Hörmüz adası
Hörmüz adası (fars. جزیره هرمز) — Hörmüz boğazında yerləşən, İran İslam Respublikasının Hörmüzgan ostanının ərazisinə daxil olan ada.
Hörmüz adası | |
---|---|
fars. جزیره هرمز | |
Ümumi məlumatlar | |
Sahəsi | 42 km² |
Uzunluğu |
|
Eni | 7,6 km |
Hündür nöqtəsi | 186 m |
Əhalisi |
|
Yerləşməsi | |
27°04′ şm. e. 56°28′ ş. u. | |
Ölkə | İran |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Hörmüz adası Hörmüz boğazının şimalında, Oman ilə İran körfəzləri arasında qərarlaşır. Ada materik sahilindən 8 km məsafədəfir. 7x8 km ölçüdə olan ölçüdə oval formaya malikdir. Adanın sahəsi 42 km² təşkil edir. Hörmüz adasından cənub şərqdə boğazın ən böyük adası olan Qeşm adası və Larek adası yerləşir. Ada vulkan mənşəlidir. Ərazisi təpələrlə örtülüdür. Maksimal hündürlüyü 186 metrdir. Faydalı qazıntısı qırmızı oxradır[1]
Sahilləri əsasən qumlu çimərliklərdən ibarətdir, bəzi yerlərdə suya doğru sıldırımlar çıxır. Əsas limandan şərqdə şoran bitkili.axınların kiçik qabarma sistemi vardır. Adanın əksər hissəsində bitki örtüyü yoxdur.[2]
Ada ərazisində ədən qağayısı və Sternula albifrons[2] kimi dəniz quşlarını müşahidə etmək olur.
Adı
Qədim zamanlarda adanın adı Harmosiya olmuşdur. Ərəblər isə adanı Dşerun adlandırırlar.
Tarixi
III əsrdə adanı Fars imperiyası olan Sasanilər ələ keçirmişlər. Ərəb xilafətinin öz ərazilərini genişləndirməsi zamanı (632–661) ada ərəblərin nəzarətinə keçmişdir. Bu zaman ada əsas liman və bazar rolunu oynayırdı. Təqribi olaraq 1200-cü ildən ada Hindistan və Çin hərəkət edən yüklər buradan daşınırdı[1]. XIII əsrin ortalarından ada monqolların nəzarətinə keçir. Bu zaman adanı iki dəfə venesiyalı səyyah Marko Polo ziyarət etmuşdir.
Sonradan ada Termurilərin hakimiyyəti altına düşür. Ada bir müddət Səfəvilərin nəzarətinə keçmişdir. Bu mühüm əhəmiyyətli limanı çinli Çjen Xe ziyarət etmişdir (1414–1415, 1421–1422 və 1433). 1475-ci ildə adada həmcinin rus səyyahı olan Afanasi Nikitin belə olmuşdur.
XIV əsrdə adanı ərəb dövləti olan Hörmüz idarə edirdi. Portuqal–Səfəvi müharibəsi zamanı 1507-ci ildə Hörmüz portuqallar tərəfindən işğal edilir. Hörmüz boğazını nəzarətdı saxlamaq məqsədi ilə portuqallar adada Hörmüz qalasını inşa edirlər. 1622-ci ildə Hörmüz döyüşü baş tutur. I Şah Abbas İngilis donanmasının köməyi ilə adanı geri qaytara bilir.
Əhalisi
Adada dayimi yaşayışı olan yeganı yaşayış məntəqəsi balıqçı kəndi olan Hörmüzdür. Kənd adanın şimalında yerləşir. Bununla belə adada ola əkin yerləri və bağların ətrafında müvvəqəti yaşayış yerləri vardır. Adanın əhalisi yay vaxtı azalır. Bu isə miqrasiya ilə əlaqədardır[1]. Adaya ən yaxın iri yaşayış məntəqəsi Bəndər-Abbas limanıdır. Oda adadan 20 km şimal-qərbdə yerləşir.
Maraqlı fakt
2008-ci ildə adada dünya tarixinin ən böyük xalçası yaradılmışdır. Kompazisiya "Fars körfəzi" adlanır. Onun sahəsi 1200 m² olmuşdur.[3]
İstinadlar
- Hörmüz adası
- "Hormoz island" (ingilis). BirdLife International. 2012-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-03.
- "Hormoz Island Displays World's Largest Soil Carpet" (ingilis). Irpedia. 12/10/2008. 2012-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-03.