Hörümçək-adam (film, 1978)
Hörümçək-adam (Yaponca: スパイダーマン, Hepburn: Supaidāman), həmçinin Yapon Hörümçək-adam kimi tanınır — Marvel Comics-in məşhur personajı Hörümçək-adama əsaslanan Yaponiya istehsalı film. Film Hörümçək-adam Yaponiya teleserialından bir spin-offdur. İlk dəfə 1978-ci ildə Yaponiyada yayımlanmışdır.[1]
Hörümçək-adam | |
---|---|
ing. Spider-Man | |
Janr | döyüş filmi |
Rejissor | Koiçi Takemoto |
Prodüser | Susumu Yoşikava |
Əsərin müəllifi | Saburo Yatsude |
Ssenari müəllifi | Susumu Takaku |
Bəstəkar | Miçiaki Vatanabe |
İlk baxış tarixi | 1978 |
Müddət | 24 dəqiqə |
Ölkələr | Yaponiya |
Dil | Yaponca |
İl | 22 iyul 1978 |
Çəkiliş yeri | Toei Co., Ltd. |
IMDb | ID1841843 |
Süjet
Film 10-cu ("Alovlu Cəhənnəmə: İlan qadının göz yaşlarına baxır") və 11-ci ("Professor Bədheybətin Ultra Zəhəri") seriyalarda cərəyan edir.
Dəmir Xaç Ordusu, ağızından torpedalar vurmaq qabiliyyətinə malik olan yarı mexaniki antropomorf qılıncı olan Dəniz-şeytanı adlı canavarının köməyi ilə neft tankerlərinə sabotaj edir. Hörümçək-adam, Dəmir Xaç Ordusunu dayandırmaq üçün interpol agenti Cüzo Mamiyanın köməyindən istifadə edir. Hörümçək-adam Marvellerdən istifadə edərək partladıcı raketlərlə sənaye mərkəzini partladan Dəniz-şeytanını dayandırır. Sonra bədheybətin yaradıcısı bir nəhəng yaradır və Hörümçək-adam Marveller vasitəsilə bədheybətlə mübarizə aparmaq üçün nəhəng mexanikə çevrilir, sonra Hörümçək-adam Dəniz-şeytanını parçalamağ üçün nəhəng qılıncdan istifadə edir.
Kastinq
- Hörümçək-adam (Takuya Yamaşiro) — Şinci Todo
- Cüzo Mamiya — Noboru Nakaya
İstehsal
Filmin rejissoru Koiçi Takemoto və ssenaristi Susumu Takakudur. Film Cüzo Mamiyanın ilk çıxışı idi, hansı ki o serialın digər üç seriyasında rol canlandırmışdır.[2] Film serialın epizodları ilə eyni uzunluqdadır, amma geniş ekranda çəkilmişdir.[3]
Filmdəki kaskadyorlar Japon Action Club (JAC) ifaçı akrobatları və xoreoqraflardır.[4]
Nəşr
Filmin premyerası 22 iyul 1978-ci ildə Toei Manga Matsuri film festivalında nümayiş olunmuşdur, həmçinin film amerikalıların yaşamadığı bəzi bölgələrdə göstərilmişdir.[5] Serialın qalan hissəsi kimi, filmin də yayımı 2009-cu ildən Marvelin rəsmi saytında əlçatan olmuşdur. Film bu vebsaytında "0 seriya" kimi siyahıya alınmışdır. Film və seriyalar sonradan saytdan endirilmişdir.
İstinadlar
- Baseel, Casey (May 15, 2014). Arxivləşdirilib noyabr 4, 2017, at the Wayback Machine "Japan had its very own version of Spider-Man in the '70s, and of course it included a giant robot". RocketNews24.
- Summers, Brett (December 23, 2014). "CULT TV ESSENTIALS: SPIDER-MAN (TOEI)". CULT TV. cultfaction.com. Arxivləşdirilib 2021-12-29 at the Wayback Machine
- "SUPER SENTAI SPIDER-MAN!". lasertimepodcast.com. June 29, 2012.
- McEniry, Matthew J. (2016). Marvel Comics into Film: Essays on Adaptations Since the 1940s. McFarland. pp. 92–94. ISBN 978-0786443048.
- Character-Based Film Series Part 3; page 177
Xarici Keçidlər
- Supaidâman — Internet Movie Database saytında.
- Brayn Maykl Bendisdən film haqqında post.