Hümeyir Əhmədov
Hümeyir Əhmədov (tam adı: Əhmədov Hümeyir Hüseyn oğlu; 14 avqust 1958, Bakı, Azərbaycan SSR, SSRİ) — pedaqogika üzrə elmlər doktoru, professor, RF Dövlət Təhsil Akademiyasının xarici üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasnın, Təhsilin İnformatlaşdırılması Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Elmi-pedaqoji kadr hazlığı şöbəsinin müdiri.[1]
Hümeyir Əhmədov | |
---|---|
Hümeyir Hüseyn oğlu Əhmədov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Hüseyn Əhmədov |
Elm sahələri | pedaqogika, təhsil hüququ |
Elmi dərəcəsi | pedaqogika üzrə elmlər doktoru |
Elmi adı | professor |
İş yerləri | Azərbaycan Respublikasının Təhsil İnstitutu, Elmi-pedaqoji kadr hazlığı şöbəsinin müdiri |
Təhsili | V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Mükafatları | |
www.ahmadoff.org |
Həyatı
Hümeyir Əhmədov 14 avqust 1958-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhəri Binəqədi rayonu 30 nömrəli orta məktəbin I sinfinə getmiş və 1975-ci ildə 246 nömrəli orta məktəbi bitirdikdən sonra, elə həmin il V.İ. Lenin adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olmuşdur. İnstitutda ali təhsil almaqla yanaşı 1976-cı ildə Zaqafqaziya komsomol məktəbini «əla» qiymətlə bitirmiş, 1976-1977-ci illərdə institutda fəaliyyət göstərən ictimai peşələr fakültəsinin jurnalistika şöbəsinin dinləyicisi olmuş, 1979-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək, təyinatla Xaçmaz stansiyası 45 nömrəli dəmir yolu orta məktəbində riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.
Fəaliyyəti
- 1979-1981-ci illərdə Vətən qarşısında borcunu Uzaq Şərq hərbi dairəsinin Xabarovsk-Vladivostok diyarlarında yerləşən hərbi hissələrdə yerinə yetirmiş, tərxis edildikdən sonra əmək fəaliyyətini Saatlı stansiyasında 33 nömrəli dəmir yolu orta məktəbində riyaziyyat, fizika və əmək müəllimi kimi davam etdirmişdir.
- 1983-cü ildə C.Naxçıvanski adına hərbi təmayüllü orta məktəbdə tərbiyəçi-müəllim kimi əmək fəaliyyətini davam etdirmişdir. 1984-cü ildən A.S.Makarenko adına 12 nömrəli rus dili təmayüllü internat məktəbində riyaziyyat müəllimi işləyən Hümeyir Əhmədovun elmə olan marağı onu 1984-cü ilin payızında Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna gətirmişdir. Ə.A.Ağayevin rəhbərliyi ilə pedaqogika nəzəriyyəsi və tarixi şöbəsində əyani aspirant kimi təhsilini müvəffəqiyyətlə başa vuraraq, 1988-ci ilin yayında “Azərbaycan SSR-də hamılıqla ümumi orta təhsilə keçilməsinə hazırlıq və onun həyata keçirilməsi” (1961-1977-ci illər) mövzusunda 13.00.01- pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1987-ci ilin noyabrında institutun pedaqogika nəzəriyyəsi və tarixi şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin olunmuş, 1989-cu ilin aprelindən isə böyük elmi işçi vəzifəsinə seçilmişdir.
- 1992-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən böyük elmi işçi attestatı almışdır. 1994-cü ildə həmin şöbədə aparıcı elmi işçi, 1997-ci ildə isə həmin vəzifəyə yenidən seçilmişdir. 2000-ci il dekabr ayının 11-dən yenidən yaradılmış Azərbaycan Respublikasının Təhsil Problemləri institutunda Elmi-pedaqoji kadr hazırığı şöbəsinə müdir təyin edilmişdir, hazırda Azərbaycan Respublikasının Təhsil İnstitununda həmin vəzifədə çalışır. 2014-cü ildən Bakı Qızlar Universitetinin pedaqogika kafedrasının professorudur.
- 1985-ci ildən SSRİ PEA-nın “Məktəb və pedaqogika tarixi” üzrə problem şuranın üzvü, 2003-cü ildə ABŞ-nin Minnesota universitetinin“ Təhsilin strateji planlaşdırılması” üzrə Koordinasiya Şurasının üzvü və fəxri professorudur.
