Hökmdar Edip

"Hökmdar Edip", həmçinin "Çar Edip", "Tiran Edip" (q.yun. Oἰδίπoυς τύραννoς) — təxminən eramızdan əvvəl 496-406-cı illərdə yaşamış Afina şairi və dramaturqu Sofoklun yeddi tragediyasından biri. EsxilEvripidlə birlikdə antik dövrün ən böyük tragediya kimi qəbul edilirdi.

Hökmdar Edip
q.yun. Οἰδίπους Τύραννος
Müəllif Sofokl
Orijinal dili Qədim yunan dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aristotel tərəfindən poetikada tragik əsərin idealı kimi qəbul edilmiş və antik dramaturgiya tarixində böyük rol oynamışdır. Onun qəhrəmanı günahını dərk edən və bunun üçün özünü cəzalandıran bir insan idi. Tamaşada faciəvi sonluq baş qəhrəmanın özünün ehtirasları və eybəcərlikləri ilə bağlı deyil, taleyin hökmü ilə yuxarıdan müəyyən edilir.

Faciə Ümumdünya Kitabxanasına (Norveç Kitab Klubunun dünya ədəbiyyatının ən əhəmiyyətli əsərlərinin siyahısı) daxil edilmişdir. İngilis müəllim T.Vitmarşa[1] görə, bütün dövrlərin ən məşhur tragediyasıdır.

İstinadlar

  1. "An interview with Tim Whitmarsh, author of Battling the Gods: Atheism in the Ancient World — Runciman Award". 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.