Hüccətülislam

Hüccətülislam (ərəb. حجة الإسلام) — şiə dini titullarından biri, AyətullahBöyük Ayətullah ilə birlikdə, Ayətullahdan aşağı bir rütbə, təxminən Xristianlıqda yepiskopa bərabərdir.

Başlanğıcda bu titul yalnız böyük müctəhidlərə verilirdi, lakin 1920-ci illərin ortalarından etibarən Ayətullah rütbəsi böyük müctəhidlər arasında yayıldıqca orta səviyyəli İslam alimləri üçün də istifadə olunmağa başlanmışdır[1].

Hücətülislam titulunu əldə etmək üçün hauza fiqh, kəlam, hədis, təfsir, fəlsəfə və ərəb ədəbiyyatının öyrənilməsini əhatə edən ali teoloji təhsil kursunu bitirmək lazımdır. Tələbə bu fənləri mənimsədikdən sonra hüccətülislam rütbəsinə layiq görülür və o, müctəhid ola bilər.

Ən məşhur hüccətülislamların siyahısı

Həmçinin bax

  • Əbu Hamid əl-Qəzali — Sünni ilahiyyatçı və filosof. O, sünnilərdən Hüccətülislam fəxri adını almışdır.

İstinadlar

  1. "ḤOJJAT-AL-ESLĀM – Encyclopaedia Iranica". 2021-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-06.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.