- 2003-2005-ci illərdə TPİ-nun doktorantı olmuş, “Qloballaşma şəraitində Azərbaycan Respublikasında ali təhsilin modernləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (05.04.2011) və ona pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi (27.01.2012), professor attestatı (27.12.2017) verilmişdir.
- 2004-cü ildən “Pedaqoqlar sülh və qarşılqlı anlaşma uğrunda” Beynəlxalq hərəkatının Azərbaycan təşkilatının üzvü seçilmiş, 2005-ci ilin yanvar ayında Moskva şəhərində Pedaqoji və Sosial Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ilin aprel ayında isə həqiqi üzvü (akademiki), 2006-cı ilin aprel ayında Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü, 2007-ci ilin noyabrında Pedaqoji Təhsilin Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademiki), 2008-ci ilin dekabrında Rusiya Hüquq Elmləri Akademiyasının üzvü, 2012-ci ilin iyununda Rusiya Federasiyasının Təhsilin informatlaşdırılması akademiyasının həqiqi üzvü (akademiki), 2018-ci ildə Rusiya Təbiətşünaslıq Akademiyasının həqiqi üzvu (akademiki) seçilmişdir.
- 2006-cı ilin dekabrında Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
- 2008-ci ilin fevralından Azərbaycan Respublikası “Təhsil Şurası” ictimai birliyinin idarə heyətinin üzvüdür. “Qızıl Qələm” media mükafatı laureatıdır. 2008-ci ildə ona “YUNESKO müəllimi” fəxri adı sertifikatı verilmişdir (Kazan şəhəri). 2008-ci ilin sentyabr ayında Rusiya Federasiyasnın 3-cü dərəcəli «Долг и честь» ordeni ilə təltif edilmişdir.
- 2009-cu ilin dekabrında Rusiya Federasiyası Elm və Təhsil nazirliyinin Pedaqoji elmlər sahəsində qazandığı nailiyyətlərinə görə K.D. Uşinski adına medallı ilə təltif edilmişdur. RTA-nın Prezidiumunun 2017-ci il tarixli qərarı ilə “Əməkdar elm və təhsil xadimi” fəxri adına layiq görülüb. RTA-nın təqdimatı ilə EUROPEAN SCIENTIFIC AND INDUSTRIAL CONSORTIUM tərəfindən 2018-ci ildə “LABORE ET SCIENTIA” – ordeni ilə təltif edilib.
- Əhmədov Hümeyir Hüseyn oğlu Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Təhsil Problemləri İnstitutunda yaratdığı (N 02.191 və B/D 02.191) dissertasiya şurasının üzvü olmuş, hazırda ADPU nəzdində fəaliyyət göstərən FD 02.061 və BD 02.061 disseertasiya şurasının üzvüdür. Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 20 doktorant və dissertanta elmi rəhbər, 4 elmlər doktoru proqramı üzrə təhsil alan 4 doktorant və dissertanta elmi məsləhtçi təyin olunmuşdur. Bunlardan fəlsəfə doktoru proqramı üzrə iki nəfəri müdafiə ərəfəsində, elmlər doktoru proqramı üzrə iki nəfəri isə dissertasiyalarını tamamlamışlar.ABŞ və bir neçə Avropa və Şərq ölkələrində işgüzar səfərdə olmuşdur.
- Elmi pedaqoji fəaliyyəti dövründə respublikamızda və ondan kənarda bir çox mötəbər elmi məclislərdə onlarla tezis və məruzələrlə çıxış etmiş, respublikamızda və ondan kənarda bir neçə elmi jurnalın redaksiya heyətinin üzvüdür.
- 350-dən artıq çap olunmuş elmi əsəri: monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, metodik vəsait, proqramların və məqalələrin müəllifidir. Əsərləri azərbaycan, türk, rus, gürcü və ingilis dillərində nəşr olunmuşdur.[2]
- Monoqrafiya və dərsliyi 2018-ci ildə Parisdə keçirilən kitab sərgisində “Qızıl medal”la təltif olunaraq sertifikata layiq görülüb.Təhsil Problemləri İnstitutunda (TPİ) elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiridir.[3]
Ailəsi
Ailəlidir, iki övladı, iki nəvəsi var.
SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Təhsil Akademiyasının xarici üzvü, “SSRİ Maarif əlaçısı”, “Azərbaycan Respublikasının əməkdar ali məktəb işçisi”, "Azərbaycan SSR qabaqcıl maarif xadimi" Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, əmək və müharibə veteranı, pedaqoji elmləri doktoru, professor Hüseyn Əhmədovun oğludur.
Əsərləri
Monoqrafiyaları
- Azərbaycanda xeyriyyə cəmiyyətlərinin maarifçilik fəaliyyəti. Bakı: Mütərcim, 1997, 56 s.
- Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi. Bakı: Təhsil NPM, 2006, 264 s. (Əliyev P.B. ilə birgə)
- Человеческий ресурс Азербайджанского образования. Москва: МПСИ, 2007, 140 с.
- Ali təhsilin modernləşdirilməsi. Bakı: Maarif, 2008, 190 s.
- Azərbaycan təhsilinin inkişaf strategiyası. Bakı: Elm, 2010, 800 s.
- Конституционно-правовые основы науки, научной и научно-технической деятельности в Российской Федерации. Москва: Элит, 2010, 464 с.
- The Strategy of Education Development in Azerbaijan. Saarbrücken, Deutschland / Germany. LAP LAMBERT Academic Publishing, 2014, 245 p.
- Elmi-pedaqoji və pedaqoji kadr hazırlığı problemləri. Bakı: AR Tİ, 2018
Dərslikləri
- Pedaqogika. Orta ixtisas məkəbləri üçün. Bakı: Təhsil NPM, 2006
- Pedaqogika. Ali məktəb tələbələri üçün. Bakı: Təhsil NPM, 2013
- Pedaqogika. Bakalavr səviyyəsində təhsil alanlar üçün. Bakı: Elm və təhsil, 2016
- Texnologiya. Ümumtəhsil məktəblərinin II-IX sinif şagirdləri üçün. Bakı: Təhsil, 2008-2018
- Alqoritmlər nəzəriyyəsi. Ali təhsil müəssisələri tələbələri üçün. Bakı: Elm və təhsil, 2018
- The Strategy of Education Development in Azerbaijan. Saarbrücken, Deutschland / Germany. LAP LAMBERT Academic Publishing, 2014, 245 p.
- Pedaqogika.Bakalavr hazırlığı üçün dərslik. Bakı: Elm və təhsil, 2016. 455 s.. Zeynalova N. E.
- Управленческая педагогика и психология: Учебное пособие. Баку: Маариф, 2002,380с. (совместно с Ахмедовым Г.М., Гасановым А.В., Байрамовым Г.В.)
- Təhsil hüququ. Ali məktəblər üçün dərslik. Bakı: Təhsil NPM, 2007, 400 s.
- İnformatikanın tədrisi metodikası: Ali məktəblər üçün dərs vəsaiti. Bakı: Təhsil NPM, 2003, 240s. (Abdullayev C.S. və başqaları ilə birgə)
İstinadlar
- "Distant təhsilin müasir vəziyyəti və onun inkişaf yolları". almazhasret.com. 27 Noyabr 2013. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2016.
- Hümeyir Hüseyn oğlu Əhmədov, pedaqogika üzrə elmlər doktoru, Rusiya Dövlət Təhsil akademiyasının akademiki
- "Təhsil Problemləri İnstitutunda doktorant və dissertantlarla görüş". azertag.az. 09.02.2015. 2019-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2016.
Mənbə
- Hümeyir Hüseyn oğlu Əhmədov. Pedaqogika üzrə elmlər doktoru, Rusiya Dövlət Təhsil akademiyasının akademiki
- "Distant təhsilin müasir vəziyyəti və onun inkişaf yolları". almazhasret.com. 27 Noyabr 2013. İstifadə tarixi: 5 mart 2016.
- Təhsil Problemləri İnstitutunda doktorant və dissertantlarla görüş". azertag.az. 09.02.2015. İstifadə tarixi: 5 mart 2016.
- Azərbaycan alimi Rusiya Təhsilin İnformasiyalaşdırılması Akademiyasının həqiqi üzvü seçilmişdir.
- Rusiya ali məktəblərinə tələbə qəbulu.
- Norveçdə və Sloveniyada ulu öndər Heydər Əliyevin elm və təhsilin inkişafında roluna dair məqalələr dərc olunub.