləşdirilməsi ilə bağli idi və hələ də qüvvəyə minməyib. Digəri isə növbəti seçki keçirilənə qədər Konqres üzvlərinin maaşlarının qaldırılmasının ləğvi ilə bağlı idi və 27-ci Düzəliş kimi 1992-ci ildə qəbul olunub.

Corc Vaşinqton sənədin 14 yazılı nüsxəsinin hazırlanmasını tapşırmışdı. Bunlardan biri Konqres üçün, digər 13-ü isə 13 koloniya üçün nəzərdə tutulmuşdu. Onlardan 12-i bu günə kimi qorunub saxlanılır. Şimali Karolinaya aid nüsxə Vətəndaş müharibəsi zamanı itmişdi, beləki əsgərlərdən biri onu yadigar kimi evine aparmışdı. Bu nüsxə isə 2003-cü ildə FBİ(Federal Tədqiqatlar Bürosu) gizli əməkdaşı tərəfindən yenidən üzə çıxdı. Sənəd qüvvəyə mindikdən 150 il sonra Prezident Franklin Delano Ruzvelt çıxışında insanlara səslənərək onlari Dekabrın 15-ni "Hüquqlar haqqında Bill"ə həsr olunmuş gün kimi qeyd etməyə çağırdı, lakin bir neçə gün sonra yaponlar Pearl Limanına hücum etdilər və bayram keçirilmədi, lakin insanlar hələ də həmin günü bayram kimi qeyd edirlər.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.