Hökmdar-çoban (opera)
“Hökmdar-çoban” (it. Il re pastore (К. 208)) — Mosartın XVIII əsrin mahir opera yazarı Pietro Metastasionun librettosu əsasında yazmış olduğu iki pərdəli opera. Operanın ilk premyerası 23 aprel, 1775 ci ildə Zalsburqda oynanılmışdır.
Hökmdar-çoban | |
---|---|
it. Il re pastore | |
Bəstəkar | Volfqanq Amadey Motsart |
Librettoçu | Pietro Metastasio |
Dili | italyanca |
Janr | dram |
Pərdə | 2 |
Yaradılma tarixi | 1791 |
İlk səhnələşdirmə |
23 aprel 1775 Zalsburq |
Müddəti | 120 dəq. |
Personajlar |
Personajlar |
Premyera |
29 aprel, 1775 Zalsburq |
Vikianbarda əlaqəli mediafayllar |
Bu opera 1775 ci ildə Avstriyanın imperatriçası Mariya Terezanın kiçik oğlu knyaz Maksimillian Fransın Zalsburqa rəsmi bir ziyarəti üçün sifariş edilmişdir.
Süjet
Makedoniyalı İsgəndər öyrənir ki, hökmdar Sindoninin oğlu Aminta sadə çoban həyatı sürür, əmr verir ki, taxt səltənətini ona qaytararaq Tamiri ilə evləndirmək istəyir. Lakin Tamiri adlı-sanlı finikiyalı Agenoraya aşiqdir. Aminta isə öz növbəsində finikiyalı bir çobanın qızını - Elizanı sevir. Makedoniyalı İsgəndərin iradəsi bu dörd sevgilini bədbəxt etmiş olur. Sonunda Tamiri və Elizanın yalvarmasından sonra onların eşqindən duyğulanan İsgəndər öz hökmünü ləğv edir.
Personajlar
Personajlar | Səs tipi | Premyera, 23 aprel, 1775 (Orkestrin drijoru: Volfqanq Amadeus Mosart ) |
---|---|---|
Aminta, Finikiya hökmdarının oğlu və varisi | soprano (kastrato) | Tommaso Konzoli |
Eliza, çoban qızı | soprano | Maria Anna Fesemayr |
Tamiri, Hökmdar qızı | soprano | Maria Maqdalena Lipp |
Agenore, Finikiyalı zadəgan | tenor | Feliks Hofstetter |
Makedoniyalı İsgəndər | tenor | Frans Anton Şpitçeder |
I Pərdə
Ariyalar
- №.1 Uvertüra
- Intendo amico rio (Aminta)
- №.2 Aria. Alla selva, al prato (Eliza)
- Recitativo-Compagne amene (Aminta)
- Recitativi accompagnato-Ditelo voi pastori (Aminta)
- №.3 Aria. Aer tranquillo (Aminta)
- Recitativo-Perdono amici Dei (Aminta, Agenor, İsgəndər)
- №.4 Aria. Si spande al sole in faccia (İsgəndər)
- Recitataivo-Agenore T’arresta (Tamiri, Agenor)
- №.5 Aria. Per me rispondete (Agenor)
- Recitativo-No-voi non siete, o Dei (Tamiri)
- №.6 Aria. Di tante sue procelle (Tamiri)
- Recitativo-Dove t’afretti, Elisa (Eliza, Aminta, Agenor)
- Recitativo accompagnato-Perdona Elisa (Aminta, Eliza)
- №.7 Duetto. Vanne, vanne a regnar ben mio (Eliza, Aminta)
II Pərdə
Ariyalar
- Recitativo-Questa del campo Greco (Eliza, Agenor)
- №.8 Aria. Barbaro! oh Dio mi vedi divisa dal mio ben (Eliza)
- Recitativo-La bella Elisa (Aminta, Agenor, İsgəndər)
- №.9 Aria. Se vincendo vi rendo felici (İsgəndər)
- Recitativo-Oime! declina il sol (İsgəndər, Agenor)
- №.10 Rondeaux. L’amero, saro costante (Aminta)
- Recitativo-Uscite, alfine uscite (Agenor, Eliza, Tamiri)
- №.11 Aria. Se tu di me fai dono (Tamiri)
- Recitativo-Misero cor! No.12 Aria (Agenor)
- №.13 Aria. Voi che fausti ognor donate (İsgəndər)
- Recitativo-Ola! che piu si tarda (İsgəndər, Tamiri, Agenor, Eliza, Aminta)
- №.14-Coro. Viva, viva l’invitto duce (hamı)